понедельник, 28 июня 2021 г.

NJORD (German-skandinav mifologiyası)

 

Njord- Njörðr german-skandinav mifologiyasında dəniz tanrısıdır. Külək ilə də əlaqələndirilmişdir. Belə ki, bir dəniz tanrısı olaraq qasırğaları sakitləşdirir, çətinliyə düşən gəmilərə kömək edir, əlverişli küləklərin əsməsinə şərait yaradır. 

Njord bacısı Nerthus ilə evlənmişdir. Deyilənə görə Freyr ilə Freyjanın anası Nerthusdur, amma ataları Njorddur. Njord bu evlilikdən sonra nəhəng Skadi ilə evlənmişdir. 

Njord Vanir tanrılardandır və Noatunda yaşayır. Noatun "gəmilərin məkanı" mənasında işlədilir. 

Aesirlə Vanirlər arasında olan müharibənin sonunda oğlu Freyr, qızı Freyja ilə birlikdə Aesir tanrılarına  verilmiş və o vaxtdan etibarən Asgardda yaşamışdır. 

Njord Vikinglərin dinində sərvət, dəniz, dənizçilik ilə əlaqələndirilirdi. Belə ki, Skandinaviya ölkələrində əgər bir adam çox varlıdırsa ona "Njord qədər zəngin" deyirdilər. 

Skandinaviyada ən çox ibadət edilən tanrılardan biri də Njord idi. Vikinglər gəmilərinə Njordun fiqurlarını çəkirdilər. 

Grímnismálda Njord haqqında "Yüksək taxta məbəd" Noatunu idarə edən, "Pis niyyətdən məhrum", "İnsanlığın şəhzadəsi" kimi danışılır. 


#mifologiya #germanskandinav #skandinavmifologiyası #Njord #tanrı #dəniztanrısı #Aesir #Vanir #Freyr #Freyja #ilahə #nəhəng #div #Noatun #gəmilərinməkanı #dəniz  #viking #Nerthus #Asgard  #Njörðr #Grímnismál #Skadi

Комментариев нет:

Отправить комментарий