среда, 4 августа 2021 г.

KRATOS (Yunan mifologiyası)

 

"God of war" oyunundakı Kratos obrazı

Yunan mifologiyasında Kratos dözümlülüyün və gücün təcəssümüdür. Kronos Spartada doğulmuş və Pallasla Stiksin övladıdır. Bacıları : Zelus, Nike, Bia birlikdə Zevsin qanadlı gücləri idilər. 

Mifologiyada Kratos haqqında bir-birinə uyğun olmayan əfsanələr mövcuddur. Belə ki, mifoloji hekayələrdən məlumdur ki, tanrılar onu "Güclü Pallas oğlu" kimi çağırırlarmış, amma mifologiyaya əsaslanan oyunlarda Kratos "God of war" kimi təsvir olunduğundan bəziləri onun mələz olduğunu və Zevsin oğullarından biri olduğunu deyirlər. Ancaq bir çox əfsanələrdə Kratos Titan Pallas ilə Stiksin övladı kimi adlandırılmışdır. Hər iki versiya mifologiyada öz əksini tapmışdır.

Kratos Olimp dağında tanrılarla, xüsusilə də Apollon ilə Areslə dostlaşmış və bu, Zevsin hörmətini qazanmağına kömək olmuşdur. Belə ki, Zevsin taxtının qoruyucularından biri də məhz Kratosdur. 

Kratos döyüşə bacıları Nike və Bia ilə birlikdə, bəzən də ədalət tanrısı Dike ilə birlikdə çağrılır.

Bir əfsanəyə görə də Zevs tərəfindən cəzalandırılan Prometeyi dağlara Hefistosun düzəltdiyi zəncirlərlə bağlayan Titanın məhz özüdür. Bəzi qaynaqlarda isə qeyd edilir ki, Prometeyi zəncirləmir, amma qaçmasın deyə başında qarovul çəkir.

#mifologiya #yunanmifologiya #Kratos #Zevs #Apollon  #Ares #şiddət #müharibə #güc #Nike #Bia #Dike #Zelus #mələz #tanrı #Olimpdağı #tanrı #Prometey #Hefistos #titan #oyun #god #mythology #godofwar #Pallas #Stixs #Stiks #ARQONAVTLAR

Комментариев нет:

Отправить комментарий