Valknut german-skandinav mifologiyasında ən sirrli simvollardan biridir. "Val-knut" kimi tələffüz olunur. Buradakı "val" (valr) sözü -"ölü", "öldürülən" mənasında; "knut" isə "düyün" mənasındadır. Bir-birinə keçirilmiş üçbucaqdan ibarət Valknut simvolunun xeyli izahı vardır.
İlk və ən əsası "döyüşdə öldürülən döyüşçülər"i simvolizə edir.
Digəri isə nəhəng Hrungnirin qəlbini simvolizə etməsidir. Hrungnirin ürəyi çox məşhurdur. Nəhəngin ürəyi üç tərəfli iti bir qayaya bənzədilir. Odin ilə bir şənlikdə olarkən çox içən nəhəngi zəbt edə bilmirlər və nəhayət Tor onu öldürmək məcburiyyətində qalır. Bundan sonra bu işarə Hrungnirin qəlbinə bənzədilir və hrungnishjarta kimi adlandırılır.
Bir başqa izahatda bildirilir ki, bu işarə Odinin müdrikliyini simvolizə edir. Döyüşən əsgərlərin ağlını və ruhlarını ya düyünləyir, ya da açır. Beləliklə də onların gah döyüşdə qalib gəlməklərini, gah da məğlub olmaqlarını təmin edir.
Bir başqa mənbə isə qeyd edir ki, Valknut həyatla ölüm arasındakı əlaqəni simvolizə edir.
Modern həyatda bu işarə logo kimi istifadə edilir.
Bundan başqa cermen paqanizmi ilə əlaqəli digər simvollar kimi, bəzi ağ milliyətçi qruplar tərəfindən də istifadə edilir.
Mənbə: geekstra.com , Vikipediya
#mifologiya #simvol #valknut #odin #skandinaviya #german #düyün #tanrı #Hrungnir #üçbucaq #hrungnishjarta #Tor #nəhəng #Thor #logo #paqanizm #pagan #mythology #symbol #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий