Keçid alaq yazımıza :)
Valhalla Tanrıların məkanı olan Asgardda yerləşən geniş bir qəbul salonu, eyni zamanda Valkyrielər tərəfindən qulluq edilən ölmüş döyüşçülərin yaşadığı bir saraydır ki, bu saray Odin tərəfindən idarə edilir. Sarayın dam örtüyü parlaq qalxanlardan, stolları döyüşçülərin üst zirehlərindən, divarları isə nizələrdən inşa edilmişdir. Bu sarayın hər birindən eyni anda 800 nəfərin keçəbiləcəyi 540 qapısı var. (Mənim yerimdi) Sarayın girişini canavar və qartallar qoruyurmuş.
Valhalla
Sarayın ünvanını da qeyd edim: Valgrid qapısından çöldə, ətrafında Thund çayı olan Valhalla Asgardda Glesir meşəsinin içində yerləşir. Cənubi İsveçrə deyə düşünürlər.Bu saray nə üçün var? Giriş kartında mütləq döyüşçü damğası olmalıdırmı? Vizanı necə ala bilərik?
Onu qeyd edək ki, Valhallaya ancaq Einherjar deyilən, vikingləri çatdadacaq bir həyat yaşayan,( ölməyi nəzərdə tuturam) qəhrəmanca ölən döyüşçülər - qadın, kişi fərq etmir -qəbul edilir. Rahat bir tərzdə ölənlər viza ala bilmirlər. Sadəcə qəhrəmanca döyüşüb ölürsənsə, biletin hazırdır. Necə yəni bilet? Deməli Odin cənabları Valkyrielərini harda müharibə varsa ora göndərir, bu gözəllər də at belində müharibə meydanın üstündə gəzirlər, kimsə qəhrəmanca döyüşüb ölürsə onu Einherjar adlandırır və ruhunu at belində Valhallaya gətirirlər. Pəs neçə dənə Valkyrie var? Cəmi- cümlətanı 9 nəfərdilər. (Nətər çatdırırlar? Nəm aa)
Valkyrie
Pəs sarayın menyusuna da baxa bilərik? Əziyyət çəkib ölmüşük 😁Bura gələn döyüşçü ruhlar bütün günü bir -biriləri ilə döyüşür, yaralanan varsa yarası öz-özünə sağalır, axşam isə gözəl bir ziyafətə təşrif buyururlar. Aşçı Andhrimnirin sehirli qazanı Eldhrimnirdə dadlı yeməklər hazırlanır, hər axşam Valkyrielər tərəfindən kəsilən donuz Saehrimnirin əti kavab edilir -bu arada ziyafətdən sonra donuz dirilir, bir də bəziləri deyir ki, donuz səhər kəsilir, axşam dirilir (o qədər vacib məlumatdı bəli 😂)- və keçi Heidrunun südündən hazırlanmış bir içki içirlər. Burda istədiyin qədər yeyib içə bilərsən. (Bir qarınqulu ruhun getmək istədiyi yer)
Bunların saraya yığışmaqda məqsədləri nədir?
Bu döyüşçülərin saraya gəlməklərində və hər gün məşq üçün döyüşməklərində məqsədləri tanrılarla birlikdə divlərə qarşı olacaq sonuncu müharibə Ragnaroka hazırlaşmaq üçündür.
Bir də bu sarayın Odinin həyat yoldaşı Friggin (kefkomun biridi) yaşadığı hissəsində doğuş zamanı həyatını itirən qadınlar yerləşir. Onlar da Valkyrielər tərəfindən gətirilir.
Bütün bunlardan sonra bu qənayətə gəlirsən ki, inanclarına görə Vikinglər vəhşi kimi döyüşür və ya öldürürdülər. ( Zor, gedib qəhrəmanlıq edirsən, sonra valkyrielə falan axtarırsan göydə, birdən kimsə deyir ki, yetim mifologiyadı bu. Arxada İl borone rosso musiqisi 😂 link: https://www.youtube.com/watch?v=kgm-utGMpsA)
Hələlik :)
#GermanSkandinavMifologiyası #Mifologiya #Odin #Frigg #Valhalla #Einherjar #Valkyrie #Asgard
Комментариев нет:
Отправить комментарий