Tengunun bir neçə növü var:
1. Karasu (qarğa) tengu, Kotengu və ya kiçik tengu- Digər tengulara baxanda daha kiçikdir və üzü qarğaya bənzəyir.
2. Daitengu ( böyük) Tengu- İnsan licmində, qırmızı sifətli və burnu uzundur. Ayağında Geta, əlində isə quş tükündən hazırlanmış, yellədəndə fırtına yaradan ovsunlu bir yelpik olur.
3. Kurama tengu - Kurama dağının tengusudur.
Konoha Tengu, Yamabuşi Tengu, Konşa Tengu və ya Daitengu bunlar isə yuxarıdakıların daha çox insana bənzəyən qohumlarıdır.
Tenguların üstündə çox vaxt qılınc, bo (zopa) və s. əşyalar olur. Deməli yumurtadan çıxıb, dağlarda məskən salan, xüsusilə də Takao və Kurama dağları ilə əlaqələndirilən dağ cinləri- tengularda, elə ənənəvi Yaponiya cəmiyyətinə məxsus iyerarxiya ( təzə tanış oldum bu sözlə) yerləşməsi mövcuddur. Məsələn Karasu Tengu, Yamabuşi Tengunun xəbərçisi və xidmətçisidir. ( Pay atonnan haa)
Bu sistemin başında Kurama dağında yaşayan ağ saçlı Sojobo oturur.
Bunlar nə yeyir, nə içir?
Yaponiya xalq yaradıcılığında deyilir ki, bəs bu tengular dağlarda gəzən insanları xüsusilə də kibrli və çox qürurlu Buddist rahibləri aldatmaqdan başqa uşaqları da oğurlayarlarmış. Nadir hallarda da insan yeyirlərmiş. Həə bir də kiminsə qızı, yoldaşı yoxa çıxıbsa, deyirlərmiş ki, Tengu oğurlayıb, özünə arvad edib.
Bunlar tengudu da niyə o qədər silahları var?
Əvvəla deyim ki, Tengular ölümsüzdürlər və döyüş sənətlərində və qılınc istifadəsində də ustadırlar ki, Yaponiya folklorunda ən vacib döyüşçülərdən biri olan "Minamoto no Yoşitsune" qılınc oynatmağı tengu kralı Sojobodan öyrənmişdir.
Yaponca Tengu " Cənnət iti" mənasında olub Çin mifologiyasında Tien Kou "müqəddəs it" sözüylə əlaqələndirilir. A qadan alım bə bayaqdan deyirdin qarğa belə gəldi, qanad elə getdi. İt nəydi? Deyilənə görə Tien Kou eyni zamanda e.ə VI əsrdə Çinə düşən meteoridin də adıdır. Adı zamanla " dağıdıcı güc" deyə səslənməyə başlayıb. Bu da Çin və Koreyadan Yaponiya mədəniyyətinə təsir edən Buddizm vasitəsilə gəlib çıxmışdır. Cinin adı 720 ilinə aid sənədlərdə qeyd olunmuşdur.
Yaponiyada deyirlər ki, Tengunun burnunun uzunluğu ona görədir ki, onun kibrdən zəhləsi gedir. (Gəlsin bizim iş yerinə)
İkegava kəndində Tenguların şərəfinə hər il Noyabr və Dekabr ayları ərzində 400 illik bir ənənəyə sahib "İkegava Kagura" festivalı təşkil edilir.
festivaldan bir görüntü
Tengunun Yaponiya teatrında, incəsənətində, ədəbiyyatında xüsusi bir yeri var. Kökü Şinto və Buddizmə qədər gedib çıxır. Tengu bəzən Sarutahiko, Susano (Sasuke) və Karura adlı tanrılarla da əlaqələndirilir.Bu yerdə Animedən yan keçmək əgüb olar. Bir çox tengu obrazları var. Birini də biz təqdim edək
dəli tengu deyir, maaşı qoy ortaya, get bu obrazı cosplay et
Mənbə: Özhan Öztürk, Dünya Mitolojisi
Di salamat qalın. Tengulara diqqət 😁
#Yaponiya #YaponiyaMifologiyası #Mifologiya #Tengu #Kurama #Dağ #İkegavafestivalı #Buddizm #Şinto #Sojobo #Tengu
Комментариев нет:
Отправить комментарий