вторник, 31 августа 2021 г.

ÇİNAR AĞACININ MİFİK HEKAYƏSİ (Yunan mifologiyası)

 Salam əziz oxuyucular və mələzlər ;)...Bu gün istədik ki, kölgəsində oturub dincəldiyimiz bir ağacın mifik hekayəsini sizlərlə paylaşaq.

Deməli, günlərin bir günü tanrı Zevs Olimpdə taxtında əyləşməkdən ürəyi sıxılır və qərara gəlir ki, yer kürəsinə ensin və insanlar arasında gəzsin. Beləliklə də Hermeslə birlikdə insan licminə bürünərək kəndləri, şəhərləri gəzməyə başlayırlar və Firigiya yaxınlarında bir kəndə daxil olurlar. Evlərin qapılarını döyməklərinə baxmayaraq üzlərinə qapı açılmır.  Zevs də açılacaq qapının olacağını bilir və səbrlə davam edir. Ancaq bəxtlərindən heç bir ev onları qonaq qəbul etmək istəmir. Nəhayət tör-töküntü bir ev, tanrılara qapılarını açırlar. Bu evdə Baukis və Filemon adında yaşlı ər-arvad yaşayırmış. Evin sahibləri cəld yemək bişirirlər, qonaqlara əllərini, üzlərini silmək üçün dəsmal verirlər. Sonra Filemon süfrəyə şərab gətirir, bakallar dolub-boşalır, ancaq şərab bitmir ki, bitmir. Vəziyyəti belə görən ev sahibləri anlayırlar ki, onların evlərindəki qonaqlar tanrılardır və elə o andaca tanrılardan onlara qarşı qüsur işlədiblərsə bağışlanmalarını istəyirlər. Tanrı Zevs də deyir ki, bəs məni təqib edin.

Filemon ilə Baukis tanrıların arxasınca bir təpəyə çıxırlar, hansı ki, oradan bütün kənd görünür. Zevs deyir: Kəndə yaxşı baxın. Bu sözlərdən sonra kəndi sel yuyub, aparır, ancaq öz tör-töküntü evləri məbədə çevrilir. Bundan sonra Zevs yenə deyir: "Mənə qarşı göstərdiyiniz qonaqpərvərliyin əvəzini ödəyəcəyəm. Nə arzunuz, istəyiniz varsa, deyin." Bu sözlərdən sonra yaşlı ər-arvad dillənir: "Bir-birimizdən heç vaxt ayrılmamaq və eyni gündə ölmək istəyirik." Zevs də onların istəyini qəbul edir. Yaşlı ər-arvad eyni gündə vəfat edirlər.  Öldükləri yerdən linden və çinar ağacı bitmişdir. Bu iki ağac birləşib tək bir ağac olmuşdur. Rəvayətə görə Berqamedəki bir tərəfi linden, digər tərəfi çinar ağacı olan ağac dünyada sadəcə bir dənədir. 

Mənbə: Dünyadinleri

#mifologiya #yunanmifologiyası #çinar #lendin #ağac #hekayə #rəvayət #tanrı #Zevs #Hermes #Filemon #Baukis #Philemon #Bucis #god #mythology #greek #məbəd #firigiya #ARQONAVTLAR


четверг, 26 августа 2021 г.

HEKET (Misir mifologiyası)

 Heket əntiq Misirdə doğum və bərəkət ilahəsi idi. Qurbağa və yaxud qurbağa başlı qadın kimi təsvir edilirdi. Niyə məhz qurbağa? Misirlilərə görə milyon il əvvəl Nilin suyu gur olmağa başlayanda qurbağalar peyda olmuşdular və ondan sonra quraqlıq çöllər bərəkətli olmağa başlamışdı. Ona görə də qurbağalar bərəkətin və yeni həyatın simvolu sayılırdı. 

Heket kultu Erkən padşahlıq dövrünün sonlarına yaxın yaranmışdır.

İnanclara görə Heket Xnumun yoldaşı idi. Belə ki, O, hər bir insanı dulus çarxında düzəldir və analarının bətninə yerləşdirməmişdən əvvəl onlara həyat verir. Heqet və Xnum Deir el Bahridəki Mortuary məbədində Hatşepsutun doğum sütunlarında təsvir edilmişdilər. Təsvirdə Heketin körpə Hatşepsuta bir anx verdiyi və onun "Ka"sını (ruh) tutduğu əks olunub. 

Başqa bir inanca görə isə Heket Hehin yoldaşı idi. Hər adama həyat bəxş etməzdən əvvəl yaradan da məhz Heket imiş. Heket bəzən də Horusun yoldaşı kimi qəbul edilirdi.

Əntiq Misirdə hamilə qadınları qorumaq üçün Heqetin adına yazılmış ovsunlardan hazırlanmış paltarlar geyinirlərmiş. Hətta orta Krallıqda doğum ərəfəsindəki ayinlərdə fil dişindən hazırlanmış bıçaqlar istifadə edilirdi ki, bununla da şərin qarşısını aldıqlarını düşünürdülər. 

Əlavə olaraq onu da yazaq ki, Heqet dünyaya gələn 3 fironun doğumunu əks etdirən Westcar perqamentində "Xufu və sehrbazlar" hekayəsində 3 fironun doğumuna kömək edərək krallığı qoruduğu bildirilmişdir. 

"Osiris və İsida" əfsanəsində də Horusun yeni bədəninə həyat üfləyən məhz Heket imiş.

Bundan başqa Heket vəfat edən adamın dirilişinə və axirətə getməyinə kömək etmişdir. (Qarışmadığı iş qalmadı)

Mənbə: Din ve mitoloji

#Heket #Heqet #mifologiya #Misir #misirmifologiyası #Khufu #Khunum #heh #Horus #İsis #İsida #Ka #Ba #Hatşepsut #Osiris #Qurbağa #ilahə #tanrı #god #goddess #god #egypt #Nil #nilçayı #firon #mythology #ARQONAVTLAR

понедельник, 16 августа 2021 г.

ROKUROKUBİ (Yapon mifologiyası)

 


Rokurokubi yapon youkailərinin bir növüdür. Adi insan kimi görünsələr də insanlardan fərqlənən iki növləri vardır. Bunlardan biri Nukekubi, digəri isə Rokurokubidir. Belə ki, Nukekubi youkailərinin başları bədəndən ayrılıb, ətrafda gəzə bilir. Bu youkailər bəzən gecə qurbanlarına hücum edir və qanlarını içirlər. Və hekayələrdə o da qeyd olunur ki, əgər baş ətrafda gəzirsə və bu vaxt bədən tərpənirsə, baş yenidən bədənə birləşmir. 

Nukekubi

Rokurokubi isə baş boyundan başlayaraq uzanır və havada süzülür. Bədən tərpəndiyi halda geri qayıdır.

Edo dövründə "insanlar yatarkən boyunları uzanır" kimi əfsanələr yaranmağa başlamışdı ki, sonralar bu özünü "Buya Zokuda", "Kanden Koshitsu", "Yaso Kidan" kimi ədəbiyyatda əks olundu.

"Kasshi Yawa"da belə bir hekayə öz əksini tapmışdır. Belə ki, bir gün evin sahibi qulluqçusunun rokurokubi olduğuna şübhələnir və gecə hamı yatarkən səssizcə otağına gedərək onu izləməyə başlayır. Sonra görür ki, qızın sinəsindən yuxarı ağ bir şey çıxır və getdikcə qalınlaşır, diqqətlə baxanda görür ki, qulluqçunun boynu uzanır və baş da boyunla birlikdə yuxarı qalxır. Evin sahibi çox təəccüblənir və bəlkə də sahibin varlığını hiss edən qız ehmalca yatağında çönür və baş əvvəlki halına qayıdır. Qızın üzünün solğun olmasından başqa qeyri-adi heç nə olmur. Səhərisi gün sahib qızı evdən qovur və qulluqçu hara gedirsə, getsin özünə iş tapa bilmir. 

"Kasshi Yawa"da və "Hokuso Sadan"da bədəndən çıxan ruhların boyun formasında olması psixoloji araşdırmalarda bir növ "ektoplazma" kimi şərh olunur. 

Edo dövrünün sonlarında məşhur yazıçı Cippenşa İkku tərəfindən yazılan "Rekkoku Kaidan Kikigaki Zōshi" (列国 怪 談 聞 書 帖) adlı yomihonda (kitab) qeyd olunub ki, Rokurokubi insandır və ya mələzdir. Bir əfsanəyə görə Oyutsu adlı bir qadın, Enşodan Kaişin adlı bir rahiblə qaçır. Ancaq yolda Oyutsu xəstələnir və xəstəliyi müalicə etmək üçün kifayət qədər pulları olmur. Rahib də əlindəki pulu qıza xərcləmək istəmədiyi üçün Oyutsunu öldürür və onun da pullarını götürüb qaçır. Yoluna davam etmək üçün bir mehmanxanada dincəlmək qərarına gəlir. Gecəni mehmanxanaçının qızı ilə birlikdə keçirdir və yatdıqları yerdə qızın boynu uzanmağa başlayır, üzü Oyutsunun sifətinə bənzəyir və Rokurokubi rahibə onu öldürdüyünü deyir. Səhər açılan kimi etdiklərindən peşman olan rahib əməllərini mehmanxanaçıya danışır. Elə az aşın duzu olmayan mehmanxanaçı da vaxtı ilə arvadını puluna görə öldürür, ona görə də qızı Rokurokubiyə çevrilir. Bundan təsirlənən rahib geri qayıdaraq Oyutsuya bir məzar düzəltdirir və ömrünün sonuna qədər Oyutsunun ruhuna dua edir və hamıya bunun  "Rokurokubi Kurqanı" (ろ く ろ 首 の 塚, Rokurokubi no Tsuka) olduğunu deyir.

Bəzi hekayələrdə Rokurokubinin youkai olmadığı, əslində anormal bədən quruluşuna sahib insanlar olduğu yazılır. Bu haqqda Ban Kokeinin "Kanden Kohitsu" adlı Edo dövründə yazılmış məqaləsinə göz ata bilərsiniz. 

Bundan başqa Rokurokubiyə təkcə ədəbiyyatda deyil, yapon folklorunda da rast gələ bilərik. Məsələn Gifu prefekturasında insanlar bir ilanın rokurokubiyə çevrildiyini gördüklərini deyirdilər.

Onu qeyd edək ki, bu mövzu aktuallığını Bunka və Meyci dövründə də qoruyub saxlamışdır. 

 Rokurokubi klassik kaidanda (ruh nağılları) tez-tez youkai kimi təsvir olunsa da, bəzən sırf əyləncə xatiri üçün yaradıldığını da vurğulayırlar. 

Bunu da yazaq ki, deyilənə görə Rokurokubi gündüzləri normal yemək yesə də, gecə lampa yağı yeyirlərmiş.



Qeyd: Bəzi adları orijinal saxlamışıq. 

Mənbə: https://yokai.fandom.com/wiki/Rokurokubi

#mifologiya #yaponmifologiyası #yaponiya #folklor #Rokurokubi #Nukekubi #youkai #kaidan #Bunko #Meiiji #Meycidövrü #period #Edo #KasshiYawa #HokusoSadan #Cippenşaİkku #列国怪談聞書帖 #yomihon #Oyutsu #rahib #KandenKohitsu #iblis #mythology #japan #ARQONAVTLAR


воскресенье, 15 августа 2021 г.

KAQN (Afrika mifologiyası)

 Cənub -qərbi Afrikanın Buşmen mifologiyasında, Kaqn dünyanı və içindəki bütün insanları və əşyaları yaradan tanrıdır. Bəzi hekayələrdə ölür və sonra yenidən həyata qayıdır. Cagn, Kaang, Kho və Thora da adlanır.

Kanq əvvəlcə yaratdığı insanlarla dostluq əlaqələri qurur, lakin insanlar öz yaradıcı tanrılarına qarşı hörmətsizlik etməyə başlayırlar. Nəticədə Kanq dünyaya ölüm və fəlakət göndərir. Özü isə göylərə çəkilərək səmanın dərinliklərində yaşamağa başlayır. Buşmenlərin inanclarına görə yalnız antiloplar onun harda olduğunu bilirlər. 

İnanclara görə Kanqın gücü onun dişlərindən birində olur və kiminsə gücə ehtiyacı olanda da dişini həmin adama verir. Yer üzərindəki hər şeyin licminə bürünə bilsə də, ən çox dəvədəlləyi (mantis) və ya tırtıl şəklində təsvir olunur. 

Hekayələrdə, əfsanələrdə deyilir ki, Kanq divlərə, şər ruhlara hər zaman qalib gəlir və ölülərin ruhlarının lideri Qauna ilə döyüşməkdə Buşmenləri ruhlandırır. 

Mənbə: http://www.mythencyclopedia.com/Be-Ca/Cagn.html

#mifologiya #Afrika #afrikamifologiyası #Kaqn #Cagn #Gauna #Qauna #tanrı #god #yaradıcıtanrı #Buşmen #Bushmen #antilop #tırtıl #mantis #dəvədəlləyi #mythology #ARQONAVTLAR


суббота, 14 августа 2021 г.

ƏBƏDƏ (Türk xalqlarının mifologiyası)


 Əbədə türk və tatar mifologiyasında ağac cinidir. Meşələrdə yaşayır və insanlara zərər vermir. Bəzən qoca bir qadın kimi görünür. Meşədə olarkən qurumuş ağac yarpaqlarından gələn səslər onun ayaq səsləridir.

Ebe sözündən törəyib. Mənası qoca qadın deməkdir. 

Mənbə: Türk mitoloji ansiklopedisi.

Qeyd: Şəkil pinterestdən götürülmüşdür. Əslində bir dryadanın görünüşüdür. Məntnlə əlaqəsi mövzu ilə uyğunlaşmasıdır. 

#mifologiya #türkxalqlarımifologiyası #türkxalqları #ağac #cin #ağaccini #meşə #ebede #əbədə #tatarmifologiyası #tatar #qocaqadın #ebe #mythology 

вторник, 10 августа 2021 г.

VALKNUT (German-skandinav mifologiyası)

 


Valknut german-skandinav mifologiyasında ən sirrli simvollardan biridir. "Val-knut" kimi tələffüz olunur. Buradakı "val" (valr) sözü -"ölü", "öldürülən" mənasında; "knut" isə "düyün" mənasındadır. Bir-birinə keçirilmiş üçbucaqdan ibarət Valknut simvolunun xeyli izahı vardır. 

İlk və ən əsası "döyüşdə öldürülən döyüşçülər"i simvolizə edir. 

Digəri isə nəhəng Hrungnirin qəlbini simvolizə etməsidir. Hrungnirin ürəyi çox məşhurdur. Nəhəngin ürəyi üç tərəfli iti bir qayaya bənzədilir. Odin ilə bir şənlikdə olarkən çox içən nəhəngi zəbt edə bilmirlər və nəhayət Tor onu öldürmək məcburiyyətində qalır. Bundan sonra bu işarə Hrungnirin qəlbinə bənzədilir və hrungnishjarta kimi adlandırılır. 

Bir başqa izahatda bildirilir ki, bu işarə Odinin müdrikliyini simvolizə edir. Döyüşən əsgərlərin ağlını və ruhlarını ya düyünləyir, ya da açır. Beləliklə də onların gah döyüşdə qalib gəlməklərini, gah da məğlub olmaqlarını təmin edir. 

Bir başqa mənbə isə qeyd edir ki, Valknut həyatla ölüm arasındakı əlaqəni simvolizə edir. 

Modern həyatda bu işarə logo kimi istifadə edilir. 

Bundan başqa cermen paqanizmi ilə əlaqəli digər simvollar kimi, bəzi ağ milliyətçi qruplar tərəfindən də istifadə edilir.

Mənbə: geekstra.com , Vikipediya

#mifologiya #simvol #valknut #odin #skandinaviya #german #düyün #tanrı #Hrungnir #üçbucaq  #hrungnishjarta #Tor #nəhəng #Thor  #logo #paqanizm #pagan #mythology #symbol #ARQONAVTLAR


GLAİSTİG (Şotlandiya mifologiyası)

 Şotlandiya mifologiyasında Glaistig bir ruhdur. Həmin ruha bəzən maighdean uaine (yaşıl bakirə) də deyirdilər. Bəzən Pan, satir, gözəl bir qadın, bəzən də keçi qadın kimi təsvir edilirdi. Glaistig keçi ayaqlı və qadın başlı olanda həmişə yaşıl paltar geyinərmiş. Qadın görünüşlü olanda isə boz  paltar geyinər və saçları da sarı olarmış. 

Əfsanələrdə Glaistig həm xoşniyyətli, həm də şər ruh kimi iki obrazda təsvir edilmişdir. Belə ki, bəzi hekayələrə görə Glaistig rəqsləri və mahnıları ilə kişiləri cəlb edib, qanlarını içirlərmiş. Digər hekayələrdə isə Glaistig qoruyucu ruh kimi təsvir edilir. Çobanların, sürünün qoruyucu ruhu kimi qeyd edilir. Yenə həmin hekayələrdə bəhs edilir ki, yerli xalq Glaistigə öz təşəkkürlərini bildirmək üçün inək südünü içi boş bir daşın içərisinə tökürlər. Bir gün yenə həmin xalqdan bir gənc oğlan, daşın içərisinə qaynar süd tökür və nəticədə Glaistigi yandırır. O gündən sonra da o bölgələrdə qoruyucu ruh yoxa çıxır. Bəzi folklorlarda isə Glaistigi körpələrin qoruyucusu kimi də görə bilərik. Belə ki, ata sürüyə nəzarət edir, ana inək sağır, Glaistig isə evdə körpələrə nəzarət edirmiş. 

 #mifologiya #keltmifologiyası #şotlandiya #glaistig #ruh #yaşılbakirə #pan #satir #maighdeanuaine #mythology #folklor #qaniçən

среда, 4 августа 2021 г.

KRATOS (Yunan mifologiyası)

 

"God of war" oyunundakı Kratos obrazı

Yunan mifologiyasında Kratos dözümlülüyün və gücün təcəssümüdür. Kronos Spartada doğulmuş və Pallasla Stiksin övladıdır. Bacıları : Zelus, Nike, Bia birlikdə Zevsin qanadlı gücləri idilər. 

Mifologiyada Kratos haqqında bir-birinə uyğun olmayan əfsanələr mövcuddur. Belə ki, mifoloji hekayələrdən məlumdur ki, tanrılar onu "Güclü Pallas oğlu" kimi çağırırlarmış, amma mifologiyaya əsaslanan oyunlarda Kratos "God of war" kimi təsvir olunduğundan bəziləri onun mələz olduğunu və Zevsin oğullarından biri olduğunu deyirlər. Ancaq bir çox əfsanələrdə Kratos Titan Pallas ilə Stiksin övladı kimi adlandırılmışdır. Hər iki versiya mifologiyada öz əksini tapmışdır.

Kratos Olimp dağında tanrılarla, xüsusilə də Apollon ilə Areslə dostlaşmış və bu, Zevsin hörmətini qazanmağına kömək olmuşdur. Belə ki, Zevsin taxtının qoruyucularından biri də məhz Kratosdur. 

Kratos döyüşə bacıları Nike və Bia ilə birlikdə, bəzən də ədalət tanrısı Dike ilə birlikdə çağrılır.

Bir əfsanəyə görə də Zevs tərəfindən cəzalandırılan Prometeyi dağlara Hefistosun düzəltdiyi zəncirlərlə bağlayan Titanın məhz özüdür. Bəzi qaynaqlarda isə qeyd edilir ki, Prometeyi zəncirləmir, amma qaçmasın deyə başında qarovul çəkir.

#mifologiya #yunanmifologiya #Kratos #Zevs #Apollon  #Ares #şiddət #müharibə #güc #Nike #Bia #Dike #Zelus #mələz #tanrı #Olimpdağı #tanrı #Prometey #Hefistos #titan #oyun #god #mythology #godofwar #Pallas #Stixs #Stiks #ARQONAVTLAR

вторник, 3 августа 2021 г.

POOKAS (Kelt mifologiyası)

 


Pookas Kelt mifologiyasında öz əksini tapan bir çox pəridən biridir. Pooka sözü qədim irland dilindən gəlir və sözün kökü olan "poc" keçi mənasında işlədilir. İrlandiya və Qaller ərazilərində Pookasa həm hörmət edirdilər, həm də ondan qorxurdular. Həmçinin onun licimdən-licmə girən bir ruh kimi görürdülər. Dovşan, at, keçi, qoblin və yaxud it licminə girirdilər. Hansı licmə bürünməyindən asılı olmayaraq, tükləri həmişə tünd rəngdə olardı. Ən çox gözləri sarı rəngdə olan, zərif qara at licminə bürünürdülər. 

Pookas dünyaya fəlakət və şər gətirərdi. İrlandiya ərazilərində gecə özünü göstərər, insanların ən gözəl günlərində fermalarını yandırar və heyvanlarını öldürərdi. Pookasın gəldiyi gecələrdən birində bütün kəndli çıxıb ona tabe olana qədər, kəndə ziyan vurardı. Yığdığı kəndliləri isə gəmisinə mindirib, yoxa çıxardı. İrlandiyanın digər bölgələrində isə qeyd olunub ki, kəndililər ferma və əkin sahələrinə ziyan vurmasınlar deyə, yığdıqları məhsulun bir hissəsini Pookasa ayırırdılar. 

Bunu da yazaq ki, Pooka və ya Pookas insan dilində sərbəst danışa bilirdi. Belə ki, qurbanının adını çağırar, əgər o evdən çıxsa sürükləyib aparır, çıxmasa, onda evinə ziyan vurardı. 

Pookas qara atıyla kəndləri gəzib, hansı cəzalandırmalıdır deyə qərar verərdi. Buna görə də qədimdə Şotlandiyada xalq tanımadıqları qarageyimli atlıdan qorxar, hətta onları öldürərdilər. 

Púca, Phooka, Pwwka, Pooka, Puka, Phouka, Púka, Pwca, Bucca, Pouque kimi adlarla tanınırlar.

Bunu da əlavə olaraq qeyd edək ki, İrlandiyada demək olar ki, xeyli insan inanır ki, Şekspirin "Yay gecəsində yuxu" əsərindəki "puck" əslində pookadır. 

Mənbə: Dünya dinleri və Carrolİrishgifts

Qeyd: Şəkil pinterestdən götürülmüşdür. Pookasla əlaqəsi məqalə ilə uyğunlaşmasıdır. 

#mifologiya #irlandiya #kelt #keltmifologiyası #Pooka #Pookas #qoblin #pəri #şotlandiya #galler #gal #qaller #at #Şekspir #puck #inanc #mythology #irish #ARQONAVTLAR

понедельник, 2 августа 2021 г.

FREYR (Skandinav mifologiyası)

 

Freyr skandinav mifologiyasında dəniz tanrısı Njordun oğlu, eşq ilahəsi Freyanın isə qardaşıdır. Freyr günəş, yağış, sülh və bərəkət tanrısı idi. Pərilərin lideri olaraq da bilinən tanrıya bəzən Yngvi-Freyr də deyirdilər. Yeri gəlmişkən onu da yazaq ki, Freyr bir vanir idi və elflər məkanı olan Alfheimrın hökmdarı idi. 

Freyr Gullinbursti (qızıl kürklü) adlı bir qabana minərdi. Bundan başqa cırtdanların onun üçün hazırladıqları, istədiyi vaxt kiçilib cibinə sığışacaq Skidbladnir (taxta bıçaqlı) adlı gəmiyə və sehirli at olan Blodighofi (Qanlı toynaq) adlı ata sahibdir. 

Freyra xəbərçisi Skirnir, arıların qoruyucu ilahəsi Beyla ilə yoldaşı Byggvir xidmət edirdilər. 

Kült mərkəzi Uppsala idi. Freyr haqqında ən məşhur əfsanədə deyilir ki, Freyr nəhənglərdən olan Gerdə vurulur və onunla evlənir. Yoldaşına sehirli qılıncını əmanət edən Freyr, Beli adında bir nəhənglə döyüşmək məcburiyyətində qalanda, bir maralın buynuzundan istifadə edərək, onu öldürür. 

Völuspa dastanına görə Freys Raqnarokda alov nəhəngi Surtr tərəfindən öldürüləcək, lakin sonra yenidən dirilib, yeni dünyada vacib bir tanrı olacaqdır. 

Nəsir Eddada yazılır ki, ən məşhur tanrılardan biri olaraq ona bağların və tarlaların bərəkətli olması üçün çoxlu dua edirdilər. Bundan başqa yeni ilin yaxşı keçməsi üçün Yule festivalı ərəfəsində onun şərəfinə sonargöltr (kəfalət donuzu) qurban edirdilər. Bu paqan ənənənin bir hissəsi bu gün də İsveçrədə davam etməkdədir. 

FREYRIN QILINCI

Freyrın qılıncı sehirli qılıncdır və öz-özünə də döyüşə bilir. 


#mifologiya #skandinaviya #Freyr #tanrı #Freya #Njord #ilahə #nəhəng #div #Raqnarok #yulefestivalı #YngviFreyr #Gullinbursti #qaban #Skidbladnir #gəmi #sehr #cırtdan #elf #pəri #Alfheimr #Blodighofi #qılınc #Uppsala #nəsiredda #edda #sonargöltr #Gerd #god #goddess #mythology #nors 

суббота, 17 июля 2021 г.

AVROPA ( Yunan mifologiyası)

         Bu gün sizə Avropaya adını verən bir xanım haqqında yazacağıq. 

    Deməli, bir gün finikiyalı Europa adında gözəl- göyçək bir qız var idi. Qız Finikiyanın Sur bölgəsinin kralı Agenor ilə Telephassanın qızıdır. Bu qız gül bağçalarında, sahillərdə gəzməyi çox sevirmiş. Bir gün yenə rəfiqələri ilə gəzərkən bunu kim görür, təbii ki, şorgöz Zevs. Görüb də özünü görməməzliyə qoyurmu? Yox. Təbii ki, bir könüldən, min könülə aşiq olur. Zevs, Avropa ilə yaxınlaşmaq üçün buğaya çevrilir. Bu hərəkəti ilə bir tərəfdən də Heranın gözündən iraq olmaq istəyir. Nə isə bu buğa qızların yanına yaxınlaşır və qəflətən Avropanı belinə mindirib, suyu keçərək Girit adasına qaçırdır. Burada yenidən öz tanrı licminə bürünən Zevs, özünü qıza təqdim edir. Bu arada Horalar da bu ikili üçün yer hazırlayırlar. (ncnnc) Əlqərəz bu ikilinin bir olduğu yerə öz kölgəsini əksik etməyən çinar ağacı, deyilənə görə o gündən sonra heç vaxt yarpaqlarını tökmür. Qayıdaq əsas məsələyə. Deməli, Avropa Zevs cütlüyünün 3 övladı olur: Minos, Sarpedon, Rhadamanthys. Bu uşaqlardan Minos- Girit adasında Minos mədəniyyətini qurur. (Minotavrın mənəvi atası) Sarpedon Likia kralı olur. Rhadamanthys öləndən sonra yer altında hakim vəzifəsində işləyir. 

    Zevs bu əlaqədən sonra sevgilisinə 3 şey hədiyyə etmişdir: 

1. Onu qorumağı üçün bürünc nəhəng Talos;

2. Hədəfindən heç vaxt yayınmayan nizə;

3. Ovunu heç vaxt əldən buraxmayan it -Lailaps.

Zevs licminə girdiyi buğanı da göyə qaldıraraq onu bürc edir. 


#mifologiya  #Avropa  #Europa  #Zevs  #Zeus  #tanrı  #eşq  #Hera #buğa  #Giritadası  #çinarağacı #Minos   #Sarpedon  #Rhadamanthys #mythology #god #tanrı #ilahə #ARQONAVTLAR

пятница, 16 июля 2021 г.

MYLING (German-skandinav mifologiyası)

 


Skandinav folkloruna nəzər salsaq görərik ki, Myling, xaç suyuna salınmayan və düzgün dəfn olunmayan uşaqların ruhlarına verilən addır. Uşaqların ruhları o vaxta qədər dünyada qalır ki, onlar kimisə razı salırlar ki, cəsədlərini düzgün tərzdə dəfn etsinlər.

Myling (fincə "utburd" və ya "ihtiriekko" olaraq da bilinir) gecə tək gəzənləri qovalayır və onların bellərinə hoppanırlar. Bəzən onların səslərini eşidirsən, hansıki oxuduqları melodiyalarda analarının cinayətindən danışırlar. Deyirlər ki, onlara ad verib, qəbirstanlıqda dəfn etdikdə, ruhlar müqəddəs torpaqlarda dincələ bilir. "Utburd" sözü "çölə çıxarılan" mənasını ifadə edir. Başqa sözlə desək, istənilməyən uşaqların meşəyə və ya digər bir uzaq yerə tərk edilirlər. Demək olar ki, ölüm səbəbləri valideynləridir. İnanclara görə uşaqların ruhları elə öldükləri yerdə olur və qatilləri təqib edirlər.  

Qəzəbli ruhların qisas almaq istədikləri inancı, onları Skandinav mifologiyasında ən qorxulu ruh növlərindən biri etdi.


#mifologiya #skandinaviya #skandinavmifologiyası #MYLING #ruh #xaçsuyu #intiqam #körpə #uşaq #qorxu #mythology


суббота, 10 июля 2021 г.

LEPRECHAUN (İrlandiya mifologiyası)


 LEPRECHAUN İrlandiya mifologiyasına görə İrland adalarında yaşayan yaşıl geyimli kiçik cinlərdir. Bu cinlər ayaqqabıçılıqla məşğul olurlar və qızılı çox sevirlər. Mifologiyaya görə çox varlı olan kiçik cinlər qazandıqları pulları bir külçənin içərisinə doldurub, göy qurşağının qurtardığı yerdə basdırırlarmış.

LEPRECHAUN boyları təxminən 90-92 sm-dir.

Əfsanəyə görə bir LEPRECHAUNa gözünüzü qırpmadan baxsanız o qaça bilməyəcək, lakin elə ki, gözünüzü qırpdınız o andaca yoxa çıxacaqdır.

Digər bir əfsanəyə görə əgər siz bir LEPRECHAUN tuta bilsəniz, onu buraxacağınız təqdirdə sizə 3 arzu tutma şansı verir. Bunu diqqətli bir şəkildə etməlisiniz, çünki olduqca hiyləgərdirlər. Və bir gün bir adam LEPRECHAUN tutur və arzularından biri də göyqurşağının bitdiyi yerdəki qızıllara getmək olur. Cin də bir ağac göstərir ki, xəzinə onun altındadır. Lakin oranı qazmaq üçün adamın beli olmur. Bu adamın 3-cü arzusu olduğuna görə cin sərbəst qalır. Və adam ağacı itirməsin deyə onu işarələyir və beli götürmək üçün geri qayıdır. Gələndə isə görür ki, ərazidəki bütün ağaclar işarələnib. 

İrlandiya mifologiyasında deyilir ki, İrlandiyaya kelt irqi ayaq basmazdan əvvəl bu adaların yerli sakinləri məhz LEPRECHAUNlar olmuşdurlar. 

Qeyd: Ad orijinal yazılıb. Şəkillər pinterestdən götürülmüşdür.

Mənbə: https://tr.wikipedia.org/wiki/Leprikon

#mifologiya #İrlandiya #irlandmifologiyası #cin #ayaqqabıçı #göyqurşağı #xəzinə #qızıl #arzu #əfsanə #ada #irlandadası #ireland #mythology #LEPRECHAUN #ARQONAVTLAR 

четверг, 8 июля 2021 г.

SURYA (Hindistan mifologiyası)

 

Surya Hinduizmdə  günəş tanrısıdır. Sözün mənası  sanskritcə günəş deməkdir. Qədim Hindistan ədəbiyyatındakı Surya sinonimlərinə Aditya, Arka, Bhanu, Savitr, Pushan, Ravi, Martanda, Mitra, Bhaskara, Prabhakara və Vivasvan daxildir.Surya həmçinin Racəstan, Qucarat, Madhya Pradeş, Bihar, Uttar Pradeş, Jharkhand və Odişa kimi əyalətlərdə  Saura ənənəsində günəş tanrısını əks etdirir. Surya bir vaxtlar Vişnu, Şiva, Şakti, Qaneş kimi tanrılarla birlikdə yad edilir və ibadət edilirdi ki, sadəcə kiçik bir qrup Saura məzhəbi Suryaya uca tanrı kimi ibadət edirdi.. 

Surya Manu (insan irqinin öndəri), Yama (Ölülərin tanrısı), Ashvins (tanrıların həkimləri), Karna (Mahabharatada böyük qəhrəman) və Sugriva kimi vacib tanrıların atasıdır. 

Puranalarda (Hindu mif və əfsanələr məcmuəsi) qeyd olunur ki, tanrıların silahları məhz Suryadan kəsilmiş parlaq hissələrdir. Onun gücü qaranlığa qalib gəlmək, xəstələri sağaltmaq, dünyanı işıqlandırmaq və isitmək üçün lazımlı idi. 

Surya Hindu astrologiyasının zodiak sistemində olan doqquz cənnətdən "planet"(Navagraha) biridir. Bürc sistemində Simha (şir) lordudur. Surya və ya Ravivaranın və ya Bazar gününün Hindu təqvimindəki təməlidir. 

Hind mifologiyasında Suryanın təsviri.

Ümumiyyətlə Surya səmada işığın yeddi rəngini və həftənin yeddi gününü təmsil edən 7 atın qoşulduğu, zanbaq və şəfəqlərlə əhatələnmiş bir arabada təsvir edilir. Suryanın arabada olan təsvirlərini Bodhgaya'daki Mahabodhi məbədinin Buddha məhəccərində, (eramızdan əvvəl 2-ci əsr), Bhaja Mağaralarında (eramızdan əvvəl 1-ci əsr) və Xandagiri mağaralarında Ananta Gumpha'da görə bilərik. Bundan başqa Surya Dharmachakra olaraq şərh olunan çakra kimi də təsvir edilir.

Suryaya həsr olunmuş ən görkəmli məbəd Odişa şəhərindədir.  Qara Pagoda adlandırılan Surya Deula adlı məbəd Günəş məbədidir.

Suryaya hörmət etmək məqsədilə təşkil olunan festivallar və ziyarətlər arasında Makar Sankranti, Pongal, Samba Dashami, Ratha Sapthami, Chath puja və Kumbh Mela yer alır.

Surya Buddist əsərlərdə, məsələn Aşokaya həsr olunan əsərlərdə tanrı kimi göstərilir.

Rəqs

Bharatanatyam klassik hind rəqslərinin repertuarına Suryaya hörmət əlaməti olaraq bütün kainata işıq saçan şəfəq mənasına gələn eləmetnlər daxildir.

Yoga

Sūrya namaskāra günəşi salamlamaq deməkdir. Yoga istiləşmə rutinidir.


Mənbə: https://en.wikipedia.org/wiki/Surya

#mifologiya #günəş #Surya #tanrı #günəştanrısı #Vedik #hindu #hinduizm #yoga #rəqs #məbəd #sanskrit  #Aditya #Arka #Bhanu #Saura #Vişnu #Şiva #Shiva #Vishnu #Manu #Yama #Ashvins #Karna #Purana #Hinduastrologiyası #Navagraha #Simha #Surya #Ravivara #SuryaDeula #MakarSankranti #KumbhMela #festival #Bharatanatyam #buddizm #Sūryanamaskāra #tanrı #god #indiangod #mythology #ARQONAVTLAR



среда, 7 июля 2021 г.

QARAÇILARIN YARADILIŞ ƏFSANƏSİ (Qaraçı mifologiyası)



Qaraçıların mifologiyasına görə bekar gəzməkdən bezən bir müdrik evlənmək və öyrəndiklərini özündən sonrakı nəsillərə ötürmək üçün varisə ehtiyac duyur. Ancaq adam evlənməkdən qorxur, çünki müdrik istəyir ki, evlənəcəyi qadın sonsuza qədər ona itaət etsin, amma və lakin qadının buna riayət etmədiyi təqdirdə onu lənətləyəcəyini də bilir. Heç cürə özünə maneə ola bilməyəcək. (Day müdrik də belədisə.... ) Nəysə... ağlında buna görə evlənə bilməyəcəyi fikri ilə gəzən müdriyin qarşısına gənc bir bakirə çıxır və ona söz verir ki, ömrü boyu ona itaət edəcək. Beləliklə də müdriyi razı salır. (Təəccübləndikmi??) Bu gözəl cütlük evlənir və uzun illər xoşbəxt yaşayırlar, gözəl də övladları olur. Adam həyatından çox razı olur, amma bir gün qadın çaşıb ərinə qarşı çıxır. Kişi də bir himə bəndmiş kimi arvadını qəşəngcə lənətləyərək deyir: Lənət olsun sənə. İnsanların və heyvanların gizləndiyi bir bitki olasan və meyvələrinin içərisində dünyaya gətirdiyin övladlar qədər tum olsun. Uşaqların dünyanı gəzib, səni hər yerə aparsınlar. Sən də onlara qulluq və itaət etmək məcburiyyətində qalasan..." (Kişini necə yandırıb eee, bəs illərin sədaqətliyi...)
Bu lənət səsləndikdən sonra qadın Dəlibəng (Tatula) bitkisinə çevrilir. Əfsanəyə görə də qaraçılar bu müdrik və onun yoldaşının soyundan gəlirlər və bu lənətə görə də ömürləri boyu bir yerdə qalmayıb, elə hey dünyanı gəzirlər. 


#mifologiya #qaraçı #qaraçımifologiyası #yaradılışəfsanəsi #əfsanə #müdrik #tatula #dəlibəng #bitki #gipsy #mythology #ARQONAVTLAR 

четверг, 1 июля 2021 г.

PATOLLO (Baltik mifologiyası)

 

Baltiklərin müharibə tanrısı Patollodur. Slavyan, rus və Prussiya mifologiyasında isə Peckols adı ilə tanınır. Prussiya mifologiyasına görə  yer altında yaşayan Peckols, ölülələrə nəzarət edir. Olduqca əsəbi bir tanrı kimi tanınır. 

Baltiklərin Patollosu, kelt və skandinav mifologiyasında Odinin bənzəridir. Kelt mifologiyasında Odin, Thor, Freyr -Baltik mifologiyasında Patollo, Perkuno,Potrimpo olaraq qarşımıza çıxır. Hər üç tanrı müqəddəs palıd ağacı ilə əlaqələndirilir. Patollo da Odin kimi 3 tanrıdan ən əsasıdır. 

Patollo uzun yaşıl saqqallı, ölü kimi soyuq üzə sahib olub, başında sarıq olan yaşlı bir adam kimi təsvir edilir. 

Baltikanın baş tanrısı olub, insanlara şans gətirir. Odin kimi qan tökmək istəyirsə, can alardı, amma yoxsullara və əldən düşənlərə də kömək edirdi. Eyni zamanda O, bütpərəst kahinlərinə itaətsizlik etdikdə və ya ölüləri tanrılara lazımi qurban vermədən dəfn etdikləri təqdirdə canlıları təqib edən və lənətləyən ölülərin qorxunc və amansız bir tanrısı idi.  

Xristianlıqdan öncə Patollo ölülər ilə əlaqələndirildiyinə görə, xristianlıqdan sonra rahiblər onu şeytanla eyniləşdirmişdilər.

Bu tanrıdan ilk dəfə 1418-ci ildə  Warmia yepiskopu Papaya göndərdiyi bir məktubunda bəhs etmişdir. 

Müqəddəs əşya və heyvanları: İnsan kəllə sümüyü, inək və at.

#mifologiya #Baltik #Baltikmifologiyası #Patollo #müharibətanrısı #tanrı #Odin #kelt #ölülərdünyası #god #mythology #müqəddəs #Peckols #ARQONAVTLAR

VİRACOCHA (İnka mifologiyası)


 İnka panteonunda ən uca və  ən güclü tanrı məhz Viracochadır. Bu tanrı günəş, qasırğa, alov və şimşək tanrısıdır ki, bəzən dəniz ilə də əlaqələndirilir. Viracocha kainatın yaradıcısıdır. Eyni zamanda "deus faber" yəni "tanrı yaradıcısı"dır. Bəzən ona Wiracocha, Apu Qun Tiqsi Wiraqutra vƏ Con-Tici də deyirdilər. 

Juan de Betanzos tərəfindən qeyd edilmiş əfsanəyə görə qaranlığın hökmranlıq etdiyi bir dövrdə Viracocha Titicaca gölünün sularından çıxıb gəlir və günəşi, ayı, ulduzları yaradır. İlk insan irqini yəni nəhəngləri də yaradan tanrı, onu əsəbləşdirdikləri üçün nəhənglərə böyük bir tufan göndərir. Nəhənglərin bəziləri bu tufanda məhv olur, sağ qalanlarını isə ulu tanrı qayalara döndərir. Sonra Viracocha ikinci irqi yaratmağa başlayır. Belə ki, Günəş adasındakı qayalardan ən yumşaq olanını seçir və onu yontaraq qadın, kişi və uşaq yaradır. Onlara həyat verir. Beləliklə fərqli irqlər yaradan Viracocha onlara, fərqli rəng, geyim, dil bəxş edir. İnsanlara əkinçiliyi öyrədir və müxtəlif növ heyvan və quş növlərini bəxş edir. Viracochanın yaratdığı bu ölkə Tahuantinsuyu adlanmağa başlayır. Əfsanənin bir versiyasına görə insanları yaratdıqdan sonra tanrı Sakit Okeanı boyunca su üzərində yeriyərək yoxa çıxır. Bir dilənçi geyimində dünyanı gəzir və yaratdığı insanlara mədəniyyəti öyrətməyə başlayır. Bəziləri onun yolu ilə getsə də, bəziləri müharibəni, günahı seçir və insanlığın bu halını görə Viracocha çox kədərlənir. Pedro Sarmiento de Gamboanın qeydlərində Viracocha "orta boylu, ağ dərili, uzun ağ paltarlı, bir əlində əsa, digərində isə kitab tutan" bir adam kimi təsvir edilmişdir. 

Digər əfsanəyə görə Viracochanın yoldaşı "dənizin anası" sayılan Mama Gochadan günəş tanrısı İnti və ay ilahəsi Mama Quilla və bir dənə də qız Pachamama doğulmuşdur. Bu əfsanəyə görə Viracocha 60 gün, 60 gecə davam edən Unu Pachakuti adlı tufan ilə Titicaca gölünün sahilində yerləşən insanlığı məhv edir və dünyada mədəniyyəti davam etdirmək üçün iki dənəsini sağ saxlayır. Bu iki nəfər "möhtəşəm təməl" mənasına gələn İntinin oğlu Manco Capac və "çoxalma" mənasında olan Mama Uqlludur. Bu ikili "tapac-yauri" adı verilən qızıl əsa daşıyan İnka mədəniyyətini yaradırlar. Bir də bəzi əfsanəyə görə bu Manco Capac həm də 8 mədəni insanın ataları idi. Hə bir də yazırlar ki, Manconun bir dənə də Mama Qucha adlı həyat yoldaşı varmış. 

Bir başqa əfsanəyə görə isə Viracochanın iki oğlu vardır: İmahmana Viracocha və Tocapo Viracocha. Böyük tufan və yaradılışdan sonra Viracocha oğlanlarını şimal şərqə və şimal qərbə qəbilələri yoxlamağa göndərir ki, görəsən bunun dediklərinə insanlıq riayət edir, ya yox. Tanrının özü isə şimala yola düşür. Oğlanları yol boyunca meyvələrə, ağaclara, çiçəklərə, bitkilərə ad verir, zəhərli və şəfalı olan bitkiləri çatdıqları qəbilələrə öyrədirlər. Nəhayət ata və oğulları Sakit okeanın sahilinə çatıb, ordan su üzərində yeriyərək yoxa çıxırlar.

"Viracocha"nın mənası "dəniz köpüyü" deməkdir. 

Viracocha təsviri başında günəşi andıran tac, əlində şimşək, üzündəki yaş ilə də yağışı təmsil edirdi. 

Mənbə: https://en.wikipedia.org/wiki/Viracocha

Qeyd: İllustrasiyanın müəllifi: GENZOMANdır.

#mifologiya #İnka #İnkamifologiyası #alovtanrısı #günəştanrısı #uluyaradıcı #yaradıcı #panteon #böyüktufan  #Viracocha #deus #faber #əfsanə #nəhəng #irq #Titicacagölü #sakitokean #MamaGocha #İnti #ayilahəsi #MamaQuilla #UnuPachakuti  #MancoCapac #MamaUqllu #MamaQucha #İmahmanaViracocha #TocapoViracocha #god #goddess #mythology #ARQONAVTLAR

понедельник, 28 июня 2021 г.

NJORD (German-skandinav mifologiyası)

 

Njord- Njörðr german-skandinav mifologiyasında dəniz tanrısıdır. Külək ilə də əlaqələndirilmişdir. Belə ki, bir dəniz tanrısı olaraq qasırğaları sakitləşdirir, çətinliyə düşən gəmilərə kömək edir, əlverişli küləklərin əsməsinə şərait yaradır. 

Njord bacısı Nerthus ilə evlənmişdir. Deyilənə görə Freyr ilə Freyjanın anası Nerthusdur, amma ataları Njorddur. Njord bu evlilikdən sonra nəhəng Skadi ilə evlənmişdir. 

Njord Vanir tanrılardandır və Noatunda yaşayır. Noatun "gəmilərin məkanı" mənasında işlədilir. 

Aesirlə Vanirlər arasında olan müharibənin sonunda oğlu Freyr, qızı Freyja ilə birlikdə Aesir tanrılarına  verilmiş və o vaxtdan etibarən Asgardda yaşamışdır. 

Njord Vikinglərin dinində sərvət, dəniz, dənizçilik ilə əlaqələndirilirdi. Belə ki, Skandinaviya ölkələrində əgər bir adam çox varlıdırsa ona "Njord qədər zəngin" deyirdilər. 

Skandinaviyada ən çox ibadət edilən tanrılardan biri də Njord idi. Vikinglər gəmilərinə Njordun fiqurlarını çəkirdilər. 

Grímnismálda Njord haqqında "Yüksək taxta məbəd" Noatunu idarə edən, "Pis niyyətdən məhrum", "İnsanlığın şəhzadəsi" kimi danışılır. 


#mifologiya #germanskandinav #skandinavmifologiyası #Njord #tanrı #dəniztanrısı #Aesir #Vanir #Freyr #Freyja #ilahə #nəhəng #div #Noatun #gəmilərinməkanı #dəniz  #viking #Nerthus #Asgard  #Njörðr #Grímnismál #Skadi

ADAPA ƏFSANƏSİ (Mesopatamiya mifologiyasl)

 


Mesopatamiya mifologiyasına görə yaranan ilk insan Adapa idi. Belə ki, Şumer kralları siyahısında xalqın ilk lideri Adapa göstərilirdi. Bəzən onu Oanes və Alulim kimi də yad edirdilər. Akkadca adının mənası "kişi" deməkdir. 

Adapa qədim Eidug şəhərinin kralı idi. İnanclara görə Enki tərəfindən yaradılmışdır, hətta Enkinin oğlu olduğuna dair söz-söhbət də var. Yarı ölümsüz idi, ancaq ölümsüzlərin gücünə sahib idi. Deyilənə görə Enki ona kainatın sirrlərinin yarısını öyrətmişdir. İnsanlığa dili öyrədən də məhz Adapadır. 

Kral olmaqla yanaşı həm də bir rahib idi. Öləndən sonra yarı tanrı qrupuna daxil olan yeddi böyük müdrikdən (apkallu) biri olmuşdur. 

İndi keçid alaq əfsanəyə.

Əfsanəyə görə Adapa tanrı soyundan gələn bir fanidir. Balıqçının qayığını dənizdə batırdığına görə cənub küləyinin qanadlarını sındırır və buna görə də tanrıların tanrısı Anunun qarşısında hesab verməli olur. Adapanın qoruyucu tanrısı Enki ona xəbərdarlıq edir ki, cənnətdə olarkən heç bir şey yeyib-içməməlidir. Guya ordakı bütün yeməklər və içkilər zəhərlidir. Anumun hüzuruna çıxdıqdan sonra tanrıların tanrısı onun haqqında qərar verməzdən əvvəl ölümsüzlük bəxş edən nemətləri gətizdirir, amma Adapa yemir. Anum da təəccüblənib səbəbini soruşanda, Adapa belə cavab verir: "Başqa biri nə ye, nə də iç dedi." Anum da əsəbləşir və əmr edir ki, Adapanı yer səthinə tullasınlar. Bu Enkinin bir oyunu idi. Çünki bu yalan sayəsində Adapa ölümsüz olmaqdan məhrum olur. 

Bu əfsanəyə görə insanların ölümsüz olmamağının yeganə səbəbi Adapanın axmaqlığı olur. Enki oğluna müdriklik bəxş edir, lakin ona ölümsüzlük vermir. 

#mifologiya #əfsanə #mif  #mesopatamiya  #Adapa  #adapaəfsanəsi #insan #ilkinsan #şumer #kral #oanes #alulim #ölümsüz #yarıtanrı #cənubküləyi #tanrı #anum #enki #cənnət #fani #god #mythology

четверг, 10 июня 2021 г.

DƏNİZ İLAHƏSİ MA TSU (Çin mifologiyası)

 


Ma Tsu və ya Mazu Çin mifologiyasında Daoizm inancında yer və dəniz ilahəsidir. Çincə Ma zu  "Ana ata" mənasındadır. Ma Tsu balıqçıların da qoruyucusudur.

Lin Moniang 960-cı ildə Lin Yuanın 7 övladından biri olaraq dünyaya göz açır. Doğularkən ağlamadığına görə ona "Səssiz qız" deyirdilər.  Ma zu 8 yaşında olarkən dini mətnləri oxuyub, gördüyü yuxular ilə gələcəkdən xəbər verə bilirdi. Bir gün yuxuda balıqçı qardaşlarının dənizdə batdığını görür və dənizin dalğalarını sakitləşdirərək əlləri ilə qardaşlarını, ağzı ilə isə atasını çəkib dənizdən çıxardır. Bu vaxt qızının transda olduğunu görən ana onu oyandırmağa çalışır, lakin Ma zu oyanmır. Bu səfər ana qızının öldüyünü düşünərək ağlamağa başlayır. Anasının fəryadını eşidən qız oyanır və onu səsləyir. Səsləyərkən də atasını ağzından salır, ancaq qardaşlarının evə sağ-salamat qayıtmağına kömək edir. Qardaşlar başlarına gələni danışdıqca qızın həyata keçirtdiyi möcüzə hamıya ayan olur. Dənizçilərin ibadət etdiyi ilahə 16 yaşında olarkən hava axınını da idarə etməyi öyrənərək bir çox möcüzə reallaşdırır. Nəticədə xeyli insanın həyatını xilas edir. Mazunun ölümü haqqında da xeyli əfsanə vardır. Belə ki, 987-ci ildə 28 yaşında ölüb. Belə ki, bir dağın zirvəsinə çıxıb, ordan da cənnətə uçmuşdur. Digər əfsanəyə görə isə 16 yaşında olarkən atasını tapmaq üçün dənizə gedir və üzməkdən yorulub boğulmuşdur. Cəsədi isə Matsu adalarından Nankan adasının sahilinə çıxmışdır. 

Çin ay təqviminin 3-cü ayının 23-cü günü Ma Tsunun ad günüdür və bu münasibətlə də həmin gün Mazu festivalı keçirilir. 

Ma Tsuya ən çox Zhejiang, Fujian, Tayvan və Vietnamda ibadət edilir. 


#mifologiya #çin #çinmifologiyası #dəniz  #dənizilahəsi  #ilahə  #tanrı  #daoizm  #dinimətn  #mythology  #chinesemyth  #MaTsu  #Mazu  #dənizçi  #balıqçı  #god  #goddess #ARQONAVTLAR

пятница, 4 июня 2021 г.

ŞANQO (Afrika mifologiyası)

 


Şanqo Afrika mifologiyasına görə Yoruba xalqının atasıdır. Niger çayı ilahəsi Oya ilə Oşunun yoldaşı olub, səma və şimşək tanrısıdır. Bu tanrı Afrikada Sango, Xango, Çango, Oba Koso (asılmayan kral), Latın Amerikada Jakuta (daş atan), Haitidə Nago Şango olaraq bilinir. Tanrının xidmətçilər külək "Afefe" ilə göyqurşağı "Oşun Mare"dir. 

Simvolları: ikibaşlı döyüş baltası ki, adı "oşe"dir və şimşəkdir.

Şanqo əvvəl insan olub. Belə ki, Oyo xalqının kralıb olub və 7 il hakimiyyətdə olduqdan sonra vaxt keçdikcə insanlar ona tanrı kimi ibadət etməyə başlamışdır. Bu kralın nəfəsində alov olduğuna və şimşək göndərdiyinə inanılırdı. Bir gün kral yerinə göz dikən 2 rəqibi ilə dalaşmışdır. Düello nəticəsində rəqiblər ölür və xalq bunu cinayət kimi qəbul edir. Nticədə kral, ailəsi və dostları ilə birlikdə qəbilədən uzaqlaşdırılır. Koso adlandırılan əraziyə yerləşdikdən sonra Şanqonun kampı qasırğada məhv olur və ailəsi ölür. Kral da kədərindən özünü asır. Kralı taleyi düşmənlərinin zarafatı halına gəlir, ancaq onun təqibçiləri və dostları krallarına ibadət etməyə başlayırlar və dua edirlər ki, ona gülənləri cəzalandırsın. Bir müddət sonra Kralın taleyini lağa qoyanların evləri yanmağa başlayır. Bu hadisədən sonra Şanqo ilahiləşdirilir və Kosoda onun adına bir məbəd tikirlər. Şango bir başqa ilah olan Kubadakı Şango ilə birləşdirilir. Deyilənə görə Şanqo qasırğa yaratmaq üçün batu təbilini çalırmış.

XVIII və XIX əsrdə xeyli Afrikalı qəbilələri kölələşdirilib Amerikaya aparıldı. Cənubi Amerikanın bəzi yerlərində Afrikalı kölələr və onların nəvələri tərəfindən Şanqoya ibadət yenidən dirçəldi. XXI əsrin əvvəllərində Şanqo Kubanın Santeria ənənəsində, Haitinin Vodou dinində və Braziliyanın Candomble kültündə ibadət edirdilər. İki yeni dini hərəkətə də onun adını veriblər: Trinidad Shango və Xango.


#Şanqo #shango #mifologiya #afrika #afkrikamifologiyası #yoruba #yorubaxalqı #qəbilə #kral #şimşək #təbil #oshe #məbəd #Xango #TrinidadShango #Kuba #haiti #balta #külək #afefe #göyqurşağı  #Oşun #Mare #oşun #ilahə #tanrı #ilah #god #goddess #mythology #ARQONAVTLAR

четверг, 3 июня 2021 г.

QATAY (Türk xalqlarının mifologiyası)

 

    Qatay- türk və altay mifologiyasında zəlzələ tanrısıdır. Kaday və ya Kıtay (Kıday) olaraq da bilinir. Bəzən bu tanrını Dəmirçi tanrısı kimi də tanıyırlar. 40 buynuzlu buğası ilə zəlzələ yaradır. Belə ki, bu buğa qəzəblənəndə ayaqlarını yerə sürtməyə başlayır və beləliklə də kiçik zəlzələlər yaranır. Daha qəzəbli olanda isə ayaqlarını möhkəmcə yerə vurur və buynuzlarını torpağa batırıb, onu silkələyir. Xırıltıları isə zəlzələnin gurultusunu yaradır. 

Qatayın doqquz təbili (böyük nağara) vardır. Ona doqquz xan itaət edir. Tanrıların soyundan gəldiyinə inanılır. Ona qırmızı inək qurban edirlər. Dəmirçilər bu inəyin qanını çəkic, zindan və s. alətlərinə yaxır və heyvanın ürəyini də dəmirçi ocağına atırlar.

Adın mənası yeri-göyü bir-birinə qatan mənasındadır. Monqolca Hatah çətin mənasındadır. Kuman dilində isə dostluq mənasında işlədilir. Qədim türkçədə Kat/Kad/Kas sözü külək, qasırğa deməkdir. 

Mənbə: Türk Mitolojisi Ansiklopedisi

#mifologiya #türkxalqları #Kaday #Qatay #zəlzələ #tanrı #zəlzələtanrısı #buğa #buynuz #40buynuzlu #dəmirçi


TEFNUT (Misir mifologiyası)

 

Tefnut Misir mifologiyasın "nəm" ilahəsidir. Göz yaşları yerə düşəndə böyüyüb, inkişaf etməsi üçün ətirli bitkiləri yaratmışdır. Heliopolis Enneadında Tefnut qardaşı və eyni zamanda yoldaşı olan Şu ilə ilk tanrılardan olan Atumun uşaqlarıdır. Atumun tüpürcəyindən yaranmışdılar. Tefnut ilə Şu yer və səmanın yəni Geb ilə Nutun valideynləridir. Qızı Nut ilə birlikdə günəşi qarşılayırdılar. 

Memfis yaradılış mifində Tefnutu "Ptahın dili" olaraq adlandırmışdılar. Digər miflərdə Tefnut Horusun sol gözü ilə Ranın gözü ilə əlaqələndirilmişdir. Sonrakı miflərdə isə Tefnutun Thoth evləndiyi bildirilir. 

Tefnutun nəvələri: Osiris, İsida, Seth, Neftisdir. 

Necə təsvir edilir?

Tefnut adətən dişi aslan kimi və başında isə alov və müqəddəs ilan təsvir edilir. Bundan əlavə əynində o vaxtlar əsilzadə xanımların geyindiyi bir geyim görürük, qulaqlarını isə qızıldan sırğalar bəzəyir. 


#mifologiya  #Tefnut  #Misir  #misirmifologiyası  #nəm  #şey  #aslan  #dişiaslan  #şu  #chu  #geb  #nut #atum #egypt #mythology #ARQONAVTLAR #persiceksonvəmifologiya

воскресенье, 16 мая 2021 г.

VESTA BAKİRƏLƏRİ (Roma mifologiyası)

 


Vesta bakirələri qədim Romada ailə ilahəsi Vestanın müqəddəs rahibələriydilər. Rahibəliyə Romanın xüsusi seçilən ailələrin kiçik qızları qəbul edilirdi. Bakirəliyi qorumaq ən vacib qanun idi. Qanunu pozan ölümlə cəzalandırıldı. Əsas vəzifələri isə Vestanın Forum Romanumda, məbədlərində ocağın keşiyini çəkmək idi.  Vestalık böyük şərəf idi və bu şərəfi daşıyan qadınlara xüsusi imtiyazlar verilirdi. Öldüklərində isə bütün mülkləri dövlətin hesabına keçirdi. 

Vesta bakirəliyinə qəbul şərtləri: ( özümü TQDK-da hiss etdim :D)

Qız uşağı 6 yaşdan aşağı olmalı...

Namizədin nitq və bədənində qüsuru olmamalıdır...

Valideynlərinin hər ikisi həyatda olmalıdır...

Valideynlərindən heç biri qul olmamalı və Roma sakini -Patrisilər (aristokrat) olmalıdır...

Hər Vesta məbədində 6 rahibə olurdu. Vesta rahibəsi olmaq istəyənlər məbədə gətirilir və 30 il müddətində məbəddə işləyəcəklərinə və bakirə qalacaqlarına dair and içirlər. Qəbul mərasimində qızlara ağ paltar geyindirilir və saçları kəsilirdi. Vesta rahibələri 6 və ya 10 yaşında təlimə başlayırdı. Vəzifələri müqəddəs ocağı qorumaq idi. Əgər iş başında olarkən ocaq sönərsə, onda həmin rahibə cəza olaraq zopa ilə  döyülürdü. 30 illik vəzifiləri bitdikdən sonra istəyən məbəddən ayrılıb, ailə həyatı qura və uşaq sahibi ola bilərdi. 

Vesta bakirələri digər qadınlardan fərqləndiyinə görə onlar kişilər kimi məhkəməyə qatıla, mülk sahibi ola bilirdilər. 

Pozulmaz and.

Dedik ki, rahibəliyə qəbul olunan zaman and içirlər. Əgər bu andlardan birini pozsalar, o zaman həmin rahibə torpağa diri- diri basdırılırdı. Bu cəza xüsusi bir mərasim ilə həyata keçirilirdi. Rahibə əvvəlcə kəfənə möhkəmcə bükülürdü. Bununla da  hərəkət edə və ya qışqıra bilmirdi. Cəza alan rahibə kəfənə büküldükdən sonra araba ilə bütün şəhərdə gəzdirilirdi. Qəbirdə isə bir rahib dua oxuyar, sonra isə ipləri kəsilərdi. Qəbirin içərisinə bir günlük su və yemək qoyulduqdan sonra cəza alan qəbirə yerləşdirilirdi və üstü elə örtülürdü ki, izi bəlli olmasın. Bu cür basdırılanların ruhları heç bir zaman ölülər ölkəsinə gedə bilmirmiş. Rahibənin əzabla ölməsi hörmətsizlik edilmiş ilahə və tanrıların qəzəblərinin dinməsinə və Romanın bərəkətli olmasına davam edəcəyinə inanırdılar. 

Romul və Remin anası Silvi Rhea bir vesta bakirəsi idi ki, ona Mars təcavüz etmişdir. 

Pompeydəki Vesta məbədinin kəşfi 18 və 19-cu əsrdə Vesta Bakirələri mövzusunu məşhurlaşdırmışdır. 


Mənbə: Antiktarih, Dünya Mitolojisi, Vikipediya


#rahibə #Vesta #Vestarahibələri #Vestal #Vestabakirələri #bakirə #ilahə #tanrı #məbəd #ibadət #keşikçi #alovkeşikçisi #alov #ocaq #RomulRemus #SilviaRhea #Mars #Pompey #and #mifologiya #romamifologiyası #roma #yunan #hestia #mythology 


VESTA (Roma mifologiyası)

 


Vesta Roma mifologiyasında qəlb və ürək alovunun ilahəsi olub, vaxt keçdikcə ocaq alovu və ailə ilə əlaqələndirilmişdir. Belə ki, həm ailə həyatında, həm də cəmiyyət həyatında yanan alovun qoruyucusudur. Varlığı cismani deyil, ruhanidir.

 Vesta Kron ilə Geyanın ilk övladıdır. Yupiter ilə Junonun bacısıdır. Neptun ilə Apollon ona aşiq olsa da Vesta hər ikisini rədd edir və fiziki təmasdan uzaq qalmaq istədiyinə görə Yupiter bunu qəbul etmiş və Vesta sonsuza qədər bakirə olaraq qalmışdır. Elə Vestanın ən bilinən xüsusiyyətlərindən biri də onun bakirə olmasıdır. Onu qeyd edək ki, bu ilahə yunanlılardakı Hestia ilahəsidir. On iki böyük tanrı qrupunda yer alsa da, bəzilərinə görə Roma mədəniyyətinə Numa Pompilus tərəfindən Laviniumda əlavə edilmişdir. 

Dairəvi məbəddə hər il martın 1-i müqəddəs hesab olunan bir alov yandırılaraq ilahəni şərəfləndirirdilər. Bundan başqa iyunun 9-u Vestalia festivalı keçirilirdi ki, festival vaxtı eşşəklər bəzədilirdi və həmin günü onlar işlədilmirdi. Duzlu undan hazırlanan kekslər müqəddəs alovda bişirilirdi. Vestal adı verilən rahibələr isə 8 gündən sonra məbədi bağlayır, hər tərəfi təmizlədikdən sonra gələn ilki festivala hazırlaşmağa başlayırdılar. 

Vesta hind-avropa xalqlarının mifologiyalarındakı ürək ilahələrinə bənzəsə də kultun sadəcə Hind mədəniyyətindən qaynaqlanmadığı bilinir, çünki simvollarından biri də uzunqulaqdır.

Ovidius Çevrilmələr adlı əsərində Vestanın adını çəkir:

"Vestanın müqəddəs ocağını aparan troyalılar...

Xoş niyyətləri ilə salamladılar ilahəni.

....... ........ ........ ........ ......... ....... .........

Yığışdırın qılıncları, dayandırın bu qıyımı, qan tökməyi,

Söndürməyin qurban qanları ilə Vesta ocaqlarını..."

Bundan başqa Vergilius "Aeneas" dastanında da Vestadan, onun məbədlərindən söz açır.

Əlavə məlumat:

4 Vesta — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir. Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir.

Mənbə: http://eylulesintisi.com/Icerik/mitolojikvestahestia-610.html

Dünya Mitolojisi

#Vesta #qəlbilahəsi #ocaqilahəsi #ocaq #alov #ailə #Vestaocaqları #Ovidius #Vergilius #Aeneas #dastan #neptun #juno #yupiter #jupiter #roma #yunan #romamifologiyası #Kron #Geya #Neptun #Apollon #Hestia #mifologiya #tanrı #ilahə #god #goddess #mythology