Heket əntiq Misirdə doğum və bərəkət ilahəsi idi. Qurbağa və yaxud qurbağa başlı qadın kimi təsvir edilirdi. Niyə məhz qurbağa? Misirlilərə görə milyon il əvvəl Nilin suyu gur olmağa başlayanda qurbağalar peyda olmuşdular və ondan sonra quraqlıq çöllər bərəkətli olmağa başlamışdı. Ona görə də qurbağalar bərəkətin və yeni həyatın simvolu sayılırdı.
Heket kultu Erkən padşahlıq dövrünün sonlarına yaxın yaranmışdır.
İnanclara görə Heket Xnumun yoldaşı idi. Belə ki, O, hər bir insanı dulus çarxında düzəldir və analarının bətninə yerləşdirməmişdən əvvəl onlara həyat verir. Heqet və Xnum Deir el Bahridəki Mortuary məbədində Hatşepsutun doğum sütunlarında təsvir edilmişdilər. Təsvirdə Heketin körpə Hatşepsuta bir anx verdiyi və onun "Ka"sını (ruh) tutduğu əks olunub.
Başqa bir inanca görə isə Heket Hehin yoldaşı idi. Hər adama həyat bəxş etməzdən əvvəl yaradan da məhz Heket imiş. Heket bəzən də Horusun yoldaşı kimi qəbul edilirdi.
Əntiq Misirdə hamilə qadınları qorumaq üçün Heqetin adına yazılmış ovsunlardan hazırlanmış paltarlar geyinirlərmiş. Hətta orta Krallıqda doğum ərəfəsindəki ayinlərdə fil dişindən hazırlanmış bıçaqlar istifadə edilirdi ki, bununla da şərin qarşısını aldıqlarını düşünürdülər.
Əlavə olaraq onu da yazaq ki, Heqet dünyaya gələn 3 fironun doğumunu əks etdirən Westcar perqamentində "Xufu və sehrbazlar" hekayəsində 3 fironun doğumuna kömək edərək krallığı qoruduğu bildirilmişdir.
"Osiris və İsida" əfsanəsində də Horusun yeni bədəninə həyat üfləyən məhz Heket imiş.
Bundan başqa Heket vəfat edən adamın dirilişinə və axirətə getməyinə kömək etmişdir. (Qarışmadığı iş qalmadı)
Mənbə: Din ve mitoloji
#Heket #Heqet #mifologiya #Misir #misirmifologiyası #Khufu #Khunum #heh #Horus #İsis #İsida #Ka #Ba #Hatşepsut #Osiris #Qurbağa #ilahə #tanrı #god #goddess #god #egypt #Nil #nilçayı #firon #mythology #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий