"Ey böyük Tanrı Apollon, hüzuruna gəldim ki, səndən taleyimi öyrənim. De görüm nədir? Günahım, Cəzam və ya Gələcəyim?"
İnsanlar daima gələcəklərini öyrənmək istəyirlər bəzən Yonas kimi oturduğu yerdə bir zaman boşluğu tapırlar, bəzən də karantin günlərində oturub ağlayım bəxtimə deyirlər, hətta bəxt paylananda hardaydım görəsən? deyənlər də olur. Məhz elə bu məqsədlə Dark serialının beyin yandırıcı seriyasından sonra qərara gəldim ki, Üç Tale İlahələrindən danışım.
Bəzi qaynaqlarda Niksin uşaqları, bəzilərində hansısa Titanın qızları, bəzilərində isə dünya yaranandan var olanlar kimi qələmə alınan Üç Tale İlahələri yəni Moiralar ( bəzən Mire və ya Fatalar kimi də yazılır). Roma mifologiyasında isə bu üçlüyə Parcae deyilir və onlar -"Mərhəmətlilər" kimi də tanınırlar - insanların talelərini idarə etməklə məşğuldurlar.
Mirelərdən heç kim hətta Zevs də canını qurtara bilməz. (Persi Ceksonda bunu görürük) Onlar yaradılışdan əbədiyyətə qədər mövcud olacaqlar. Yunan mifologiyasına görə adları Lachesis, Clotho, Atroposdur. Roma mifologiyasına görə isə Nona, Decima, Morta adları ilə bilinirlər.
CLOTHO - insanın indiki həyatını təmsil edir. Belə ki, cəhrə qarşısında ipi əyirir. Cəhrəni fırlatdıqca qərarlar alır. O qərarlar həmişə anlıq olur. O atası tərəfindən öldürülən Peopsu həyata dündürmüşdür. burdan da görünür ki, Alın yazısı insanlara həmişə diz çökdürmür.(Yalansa ipiniz qırılsın )Belə ki, Clotho ehtimalların da tanrıçası və ya ilahəsi sayılır, çünki insan olacağına milyon faiz inandığı şeyin reallaşmaması ehtimalını nəzərdə saxlayaraq, ümidi tapmışdı. (Yəni hər şeyi çox da şey etməyin :D)
LACHESİS - insanın keçmişdə yaşadıqlarını təmsil edir, belə ki, insanın keçmişdə etdikləri şeylər gələcəkdə qarşılaşacağı nəticələrdir ( a tövbə nəsə başa düşdümsə) . Öz əsası ilə həyat ipini idarə edir, hesablamaları ilə alın yazılarını yazır və insanlara paylarını bəxş edir. Lakhesis- sərt və qərarlıdır. İnsanlar ona boyun əyirlər.
ATROPOS- insanın həyatında qaçabilmədiyi,yaşamalı olduğu şeyləri təmsil edir, yəni ölümü. İpi kəsir. Yunanlılarda ölüm pis qarşılanmaz ( yəni keçmişdə, indidən xəbərim yoxdu) çünki, onlara görə ən pis şey dünyaya gəlmək, ən yaxşı şey isə dünyadan köçməkmiş ( vallah mən də razıyam bu fikirlə)
Homer öz əsərində Moiradan belə danışır:
...Klotho, Lakhesis, Atropos ilahələr
Ki müdrik Zevs də onlara vermişdi böyük üstünlük
Ki onlar verir insanlara sadəcə
Xoşbəxt və ya Faciə dolu həyat paylarını
Hə bir də bu üçlünü ayın dövrləri kimi də simvollaşdırıblar ( məncədə suyunu çıxartdılar)
Hilal, Bədrlənmiş, Balzamic ay - Bakirə, ana və qocaqarı kimi təsvir edilirlər.
Qısaca Bir insan doğulan kimi Mirelər iş başına keçirlər və o insanın ipini əyirib hörməyə başlayırlar və günü çatanda da o ipi kəsirlər. Burdan da görünür ki, Mireler insanın həyat ipindən məsuliyyətlidirlər.
"Bitdi ömür yumağı, elə o andaca" ( İliadadan bir stat)
Комментариев нет:
Отправить комментарий