пятница, 24 апреля 2020 г.

Deukalion Tufanı


Keçən məqalədə Prometeyin başına gələnlərdən söhbət açdıq. Təbii ki, Zevsin qəzəbinin böyüklüyü haqqında da təssəvvürünüz oldu. Bir tərəfdən Prometeyi cəzalandırmaq, bir tərəfdən də Soyunu qorumaq istəyən Zevs, əlinə keçən ilk fürsətdə insan irqini məhv etməyə çalışır. Bunlardan biri Pandora idi. İnsanlığa bu qədər zərbə Zevs cənablarının hirsini soyutmadığına görə qərara gəlir ki, işi kökündən həll etsin. Bu necə hadisədirsə bütün dünya mifologiyasında öz əksini tapmışdır. Necə? təbii ki Deukalion Tufanı yox amma Tufan sözünə bütün mifologiyalarda rast gələ bilərik.
İşin əsli, əsası nədir?
Prometeyin oğlu Deukalionla Pandoranın qızı Pyrrha (əmiuşaqlarıdı) mifologiyaya görə Şimal Yunanıstandakı Lokris, Malis, Phthiotis və Thessalia ellərinin ilk Kral və Kraliçasıdır. Yunan mifologiyasına görə dünyaya 5 insan irqi gəlmişdir. 
Qızıl irq, gümüş irq, bürünc irq, qəhrəman irq və nəhayət bu günümüzü əhatə edən dəmir irq.
Kronun vaxtında boy göstərən qızıl irqdən heç kim qalmayıb. Soyları tükənib.
Qızıl irqdən sonra gələn gümüş irq Zevsin hakimiyyət illərində, Prometeyin palçıqdan yaratdığı irqdir. Bu irqin nümayəndələri Melia və ya Meliai deyə adlandırılan Göyrüş və ya Quşarmudu ağacının pəriləri ilə evlənib, nəsillərini bürünc irq kimi davam etdirmişdilər. Əlavə bir məlumat da verək ki, Göyrüş ağacının pəriləri, Uranın cinsi orqanı kəsilən zaman yerə tökülən qanından yaranmışdılar. Nəysə bu bürünc irq dünyaya doğuş yoluyla gəlib, həm kişi, həm də qadından ibarət ilk insan soyunu təmsil edir, ancaq bu irq əndazədən çıxdığına görə Zevs də bu soyu Tufanla məhv etmək istəyir. Di gəl ki, plandan xəbəri olan Titanımız oğluna xəbər verir. Deukalion atasının sözünə qulaq asaraq üstüörtülü bir mənbəyə görə sandıq, digərinə görə isə qayıq düzəldir və yoldaşı ilə birlikdə o qayığa minir. Yağış həftələrlə yağmağa davam edir, yerdə quru yer qalmamışdır, hər yer su və təbii ki, ikisindən başqa hamı boğulmuşdur. Əlqərəz bu ikili bəzi mənbəyə görə Parnassos dağının zirvəsinə, bəzisinə görə isə Othrys dağına gələrək torpağa ayaq basırlar. Bundan sonra Zevs yağışı azaldır, Poseydon dədəmiz Thessalia elinin üzərindəki suları, dağları iki hissəyə bölərək, suyu dənizə yönləndirir. Beləliklə də tufan sakitləşir. Deukalionla Pyrrha Zevsə öz minnətdarlıqlarını bildirirlər və Themis məbədinin kahinindən soruşurlar: ağanaçalnik indi insan soyu necə çoxalacaq?. Baaa kahinlər hər şeyin suyunu çıxartmalıdırlar ya yox. Tapmacaya bənzər bir cavab verir:
"Başınızı, gözünüzü örtün və ananızın sümüklərini çiyninizdən arxaya tullayın." 
Ər -arvad o dəqiqə temanı tuturlar və "ananızın sümükləri" sözüylə əslində daşları nəzərdə tutduğunu anlayırlar ( admin isə Pandora ölməyib axı, sümükləri hardan tapacaqlar..), çünki anaları Xanım Geya yəni torpaq anadan başqa heç kim ola bilməzdi. Bizim ikilinin çiyinlərindən arxaya tulladıqları daşlar həqiqətən də bir -bir insana çevrilməyə başlayır. Deukalionun atdığı daşlardan kişilər, Pyrrhanın atdığı daşlardan isə qadınlar yaranır. Bununla da bitmir ər-arvadın çoxlu övladı olur. Bunlardan ən məşhuru Helenlərə yəni Yunan xalqına adını verən əfsanəvi kral Hellen, bir də Zevsin hər birinə vurulduğu ( Aşsüzən) Protogeneia, Thyia və Pandora adlı üç qız. Sisyphos, Salmoneus, Athamas, Diktys, Polydektes, İon və Endimion kimi əntiq Yunanın əfsanəvi kralları da demək olar ki, bu soydan gəlirlər.

Комментариев нет:

Отправить комментарий