Şotlandiya mifologiyasında Glaistig bir ruhdur. Həmin ruha bəzən maighdean uaine (yaşıl bakirə) də deyirdilər. Bəzən Pan, satir, gözəl bir qadın, bəzən də keçi qadın kimi təsvir edilirdi. Glaistig keçi ayaqlı və qadın başlı olanda həmişə yaşıl paltar geyinərmiş. Qadın görünüşlü olanda isə boz paltar geyinər və saçları da sarı olarmış.
Əfsanələrdə Glaistig həm xoşniyyətli, həm də şər ruh kimi iki obrazda təsvir edilmişdir. Belə ki, bəzi hekayələrə görə Glaistig rəqsləri və mahnıları ilə kişiləri cəlb edib, qanlarını içirlərmiş. Digər hekayələrdə isə Glaistig qoruyucu ruh kimi təsvir edilir. Çobanların, sürünün qoruyucu ruhu kimi qeyd edilir. Yenə həmin hekayələrdə bəhs edilir ki, yerli xalq Glaistigə öz təşəkkürlərini bildirmək üçün inək südünü içi boş bir daşın içərisinə tökürlər. Bir gün yenə həmin xalqdan bir gənc oğlan, daşın içərisinə qaynar süd tökür və nəticədə Glaistigi yandırır. O gündən sonra da o bölgələrdə qoruyucu ruh yoxa çıxır. Bəzi folklorlarda isə Glaistigi körpələrin qoruyucusu kimi də görə bilərik. Belə ki, ata sürüyə nəzarət edir, ana inək sağır, Glaistig isə evdə körpələrə nəzarət edirmiş.
#mifologiya #keltmifologiyası #şotlandiya #glaistig #ruh #yaşılbakirə #pan #satir #maighdeanuaine #mythology #folklor #qaniçən
Комментариев нет:
Отправить комментарий