четверг, 2 апреля 2020 г.

Arqo gəmisi və Arqonavtlar

   Salam, bu gün sizlər üçün Arqo gəmisi və Arqonavtların kimliyindən bəhs edəcəyik.
Hər mifik bir hadisənin qeyri -adi tarixçəsi olur.  Hələlik onu bir kənara qoyuruq, çünki beyninizdə bu gəmi haqqında təsəvvür yaratmaq istəyirik. 
  İlkçağın böyük dastan hekayələrindən biri olan Arqonavtlar haqqında məlumatı bizlərə Rodoslu Apollonios danışmışdır. Bu bəndə E.Ə III əsrdə yaşayan məşhur mifologiya yazarıdır. Bu mövzunu özündən sonra Pindaros və Apollodoros yenidən yazıb. 
  Adı "sürətli" mənasında olan Arqo gəmisi, 55 kürəkdən ibarət bir gəmidir. Belə ki, İlahə Afinanın köməkliyi ilə Teselyanın limanlarından Pagasaidə Argeianın oğlu Arqus tərəfindən Peliondan gətirilən taxtalar ilə Dodona ərazisinin müqəddəs meşəsindəki odunlarla isə gəminin ön hissəsi hazırlanmışdır. Deyilənə görə gəminin burun hissəsini Afina özü yontub, bu bəs deyilmiş kimi ona danışmaq və kihanət qabiliyyəti bəxş etmişdir. Apollona qurban kəsilərək gəmi istifadəyə verilmişdir ( Afinanın yerinə olsaydım batırardım gəmini :D)  Təbii ki, qızıl qoyun dərisini gətirmək üzərə kapitanları Yason  olmaqla, qızıl sözünü eşidən bütün yunanlı qəhrəmanlar gəmi heyətinə qoşulur və Kolxisə yola düşürlər.
Arqonavtlardan bir neçəsini də qeyd edək:
1. Yason (Kapitan, hekayənin qəhrəmanı)
2. Arqos ( gəmini inşa edən)
3. Aethalides (Xəbərçi)
4. Tifis və ya Tiphys ( Sükançı)
5. Herakl (Tanıyırsınız :D)
6. Orpheus (Ozan)
7.İdmon (kahin)
#Argogəmisi

Комментариев нет:

Отправить комментарий