Bu gün sizlərə 6-cı sinifdən vurulduğum, Persi Cekson kitabından sonra "Sən nətər adamsan əəə!" dediyim bir Titan-ATLAS haqqında yazacağam.
Yunan mifologiyasında Atlas II Nəsil Titandır, yəni Titan İapetosun Okeanid Asiyadan (və ya Klymenedən) olan doğmaca oğludur. Güclü və bir o qədər də kibirlidir. Dənizin dərinliklərinə sahib olmaqla bərabər Asiya qitəsindən Afrika qitəsinə qədər olan əraziyə yəni Atlantis adındakı bir ölkəyə hökmdarlıq edir. Atlantis bir xoşbəxtlər ölkəsidir və bir gün Tanrılar bu gözəl ölkəyə bir gün bir gecə davam edən sel göndərir. (Nə azarları varmış bilmirəm)Nəticədə Aquamandə gördüyümüz o möhtəşəm ölkə məhv olur. Seldən canını qurtaran və intiqamını almaq istəyən Atlas və qardaşı Menoitios (Menoetius) ilə birlikdə Titanların Olimplərə qarşı müharibəsinə qatılır (bu haqda Titanomakhiya məqaləmizdə oxuya bilərsiniz), bəzi mənbələrə görə isə müharibədə Titanlara rəhbərlik belə etmişdir. Qələbə Olimplilərin olur və kral Zevs Menoitios daxil olmaqla bütün Titanları Tartarosa göndərir, bəzilərinə görə isə Menoitisi Zevs öz ildırımları ilə öldürür. Atlasa isə daha fərqli bir cəza verir. Cəzaya görə Atlas dünyanın qərb hissəsində ( deyəsən Afrikadakı Atlas dağlarını nəzərdə tuturlar) dayanıb, səmanı çiyinlərində saxlayacaq və onu kürəyindən düşürtməyəcəkdi. Atlasa verilən "Səmanı çiyinlərində daşıması" cəzasının simvolik mənası odur ki, göylə yer yəni Uranla Geya bir-birilərinə qovuşmasınlar(necə ayırıb ey ərlə arvadı) və onların yeni Titan övladları doğulmasın və beləliklə də Titanlar tarixin yaddaşından silinsin. Başqa bir mənbəyə görə isə Atlasın mükəmməl Kibrinə görə Zevs(guya ondan geri qalır da bu) ona bu qədər ağır cəza verir. Bu cəzadan sonra Titanın bütün kibri yox olur və sakitləşir və aldığı dərsdən belə bir nəticə çıxardır: " Səmanın altında belə əyilərək durarkən insanların bütün problemlərini eşidirəm. Həyatlarındakı hadisələrin niyəsini axtardıqca, hər şeyin boş olduğunu daha yaxşı başa düşürəm." Hə bu arada Atlas səmanı təmsil etmə vəzifəsini əmisi Titan Koiosdan alıb. (İşləri qarışdırmayaq, Zevsin verdiyi cəza başqa, vəzifə belə deyək əmisinin etdiyi işlərdə simvollaşmaq başqa) Belə ki, Atlas insanlara, xüsusilə də əkinçilərə və gəmiçilərə astronomiyanı öyrədən bir Tanrı olaraq təsvir edilir.
Artus Quellinus tərəfindən XVII əsrdə ərsəyə gətirilib. İndi isə Amsterdam Kral Sarayındadır.
◇Atlas çiynində dünyanı tutmur, göy qübbəni yəni səmanı tutur.
Titan Atlasın iki məşhur qardaşı da var: Prometeus və Epimetheus
Atlasın bir çox qız uşağı var (yeri cənnətlik), bunlar arasında Okeanid Pleionedən olan qızları, Pleiadları xüsusi vurğulamaq lazımdır. Yenə əfsanəvi Ogygia Adasının Hesiodosun bir Okeanid təsvir etdiyi pərisi Leoyla, bizim də bir dənəmiz- Kalipso -Homerosa görə Atlasın qızıdır. Niyəsə şair, qızın anasının adını qeyd etməyib. Yenə bəzi mənbələrə görə, Gecə İlahəsi Nyx -in qızları zənn edilən Hesperidlər də Atlas ilə Hesperisin qızlarıdır. Bir digər məlumat görə isə Atlasın qızlarından biri də Maya olur. StacyJudda görə bu onu göstərir ki, meksikalılarla atlantislilər qohumdu.
Bəs bədbəxtin oğlu yoxdumu?
Yenə bir əfsanəyə əsasən Atlasın oğlu Hesperos atası kimi ulduzları seyr etmək üçün Atlas dağına çıxıbmış, elə o anda da külək onu göyə qaldırır. Atlas yasdadır, buna baxmayaraq Venera planetinə onun adını verir.
Admin bəs Atlasla Herakl qarşılaşması?
Deməli Zevsin yoldaşı, hər şeyə mız qoyan Hera qızıl alma bar verən ağac əkir, toy hədiyyəsi olaraq verilib Heraya. Nəysə bu ağacları qorumaq vəzifəsini də Hesperidlərə tapşırılır. Aha? Sən demə Heraklın 11-ci vəzifəsi də (bu haqqda ayrıca yazacağıq) bağdan bu almaları dərməkmiş. Herakl da Hesperidlərin atası Atlasdan kömək istəyir. Almanı oğurlamaq fikrinə razılaşan Atlasın sadəcə bi dənə şərti olur. Şərt: "Bir müddətlik səmanı Herakl götürəcək, Atlas da dincələcək". Təbii ki, Herakl razılaşır. Beləcə Atlas gedib almaları oğurlayır, di gəl ki, yükün altına girmək istəmir, çünki neçə ildən sonra ilk dəfədir ki, azaddır. Şeytana qaça-qaça papuş hörən Heraklda bir plan qurur. Atlasın gəldiyini görəndə -qaqa sən canı bir dənə kömək elə səma çiynimdən sürüşür. Atlas kömək edəndə səma yenidən onun çiyinləri üzərinə düşür, elə o andaca Herakl almaları götürüb tüyür. Atlas da ömürlük Səma ilə baş-başa qalır.
Herakl səma çiyinlərində
Homeros əsərlərində yazır ki, Pəs Atlas yer ilə göyü bir-birindən ayıran sütunları çiyinlərində tutan bir dəniz məxluqudur. Hekayəyə görən bura Dünyanın ən qərb hissəsindədir və burda Hökmdar Atlasdır və heç qonaqpərvər deyil. Bunu ora gedən Perseusa elə hissetdirir ki, Qaqaş hirsindən , gözləri ilə insanları daşa döndərən Meduzanın başını Atlasa göstərir və Atlas da dağa çönür. Deyirlər ki, bu gün Afrikanın şimal-qərbində yerləşən Atlas dağları, elə dağa çönən Atlasdır.
Qeyd: Xəritələrə "Atlas" deyilməsi, "Atlasın Dənizi"mənasını ifadə edən Atlantik okeanın adı əfsanədən bizə yadigardır.
Bundan başqa Atlasın əfsanəsi memarların da diqqətini çəkib və nəticədə bir çox tarixi binalarda bu titanı görə bilərik.
Mənbə: Yunan Mitleri -Robert Graves və bir neçə kitab, çünki Atlas bir çox dünya mifologiyasının üzvüdür, hərə bir cürə yorumlayıb, nəticədə adamın beynini tüstülədən bir çox əfsanəylə qarşılaşırsan. Biz də bir neçəsini sizlərlə paylaşdıq. Ətraflı bir yox bir neçə yazarın (başqa ölkələrin yazarlarını da daxil edin) kitabından bəhrələnin. Hələlik.
Şərhləriniz maraqlıdır.
Комментариев нет:
Отправить комментарий