Baltiklərin müharibə tanrısı Patollodur. Slavyan, rus və Prussiya mifologiyasında isə Peckols adı ilə tanınır. Prussiya mifologiyasına görə yer altında yaşayan Peckols, ölülələrə nəzarət edir. Olduqca əsəbi bir tanrı kimi tanınır.
Baltiklərin Patollosu, kelt və skandinav mifologiyasında Odinin bənzəridir. Kelt mifologiyasında Odin, Thor, Freyr -Baltik mifologiyasında Patollo, Perkuno,Potrimpo olaraq qarşımıza çıxır. Hər üç tanrı müqəddəs palıd ağacı ilə əlaqələndirilir. Patollo da Odin kimi 3 tanrıdan ən əsasıdır.
Patollo uzun yaşıl saqqallı, ölü kimi soyuq üzə sahib olub, başında sarıq olan yaşlı bir adam kimi təsvir edilir.
Baltikanın baş tanrısı olub, insanlara şans gətirir. Odin kimi qan tökmək istəyirsə, can alardı, amma yoxsullara və əldən düşənlərə də kömək edirdi. Eyni zamanda O, bütpərəst kahinlərinə itaətsizlik etdikdə və ya ölüləri tanrılara lazımi qurban vermədən dəfn etdikləri təqdirdə canlıları təqib edən və lənətləyən ölülərin qorxunc və amansız bir tanrısı idi.
Xristianlıqdan öncə Patollo ölülər ilə əlaqələndirildiyinə görə, xristianlıqdan sonra rahiblər onu şeytanla eyniləşdirmişdilər.
Bu tanrıdan ilk dəfə 1418-ci ildə Warmia yepiskopu Papaya göndərdiyi bir məktubunda bəhs etmişdir.
Müqəddəs əşya və heyvanları: İnsan kəllə sümüyü, inək və at.
#mifologiya #Baltik #Baltikmifologiyası #Patollo #müharibətanrısı #tanrı #Odin #kelt #ölülərdünyası #god #mythology #müqəddəs #Peckols #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий