Misir mifologiyasının göz muncuğu olan Bast və ya Bastet sevinc, əyləncə, qadın gözəlliyi, bərəkət, ev ocağı və ən əsas da pişiklərin ilahəsi hesab edilir. Onu eyni zamanda yoluxucu xəstəlikdən, pis ruhlardan və müharibələrdən qoruyan ilahə kimi də tanıyırlar. RA-nın hakimiyyəti illərində RA-nın Gözü rolunu icra edirdi. Gözləri sarı, saçları isə qara rəngdədir. Bu obrazla ilk dəfə "Qırmızı Piramida" kitabında qarşılaşırıq. Kitabda o Maffin ləqəbi daşıyır və Sadienin pişiyi kimi özünü təqdim edir.
RA-nın köhnə köməkçisi Sehmet aqressivləşməyə başlayanda RA onu Bast ilə əvəz etmək qərarına gəlir...
RA göy üzünə çəkilmək məcburiyyətində qalanda Bastı Apofis ilə bağlayır və onları Duata göndərir. Burada onlar sonsuza kimi savaşmaq məcburiyyətindədirlər. Bast Apofisin hücumlarının qarşısını almağa çalışır, onun tilsimləri qırıb Duatdan qaçmaması üçün daim onunla mübarizə aparır. Uzun illər mübarizədən sonra Bast anlayır ki, sonsuza qədər (ikisindən biri ölməyənə kimi) burda qalmağa davam edəcək. Kitaba əsasən Djulius və Rubi Bastı azad edirlər.
Bast bizim qəhrəmanlarla necə tanış olur?
O, pişik obrazında Sadie ilə Bruklin evinə düşür. Ev hücuma məruz qalanda Bast öz əsl cildini alaraq uşaqları oradan qaçırmalı olur. Yolda onlara Əqrəblərin ilahəsi Serket hücum edir. O, uşaqlara qaçmaq əmr verir, özü isə onlara qaçmaq üçün mümkün qədər zaman qazandırmağa çalışır. Güclərinin tükəndiyini hiss edən Bast Duat vasitəsi ilə oradan canını qurtarmağı bacarır. Parisə gələrək Carter və Sadie-ni tapır.
Apofisin qəfəsini yoxlamaq məqsədi ilə Duata enən Bast qəfəsin zəiflədiyini və Apofisin oradan qaça biləcəyini anlayır. Yenidən Bruklin evinə qayıdır və düşmənlərə qarşı savaşda dostlarına yardım edir. Daha sonra isə Carter və Sadie RA-nı geri qaytardıqlarından sonra baş verən Tanrıların görüşündə iştirak edir.
Bast xarakter olaraq çox təmkinli biridir. Bast tam olaraq bir pişik kimidir. Məsələn, savaş anında ani olaraq savaşa qoşula və ya qaça bilər, gördüyü hər bir əşyanı özününkiləşdirməyi sevir. Eyni ilə pişiklər kimi. Lakin buna baxmayaraq Carter ve Sadie onun üçün çox dəyərlidirlər və onlar uğrunda hətta ölümsüz canından da keçər.
Misir təsvirlərində Bast pişik başlı əlində Sistrum musiqi aləti, ayaqlarının yanında isə 4 pişik balası kimi canlandırılıb. Bastın simvolu Sistrum musiqi alətidir.
Bastın iki siması var. Biri pişik başlı xoş niyyətli Bast, digəri isə şir başlı aqressiv Bast.
Çox vaxt Yunan mifologiyasında Artemidaya bənzədilirdi. Mifologiyaya əsasən Bastı oğlu Maxes hesab edilir.
Misirdə Basta xüsusi rəğbət var idi. Sahibkarlar ölən pişiklərinin şərəfinə qaşlarını qırxırdılar, yolda pişiyi təsadüfən ayaqlayan birini isə daşlayırdılar. Faraonlar Basta qurbanlar gətirirdi.
Məhşur tarixçi Heradot da öz yazılarında Bast həsr edilmiş ehramlardan bəhs edir.
Комментариев нет:
Отправить комментарий