Bu gün sizlərə uşaqkən baxmaqdan doymadığımız, şəkillərini almaqdan yorulmadığımız, uğruna dərsdən qaçdığımız bir animenin baş qəhrəmanı olan və mifologiyadan bəhrələnərək yazılan Usagi Tsukino və Mamoru, yəni Selena (Ay ilahəsi) və Endimion haqqında yazacağam.
Selena (yunanca "ay", Romaca "Luna") Yunan mifologiyasında Ay ilahəsidir. Hyperion və Theia adlı Titanların qızıdır. Zevsdən də Pandia adında qızları olmuşdur.
Ay ilahəsinin həmişə öhdəlikləri çox və bir o qədər də çətin olmuşdur. İllər keçdikcə mifologiyada Selenanın yerini Artemida almağa başlamışdır., ona görə də bəzi yazarlar onu Artemida kimi təsvir etmiş, hətta Zevslə Pallasın qızı olduğunu qeyd etmişdilər.
Soyağaclarına baxanda ( gör aa soyağacı) görürük ki, Helios yəni günəş Selenanın qardaşıdır. Helios dünya üzərində dövr edib, işini qurtardıqdan sonra Selena iş başına keçirdi. Bununla yanaşı Şəfəq Tanrısı EOS da Selenanın qardaşıydı.
Sənət əsərlərində, heykəllərdə Ay ilahəsi Selena at və ya öküz tərəfindən aparılan gümüşdən hərb arabasının üzərində, solğun üzlü gözəl bir qadın kimi təsvir edilir. Başında yarım bir ay və əlində də bir məşəl də görünür. ( Animedən də bəlli olduğu kimi : Ayın sehirli gücü, güc ver mənəə....... ah..ah) Başındakı ay tacı öküzün buynuzuna oxşadığı üçün də ona " Öküz Buynuzlu Selena" deyirlərmiş (qoymağa ləqəb tapmadılar?) İlahəmiz o qədər gözəl olur ki, Zevsdə ona aşiq olur və Pandia adında qızları olur ( Bəs Çibuyzaaaa 😭) Pandianı Yarım ay kimi təsvir edirlər.
Roma mifologiyasında isə Selenanın adı Lunadır. Aventinustəpəsində bir məbədi olsa da haqqında bir əfsanə olmadığına görə vaxt keçdikcə İlahə Diana ilə birləşdirilmişdir.
Bir dənə də məlumat verim mənə də maraqlı oldu. Deməli bizim Selenamız Pandoradan çıxan axırıncı şeyi, yəni ümidi qorumaqla vəzifələndirilmişdir və kömək üçün özünə dünyadan qızlar seçərmiş ( animeni yadınıza salın burda 💙💚💛💗) Bu qızlar da dünyadakı insanları şərdən və xəstəliklərdən qoruyurdular. ( Merkurinin gücü, Marsın gücü, Veneranın gücü, Yupiterin gücüüüü, Usagiiiiiii-animedən xarakterlərdi, ciddi qəbul etməyin hu ha ha ha)
Yaxşı bizim bir də vurulduğuumuz Endimiyon vardı. Yaraşıqlı şəhzadə, o da mifoloji obrazdır? Bəli
Bəli amma bizim zənn etdiyimizlə, mifoloji obrazın arasında uçurum var. Necə? yazım da
Qeyd edək ki, xanımın bir çox,hətta aralarında Pan da var, sevgilisi olmuşdur amma bunlardan ən unudulmazı və dillərə dastan olanı Endimionla arasındakı eşqmiş. Endimion və ya Endymion bizim zənn etdiyimiz kimi dünyanın şəhzadəsi deyilmiş,Əfsanəyə görə Beşbarmaq dağında, qavalçalıb qoyunları otaran bir çobanmış. Dastanlara yerləşməyən eşq də elə bu dağlarda yaşanıb. ( eh a dağlar sizə.....;) ) Dağların arasında əks -səda verən qavalı,ən böyük dostu və sirdaşıymış. Bu Beşbarmaq dağının ən zirvəsində yaşayan bədbəxti Ay ilahəsindən başqa heç kim görmürmüş. Selena da hər axşam bu oğlana baxa -baxa aşiq olur. (iş yox, güc yox) Bütün gümüşü şəfəqlərini üstünə sərdiyi Endimion da Selenaya vurulur. Selena bəzi gecələr Endimionun yanında çox qalar, bəzən tez gedər, bəzən də qaranlığa qarışarmış. Ən nəhayət iki sevgili qovuşur və 18 + səhnəsi yaşanır. İndi mifologiyadı da suyunu çıxartmalıdırlar ya yox. Deməli bəzi qaynaqlara görə bu ikilinin 50 qızı olur ( bıy evin yıxılsın ) və bütün Olimplilər bu bitməyən eşqi qısqanmağa başlayırlar, bir nəfərin isə Zevs təbii ki, beyni çönür. Bir ölümlü ilə ölümsüzün birlikdə olmaqlarını qəbul etmir ta ki. Endimion onun hüzuruna çıxana qədər. Onda görür ki, bu həqiqətən saf niyyətli bir gəncdir və həqiqətən Selenanı sevir, onda onun da bu gözəl eşqdən xoşu gəlməyə başlayır və deyir ki, Beşbarmaq dağının çobanı Endimion məndən nə istəsən, sənə hədiyyə edəcəyəm. Bunu şeirlə ifadə edirlər ( Aldı əlinə sazı görək nə deyir )
Endimion sonsuz bir yuxu ilə ölümsüzlük istəyir ( Nə bilim ey, beynində nə əksikdi?)
Amma sevgisi heç vaxt itməsin, daimi olsun istəyir
Böyük Zevs arzunu qəbul edir
İgidə gözəllik və sonsuz yuxu bəxş edir
Selena hər gecə işıq saça -saça
Mağaraya gəlsə də
Endimion artıq sonsuz yuxuda
Açmır gözlərini, gəlsə də Selena
Zənn etməyin ki, bitər eşqləri
Əksinə bu əlaqə sonsuza qədər davam edir
və Selenanın bu çobandan
olur əlli iki övladı.
Qısa məlumat: Deyilənə görə Selenyum kimyəvi elementin adını Ay İlahəsinin adından götürülüb. Bu element yananda ətrafına parlaq işıq saçırmış.
Bir də bu eşqin meyvələrindən biri olan Naksos kral olur və Egeydə bəyəndiyi bir adaya yerləşir və adaya öz adını verir.
Gedin SailorMoon animesinə baxın ( ən vacibi bu idi)
Admin bəs mənbə: Hesiodos- Tanrıların doğuşu
C.Canan Küçükeren -Karia Əfsanələri
Hələlik Harpyalara diqqətedin.
Комментариев нет:
Отправить комментарий