среда, 7 июля 2021 г.

QARAÇILARIN YARADILIŞ ƏFSANƏSİ (Qaraçı mifologiyası)



Qaraçıların mifologiyasına görə bekar gəzməkdən bezən bir müdrik evlənmək və öyrəndiklərini özündən sonrakı nəsillərə ötürmək üçün varisə ehtiyac duyur. Ancaq adam evlənməkdən qorxur, çünki müdrik istəyir ki, evlənəcəyi qadın sonsuza qədər ona itaət etsin, amma və lakin qadının buna riayət etmədiyi təqdirdə onu lənətləyəcəyini də bilir. Heç cürə özünə maneə ola bilməyəcək. (Day müdrik də belədisə.... ) Nəysə... ağlında buna görə evlənə bilməyəcəyi fikri ilə gəzən müdriyin qarşısına gənc bir bakirə çıxır və ona söz verir ki, ömrü boyu ona itaət edəcək. Beləliklə də müdriyi razı salır. (Təəccübləndikmi??) Bu gözəl cütlük evlənir və uzun illər xoşbəxt yaşayırlar, gözəl də övladları olur. Adam həyatından çox razı olur, amma bir gün qadın çaşıb ərinə qarşı çıxır. Kişi də bir himə bəndmiş kimi arvadını qəşəngcə lənətləyərək deyir: Lənət olsun sənə. İnsanların və heyvanların gizləndiyi bir bitki olasan və meyvələrinin içərisində dünyaya gətirdiyin övladlar qədər tum olsun. Uşaqların dünyanı gəzib, səni hər yerə aparsınlar. Sən də onlara qulluq və itaət etmək məcburiyyətində qalasan..." (Kişini necə yandırıb eee, bəs illərin sədaqətliyi...)
Bu lənət səsləndikdən sonra qadın Dəlibəng (Tatula) bitkisinə çevrilir. Əfsanəyə görə də qaraçılar bu müdrik və onun yoldaşının soyundan gəlirlər və bu lənətə görə də ömürləri boyu bir yerdə qalmayıb, elə hey dünyanı gəzirlər. 


#mifologiya #qaraçı #qaraçımifologiyası #yaradılışəfsanəsi #əfsanə #müdrik #tatula #dəlibəng #bitki #gipsy #mythology #ARQONAVTLAR 

Комментариев нет:

Отправить комментарий