понедельник, 2 августа 2021 г.

FREYR (Skandinav mifologiyası)

 

Freyr skandinav mifologiyasında dəniz tanrısı Njordun oğlu, eşq ilahəsi Freyanın isə qardaşıdır. Freyr günəş, yağış, sülh və bərəkət tanrısı idi. Pərilərin lideri olaraq da bilinən tanrıya bəzən Yngvi-Freyr də deyirdilər. Yeri gəlmişkən onu da yazaq ki, Freyr bir vanir idi və elflər məkanı olan Alfheimrın hökmdarı idi. 

Freyr Gullinbursti (qızıl kürklü) adlı bir qabana minərdi. Bundan başqa cırtdanların onun üçün hazırladıqları, istədiyi vaxt kiçilib cibinə sığışacaq Skidbladnir (taxta bıçaqlı) adlı gəmiyə və sehirli at olan Blodighofi (Qanlı toynaq) adlı ata sahibdir. 

Freyra xəbərçisi Skirnir, arıların qoruyucu ilahəsi Beyla ilə yoldaşı Byggvir xidmət edirdilər. 

Kült mərkəzi Uppsala idi. Freyr haqqında ən məşhur əfsanədə deyilir ki, Freyr nəhənglərdən olan Gerdə vurulur və onunla evlənir. Yoldaşına sehirli qılıncını əmanət edən Freyr, Beli adında bir nəhənglə döyüşmək məcburiyyətində qalanda, bir maralın buynuzundan istifadə edərək, onu öldürür. 

Völuspa dastanına görə Freys Raqnarokda alov nəhəngi Surtr tərəfindən öldürüləcək, lakin sonra yenidən dirilib, yeni dünyada vacib bir tanrı olacaqdır. 

Nəsir Eddada yazılır ki, ən məşhur tanrılardan biri olaraq ona bağların və tarlaların bərəkətli olması üçün çoxlu dua edirdilər. Bundan başqa yeni ilin yaxşı keçməsi üçün Yule festivalı ərəfəsində onun şərəfinə sonargöltr (kəfalət donuzu) qurban edirdilər. Bu paqan ənənənin bir hissəsi bu gün də İsveçrədə davam etməkdədir. 

FREYRIN QILINCI

Freyrın qılıncı sehirli qılıncdır və öz-özünə də döyüşə bilir. 


#mifologiya #skandinaviya #Freyr #tanrı #Freya #Njord #ilahə #nəhəng #div #Raqnarok #yulefestivalı #YngviFreyr #Gullinbursti #qaban #Skidbladnir #gəmi #sehr #cırtdan #elf #pəri #Alfheimr #Blodighofi #qılınc #Uppsala #nəsiredda #edda #sonargöltr #Gerd #god #goddess #mythology #nors 

Комментариев нет:

Отправить комментарий