Blogumuz Rick Riordanın Percy Jackson, Magnus Chase, The Kane Chronicles adlı kitablarından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın.
четверг, 16 апреля 2020 г.
Narcissus mifik hekayəsi
"Narsis" sözünün həm Yunan, həm də Roma mifologiyasının vacib fiqurlarından olan "Narcissus"dan gəldiyini bilməyən yoxdur. Gəlin gözəlliyi və özünə olan heyranlığı ilə bilinən Narcissusun hekayəsini bir daha xatırlayaq.
Həyatında olan hər qadının qəlbini sındırmaq bacarığı nəhayət başına oyun açır. Necə? Başlasın əfsanə:
Dağ pərilərindən Echo bizim bu yaraşıqlıya aşiq olur, fəqət öz eşqini ifadə edə bilmir. Çünki, Echo heç vaxt özü danışa bilmirmiş. Ancaq uzaqdan kim nə deyirdisə, onun son kəlməsini təkrar edirmiş. Bir gün Narcissus dostlarını axtararkən "kimsə var burda?" deyə soruşur. Echo da "burada" deyə cavab verir. Narcissus "onda gəl" deyə cavab verir. Yazıq Echo da ümidlə "gəl" deyərək, ortaya çıxır. Amma özündənrazı Narcissus deyəsən Echonu bəyənmir (minnətin olsun!) və çıxıb gedir. Echo bərbad bir halda dağdakı mağaralara sığınır və belə deyir: "Arzu edirəm o da mənim kimi sevsin və sevdiyinə qovuşa bilməsin" (Amiiin)
Deməli hekayənin Roma versiyasına görə sonda Echo ağlını itirib yox olur. Ondan sadəcə əks -səda qalır. ( bildiniz exo kəlməsi də burdan qalıb). Bu hadisədən sonra cənab mükəmməlin işləri istədiyi kimi getmir, (Qızın ahı tutub, hara getsin) İntiqam ilahəsi Nemesis Narcissusu cəzalandırmaq üçün onu bir gölə getməsi üçün ovsunlayır. Bu göldə öz əksini görən Narcissus bu gözəlliyə vurulur amma bədbəxtin özünə vurulduğundan xəbəri olmur (ovsunlanıb da) Beləliklə Narcissus bir müddət sonra qarşılıqsız eşqin verdiyi iztirab ilə bu gün ən çox bilinən bir çiçəyə, Nərgiz gülünə çevrilir.
Digər bir versiyaya görə isə Narcissus dağlarda gəzərkən, yolunu azır və bir bulağa rast gəlir. Əyilib su içmək istəyəndə, öz əksini suda görür və ona vurulur. Əllərini bu gözəlliyə uzadır amma toxuna bilmir. Sevdiyini əldə edə bilməməyin nəticəsində də ölür. Pərilər orada, cəsədin yerində bir çiçək tapırlar: Nərgiz. O gündən bugünə Nərgiz gülü özünü bəyənmişliyin simvoludur.
Bəs bulağa nə oldu?
Meşə ilahələri görürlər ki, Narcissusun özünü görüb bəyəndiyi bulaq göz yaşı qabına çevrilib (ayə saa noldu?) İlahələr Bulaqdan niyə ağladığını soruşurlar. O da "Narcissusa görə ağlayıram" deyə cavab verir. İlahələr isə cavabında "biz hər gün onun arxasınca gəzməyimizə baxmayaraq, onun gözəlliyini yaxından bircə sən görə bildin!"
"Narcissus yaraşıqlı gənc idi?" deyə göl soruşur (Bə bulaq deyildi?) "Bunu səndən yaxşı bilən var?" deyə soruşurlar İlahələr. "Hər gün sənin sahilinə gəlib sularına baxırdı" Göl bir müddət səssiz qaldıqdan sonra belə cavab verdi: "Narcissus üçün ağlayıram amma onun yaraşıqlı olduğunu hiss etmədim. Narcissus üçün ağlayıram çünki, sularıma əyildiyi zaman gözlərinin dərinliklərində öz gözəlliyimin əksini görürdüm" (Wtf? admin error 404 not found, İlahələr şok djdjdsjd)
Bəzi mənbələrə görə isə göldə özünə baxmaqdan doymaz və özünü gölə atar və elə o göldə də boğulub ölür. (Ta nolde bı?)
Bu oğlana aşiq pərilər sevdikləri adamı sudan çıxarıb, dəfn etməyi düşünəndə sudan heç görmədikləri, bilmədikləri bir çiçək çıxmağa başlayır. Pərilər bu çiçəyi çox bəyənirlər və bu çiçəyə Nərgiz adını verirlər.
#Nərgizgülü #Gül #GüllərinMifikHekayələri #YunanMifologiyası #Narcissus #Pəri #Echo
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий