Qatay- türk və altay mifologiyasında zəlzələ tanrısıdır. Kaday və ya Kıtay (Kıday) olaraq da bilinir. Bəzən bu tanrını Dəmirçi tanrısı kimi də tanıyırlar. 40 buynuzlu buğası ilə zəlzələ yaradır. Belə ki, bu buğa qəzəblənəndə ayaqlarını yerə sürtməyə başlayır və beləliklə də kiçik zəlzələlər yaranır. Daha qəzəbli olanda isə ayaqlarını möhkəmcə yerə vurur və buynuzlarını torpağa batırıb, onu silkələyir. Xırıltıları isə zəlzələnin gurultusunu yaradır.
Qatayın doqquz təbili (böyük nağara) vardır. Ona doqquz xan itaət edir. Tanrıların soyundan gəldiyinə inanılır. Ona qırmızı inək qurban edirlər. Dəmirçilər bu inəyin qanını çəkic, zindan və s. alətlərinə yaxır və heyvanın ürəyini də dəmirçi ocağına atırlar.
Adın mənası yeri-göyü bir-birinə qatan mənasındadır. Monqolca Hatah çətin mənasındadır. Kuman dilində isə dostluq mənasında işlədilir. Qədim türkçədə Kat/Kad/Kas sözü külək, qasırğa deməkdir.
Mənbə: Türk Mitolojisi Ansiklopedisi
#mifologiya #türkxalqları #Kaday #Qatay #zəlzələ #tanrı #zəlzələtanrısı #buğa #buynuz #40buynuzlu #dəmirçi
Комментариев нет:
Отправить комментарий