Yunan mifologiyasında Tanrılar, qəhrəmanlarla yanaşı müxtəlif varlıqlar, məxluqlar, canavarlar mövcuddur. Bu gün sizə bütün bu canlıların anasından danışacam.. bəli bəli ANASI.
Exidna mifologiyada bir çox (əksər desək yanılmarıq) canavarların anası hesab olunur. Yaşayış yeri Tartardır. Silahı dirnaqları, caynaqları, quyruğudur. Tifonun (və ya tayfun da demək olar) yoldaşıdır. Kerber, Ximera, Klazmoblu öküz, Nemenli şir, Orf, Sfinks, hidra uşaqlarıdır. Qorqonların və Tifonun bacısıdır. Bəli düz oxudunuz Tifonun.
Niyə təəccüblənirsiniz ki? Yunanlardı bu :D
Xarici görünüşcə yarı qadın bədəni, yarı ilan quyruğudur.
Exidna həmişə belə görünüşə malik olmayıb, belə ki, Exidna çox gözəl xarici görünüşə malik idi. Ona baxanlar hayıl-mayıl olurdular. Təbii ki, bu bizim şorgöz tanrıların da nəzərindən yayınmırdı. Hera Exidnanın gözəlliyinə paxıllıq edirdi. Daha doğru desək, Hera Exidnanı Zeyvsə qısqanırdı. Bu qısqanclıq get-gedə daha ifrat forma almağa başlayırdı. Hera Arqusu dilə gətirir və Arqus Exidnanı tutaraq mağaraya atır. Bu mağarada Exidna 100 illik yuxuya gedir. Yuxudan ayılanda isə ayağa qalxa bilmir. Səbəb? 100 illik yuxu onun ayaqlarını ilan quyruğuna çevrilməsinə səbəb olur. Məndən soruşsanız deyərəm ki, burada paxıl ilahəmizin barmağı olmamış olmaz. amma yenə də biz faktlara istinad edək ... khee...khee... hə yuxudan olub, hə :D
Exidna çox qəddar və qəzəbli biridir. Əmin olun ki, siz onunla qarşılaşsanız sizə rəhmi gəlməyəcək, nəinki sizə.. Heçkimə!
Bəzi mənbələrə əsasən Tifon Exidnanın uşaqların hamısının atası deyil. Burada Panın adı da keçir.
Biz Exidna ilə birinci kitabda tanış oluruq. Sent-Luisdəki Sütunun üzərində Exidna öz təbii obrazını alır, yanındakı it isə Ximeraya çevrilir və onlar ... nəisə spoiler olmasın. Hələlik, bu qədər!
Комментариев нет:
Отправить комментарий