Mesopatamiya mifologiyasına görə yaranan ilk insan Adapa idi. Belə ki, Şumer kralları siyahısında xalqın ilk lideri Adapa göstərilirdi. Bəzən onu Oanes və Alulim kimi də yad edirdilər. Akkadca adının mənası "kişi" deməkdir.
Adapa qədim Eidug şəhərinin kralı idi. İnanclara görə Enki tərəfindən yaradılmışdır, hətta Enkinin oğlu olduğuna dair söz-söhbət də var. Yarı ölümsüz idi, ancaq ölümsüzlərin gücünə sahib idi. Deyilənə görə Enki ona kainatın sirrlərinin yarısını öyrətmişdir. İnsanlığa dili öyrədən də məhz Adapadır.
Kral olmaqla yanaşı həm də bir rahib idi. Öləndən sonra yarı tanrı qrupuna daxil olan yeddi böyük müdrikdən (apkallu) biri olmuşdur.
İndi keçid alaq əfsanəyə.
Əfsanəyə görə Adapa tanrı soyundan gələn bir fanidir. Balıqçının qayığını dənizdə batırdığına görə cənub küləyinin qanadlarını sındırır və buna görə də tanrıların tanrısı Anunun qarşısında hesab verməli olur. Adapanın qoruyucu tanrısı Enki ona xəbərdarlıq edir ki, cənnətdə olarkən heç bir şey yeyib-içməməlidir. Guya ordakı bütün yeməklər və içkilər zəhərlidir. Anumun hüzuruna çıxdıqdan sonra tanrıların tanrısı onun haqqında qərar verməzdən əvvəl ölümsüzlük bəxş edən nemətləri gətizdirir, amma Adapa yemir. Anum da təəccüblənib səbəbini soruşanda, Adapa belə cavab verir: "Başqa biri nə ye, nə də iç dedi." Anum da əsəbləşir və əmr edir ki, Adapanı yer səthinə tullasınlar. Bu Enkinin bir oyunu idi. Çünki bu yalan sayəsində Adapa ölümsüz olmaqdan məhrum olur.
Bu əfsanəyə görə insanların ölümsüz olmamağının yeganə səbəbi Adapanın axmaqlığı olur. Enki oğluna müdriklik bəxş edir, lakin ona ölümsüzlük vermir.
#mifologiya #əfsanə #mif #mesopatamiya #Adapa #adapaəfsanəsi #insan #ilkinsan #şumer #kral #oanes #alulim #ölümsüz #yarıtanrı #cənubküləyi #tanrı #anum #enki #cənnət #fani #god #mythology
Комментариев нет:
Отправить комментарий