четверг, 30 апреля 2020 г.

Anubis

 
Anubis Misir mifologiyasında qaranlıqların, məzarlıqların, mumyalama və ölümdən sonrakı həyatın tanrısı olub, çaqqal başlı, bəzən oturaq, çox vaxt isə ayaqüstə təsvir edilən bir tanrıdır. Digər adları Anpu və İnepu və ya Yinepudur. Anubisi Nephthys ilə Setin oğlu olduğuna inandıqları üçün Amarna məktublarının Akkadcaya tərcüməsində Anapa adlandırıblar. Bəzi yazarlar da Anubis sözünü "balaca küçük" kimi qeyd ediblər və deyiblər ki, Ölülər ölkəsinin girişindəki Assiutda "Mağaranın sahibi" məhz Anubisdir.
Deməli bizim Anubis qədim krallıq dövründə (e.ə 2687-2191) Ölülər ölkəsinin ən vacib tanrılarından biri olsa da, orta krallıq dövründə Osiris ilə yerlərini dəyişirlər ( yəqin Sadie görə). Yaraşıqlı tanrımız bütün Misirdə bilinsə də Kynopolis (Kasa şəhəri) şəhərində ona daha çox inanılır və ibadət edilirdi.
Deməli vəzifəsi təkcə ölənlərə yeni ölkələrinin yolunu göstərməklə kifayətlənmirdi. Deyirlər ki, mumyalama texnikasını da bu canı yanmış kəşf edib, bu bəs deyilmiş kimi Osirisin 14 hissəyə ayrılmış bədənini mumyalıyıb. Bunu da əlavə edim ki, Mumyalanan ölülərin ruhları Osirisin idarə etdiyi İalu deyilən cənnət səmalarına gələndə Anubislə qarşılaşırlarmış.
E.ə 1600-cı ildə yazılan "Ölülər kitabı"na görə Anubis ölülərin ürəklərini və ruhlarını (maat) tərəzidə çəkir, Osiris isə qərarını verirdi. Bu proses belə baş verirdi. Deməli bir adam öləndə Anubis tərəzisinin bir tərəfinə ölənin ruhunu əvəz edən ürəyini, digər tərəfə isə Ədalət İlahəsi Maatın tükünü (quş lələyi desək daha düz çıxar) qoyur və ölçür.Yaxşı insandırsa qəlbi tükdən daha yüngül olur və ruh səmaya yüksəlir, yox ağırdısa ya cəhənnəmə gedir, ya da iblislər tərəfindən yeyilir.

Stm adlı (bilsəniz yazarsınız) Anubis rahibləri mumya ayinlərində Çaqqal maskası taxırdılar.
Anubisin həyatı:
Plutarkha görə (e.ə. 46-120) Osiris, İlahə Nephthysi yoldaşı İsida ilə səhv salır (braziliya serialı) nəticədə Anubis dünyaya gəlir. İsida isə Anubisi öz balası kimi böyüdür.
Digər mənbədə deyilir ki, Setin arvadı Neftida Osirisi sevdiyi üçün İsida licminə girir və Osirislə birlikdə olur. Setdən qorxduğu üçün də Anubisi qamışlığa atır, bu vaxt da İsida uşağı tapır (hind kinosu). Apuleisun Latınca əsərində Qızıl Eşşəyin (kitabın adın Osqarlıq) 11-ci kitabında Anubis haqqında belə yazılmışdır: "Anubis -səma ilə Ölülər ölkəsi arasında belə deyək, xəbərçilik edən, üzü gecə qədər qara və günəş kimi qızılı rəngdə olan tanrı" kimi təsvir edilir. Bundan başqa sağ əlində Tanrı metallarından hazırlanan əsası-ÇEPTER- ilahi gücünü, digər əlindəki həyat simvolu isə -ANX- axirətdə yəni əsl həyatın başladığı yerə gedərkən ruhlara rəhbərlik etməsini təmsil edirdi.

Bunu da yazaq ki, Unas piramidalarında yazılarda Anubis Horusun Gözü ilə əlaqələndirilir, çünki əfsanələrə görə Ölümə rəhbərlik edir və Osirisin tapılmasına xüsusi rolu olur.
Neyləyirki?
Bizim xəfiyyə Anubis Osirisi çoxxxxx istəyərmiş (indi istəməsin). Bir gün Seth qardaşı Osirisi öldürür və qəşəngcə hissələrə bölərək Nil çayına tullayır. Xəfiyyəmiz də Horusun şahin gözlərinin köməkliyi ilə iyləyə-iyləyə Osirisi tapır və cəsədi İsidə aparır.
Bəs evlənməyib?
Evlənib. Yoldaşı saflaşdırma ailəsindən Duat İlahəsi İnputdur. Bir dənə də Küphet adlı qızları var.
Hər şeyi başa düşdüm, bə niyə çaqqal başı?
O vaxtlar qəbirlərin ətrafında həmişə çaqqal gördüklərinə görə, beyinlərində belə qərarlaşdırıblar.
Anubis tanrılar arasında ən qorxunc olanıdır amma öləni yenidən həyata qaytarma gücü də var. Hətta üzündə bir çaqqalın dişlədiyi yara da var.
Yunanlılar Anubisi Hermeslə eyniləşdirirdilər.
Hər nə qədər qorxunc olsa da Rick qələmini sevərlər üçün Anubis ürəydi :)

Комментариев нет:

Отправить комментарий