воскресенье, 5 апреля 2020 г.

KHARON - ÖLÜLƏRİN QAYIQÇISI

  Salam mələzlər, bu karantin günlərində ümid edirəm hamı yaxşıdır. Vaxtımız az olduğuna görə birbaşa mövzuya keçid alırıq.
Yunan mifologiyasına görə ( niyə hər dəfə vurğulayıram yunan mifologiyası, çünki hadisələr Roma mifologiyasında bir az fərqlidir) qayıqçı Kharonın belə bir vəzifəsi var, ölülərin ruhlarını Stiks çayından keçirdib yer altındakı Ölülər ölkəsinə aparır. Və ölülərdən bəzilərini qayığa mindirir, bəzilərini isə nə qədər yalvarsalar da vecinə də almayaraq sahildə qoyub yoluna davam edirmiş. Kharonun sahildə tərk etdiyi ölülərə gəlincə sən demə bu yetimlərə o biri dünyada dini  mərasimlər keçirtməyiblər, ona görə də onlar sahildə qalmağa məcbur olurlar. Bunlar yer altı Tanrısı Aidin tabeçiliyinə keçməmişdən əvvəl 100 il əzab çəkir və boşluqda gəzirlərmiş. ( Özüm ölüm öləndə də sürünürsən də )
Dantenin "İlahi Komediya"sında Kharon haqqında belə söhbət açılır:
Xaron Acheron çayında insanları daşıyır ( noldu bə Stiks idi, çaylar bir yerdən sonra qovuşur). Acheron çayının sahilləri cəhənnəmə girişdir. Mifoloji varlıq Xaron ölüləri cəhənnəmə daşıyır. Sahildə isə həyatdaykən yaxşı ilə pis arasında seçim etməyənlər qalır. Onlar hələ də həqiqi cəhənnəmdə deyillər ancaq bu bölgədə sonsuza qədər həbs olunmuş, dəlilər kimi ətrafda fırlanan, eşşək arıları tərəfindən sancılan, bəzi böcəklər tərəfindən qanları əmilənlərdir. Dante, Virgilin rəhbərliyində cəhənnəmdəki Acheronun sahilinə gəlir amma Xaron onu çaydan keçirtmir.
Bəzi mənbələrə görə isə Ölülər ölkəsi Aidin olduğu bölgə çox dəhşətli təsvir edilir. Ölülərin ora keçməsi çox çətindir. Belə ki, ölüləri Stiks çayından keçirdən bir qayıqçı var. Həmən qayıqçı da ölülərdən pul alırmış, digər tərəfə keçirtmək üçün ( Kərəmi belə yerdə ağlamaq tutur). Bunu görə ölülərin ağzına bir obolos( mənasını bilmirəm) qəpik qoyulurdu. Zalım Xaron pul verməyənləri sahildə qoyarmış. Orada qalan ruhlar isə 100 il havada gəzirlərmiş.
Xristianlığın yayıldığı ilk dövrlərdə bu əfsanə o qədər təsiredici olmuşdur ki, insanlar ölüləri üçün mağaralarda dini mərasimlər keçirdir, hətta məzarlarına dəyərli əşyalar da qoyarlarmış. Yunanlılar isə dəfn zamanı ölüylə birlikdə hədiyyə pulu deyilən bir qabı da məzara qoymağı ənənə halına gətirmişdilər. Qabın içərisində də 10 -15 qəpik pul olarmış.

Комментариев нет:

Отправить комментарий