Yuxu Tanrısı Hipnozun əkizi olan Thanatos ölüm Tanrısıdır amma daha çox əcəlin simvollaşdırılmış halıdır. Belə ki, Thanatos gedib kiminsə canını almır və ya hər hansı bir cinayətdə barmağı yoxdur. O işləri bunun qana susamış bacıları olan Kereslər, məhvətmə işlərinə baxan ilahələr və ya daimonlar yərinə yetirir.
Əfsanəyə görə kral Sisyphosu Tartarosa zəncirləmək işini Zevs Thanatosa tapşırır. Bic kral Thanatosu aldadır və elə olur ki, Ölüm Tanrısı özü-özünü zəncirləyir. Həəə, Ölüm Tanrısıda zəncirli olduğuna görə dünyada heç bir ölüm hadisəsi baş vermir. Bu burda zəncirdədi amma bundan xəbərsiz müharibədə iştirak edən Ares görür ki, bu nədi əəə heç kim ölmür ki, sabahdan qırıram yenə də vəziyyət eynidi. Birdən buna temanı danışırlar, bu da bir başa gedir Tartarosa, Thanatosu xilas edir( ə bə qardaş niyə demirdin hııı) və başı batmış kralı da tutub Tanrıya təhvil verir, ancaq yenə fırıldaq işlədən Sisyphos araya Ölülər Ölkəsinin Kraliçəsi olan Persephoneyi qoyaraq deyir ki, ölən arvadım üçün mərasim keçirtməmişəm, xahiş ədirəm icazə verin, əlqərəz Thanatosdan icazəni alır və beləcə ölümün əlindən ikinci dəfə qaçır.
Thanatos dəyişdirilməyəcək taleyi təmsil edir. Bu qayda da sadəcə bir dəfə o da əfsanəvi qəhrəman Herakl tərəfindən pozulmuşdur. Nağarır ki, deməli bizim bu Tanrımız kral Admetosun arvadı Alkestisin ölümünü bildirmək üçùn saraya gəlir. Tərs kimi də Herakl kralın qonağı olur həmən gün (bəxt yaxşı şeydi)Nəysə Herakl bunu görən kimi üzərinə hoppanıb yerə yıxır, mükafat olaraq da Alkestisin yaşamaq haqqını qazanır.
Thanatosun simvolları: Theta hərfi, xaşxaş çiçəyi, qılınc, tərs məşəl və maraqlısı kəpənək (Ölüm Tanrısına yaraşır elə) Niyə kəpənək? Deməli yunanca "ruh" mənasına gələn "psykhe" eyni zamanda kəpənək mənasını da ifadə edir. Səbəb budur.
Thanatos çox vaxt əkizi Hipnoz ilə birlikdə, qoca və saqqallı olaraq, eyni zamanda əlində xaşxaş çiçəyi və ya kəpənək tutmuş gənc oğlan kimi də təsvir edilir.
Bəs niyə bu qardaşlar məşəli tərsinə tuturlar?
Tərs tutulmuş məşəl sönüb getmiş bir ömrü ifadə edir. (Kimsə soruşsa heç xəbərim yoxmuş kimi baxacam ey sifətlərinə)
Hər iki qardaş qanadlı təsvir edilir. Bundan başqa Thanatosun Roma mifologiyasında qarşılığı Morsdur (ölüm). Bəzi "Hz.İsanın çarmıxa çəkilişi" səhnələrində Mors xaçın dibində, ayaqüstdə duranlardan biri kimi göstərilir.
#Mifalogiya #Tanatos #ÖlümTanrısı #Yunanamifologiyası
Комментариев нет:
Отправить комментарий