воскресенье, 16 мая 2021 г.

VESTA (Roma mifologiyası)

 


Vesta Roma mifologiyasında qəlb və ürək alovunun ilahəsi olub, vaxt keçdikcə ocaq alovu və ailə ilə əlaqələndirilmişdir. Belə ki, həm ailə həyatında, həm də cəmiyyət həyatında yanan alovun qoruyucusudur. Varlığı cismani deyil, ruhanidir.

 Vesta Kron ilə Geyanın ilk övladıdır. Yupiter ilə Junonun bacısıdır. Neptun ilə Apollon ona aşiq olsa da Vesta hər ikisini rədd edir və fiziki təmasdan uzaq qalmaq istədiyinə görə Yupiter bunu qəbul etmiş və Vesta sonsuza qədər bakirə olaraq qalmışdır. Elə Vestanın ən bilinən xüsusiyyətlərindən biri də onun bakirə olmasıdır. Onu qeyd edək ki, bu ilahə yunanlılardakı Hestia ilahəsidir. On iki böyük tanrı qrupunda yer alsa da, bəzilərinə görə Roma mədəniyyətinə Numa Pompilus tərəfindən Laviniumda əlavə edilmişdir. 

Dairəvi məbəddə hər il martın 1-i müqəddəs hesab olunan bir alov yandırılaraq ilahəni şərəfləndirirdilər. Bundan başqa iyunun 9-u Vestalia festivalı keçirilirdi ki, festival vaxtı eşşəklər bəzədilirdi və həmin günü onlar işlədilmirdi. Duzlu undan hazırlanan kekslər müqəddəs alovda bişirilirdi. Vestal adı verilən rahibələr isə 8 gündən sonra məbədi bağlayır, hər tərəfi təmizlədikdən sonra gələn ilki festivala hazırlaşmağa başlayırdılar. 

Vesta hind-avropa xalqlarının mifologiyalarındakı ürək ilahələrinə bənzəsə də kultun sadəcə Hind mədəniyyətindən qaynaqlanmadığı bilinir, çünki simvollarından biri də uzunqulaqdır.

Ovidius Çevrilmələr adlı əsərində Vestanın adını çəkir:

"Vestanın müqəddəs ocağını aparan troyalılar...

Xoş niyyətləri ilə salamladılar ilahəni.

....... ........ ........ ........ ......... ....... .........

Yığışdırın qılıncları, dayandırın bu qıyımı, qan tökməyi,

Söndürməyin qurban qanları ilə Vesta ocaqlarını..."

Bundan başqa Vergilius "Aeneas" dastanında da Vestadan, onun məbədlərindən söz açır.

Əlavə məlumat:

4 Vesta — 525 kilometr ölçülü asteroid qurşağındakı ən böyük cisimlərdən biridir. Alman astronom Henrix Vilhelm Olbers tərəfindən 29 mart 1807-ci ildə kəşf edilmişdir.

Mənbə: http://eylulesintisi.com/Icerik/mitolojikvestahestia-610.html

Dünya Mitolojisi

#Vesta #qəlbilahəsi #ocaqilahəsi #ocaq #alov #ailə #Vestaocaqları #Ovidius #Vergilius #Aeneas #dastan #neptun #juno #yupiter #jupiter #roma #yunan #romamifologiyası #Kron #Geya #Neptun #Apollon #Hestia #mifologiya #tanrı #ilahə #god #goddess #mythology


Комментариев нет:

Отправить комментарий