четверг, 16 апреля 2020 г.

Peony çiçəyi ve mifik hekayəsi


Peony, antik dövrdə əkilən bir bitkidir və dörd min ildən çox müddətdə çiçəklər arasında hökmdar mövqeyini qoruyub saxlamışdır. Bitkinin latınca adı Paeoniadır. Peony qədim zamanlarda Çində bir simvol idi və müxtəlif adlarla çağrılırdı: "Sərvət və şərəf çiçəyi", "Kral çiçəkləri". Yaponiyada isə ona "Yüz çiçəklərin kralı"və ya "Çiçəklərin tanrısı" deyilirdi.
İndi keçid alaq bu gözəl çiçəyin əfsanəsinə.
Bir gün Apollon gözəllər gözəli su pərisi olan Paeoniyaya vurulur. Bu hadisə gözəllik ilahəsi Afroditanı çilədən çıxardır və qısqanclıq zəminində gözəl pərini çəhrayı paeoniaya döndərir. Niyə məhz çəhrayì? Gözünə döndüyüm Afrodita Apollanla Su pərisini bir yerdə tutur və o an Pərinin yanaqları utancından çəhrayı rəngdə idi.... Ona görə də Paeoniya çiçəkləri bu gün də utanmanı təmsil edir.
#MifolojiHekayələr #YunanMifologiyası #Afrodita #Apollon #GüllərinMifikHekayələri #Paeonia #Peonyçiçəyi
Çiçəyin tarixi haqqında məlumat: Art Senses blogundandır.

Комментариев нет:

Отправить комментарий