четверг, 1 июля 2021 г.

VİRACOCHA (İnka mifologiyası)


 İnka panteonunda ən uca və  ən güclü tanrı məhz Viracochadır. Bu tanrı günəş, qasırğa, alov və şimşək tanrısıdır ki, bəzən dəniz ilə də əlaqələndirilir. Viracocha kainatın yaradıcısıdır. Eyni zamanda "deus faber" yəni "tanrı yaradıcısı"dır. Bəzən ona Wiracocha, Apu Qun Tiqsi Wiraqutra vƏ Con-Tici də deyirdilər. 

Juan de Betanzos tərəfindən qeyd edilmiş əfsanəyə görə qaranlığın hökmranlıq etdiyi bir dövrdə Viracocha Titicaca gölünün sularından çıxıb gəlir və günəşi, ayı, ulduzları yaradır. İlk insan irqini yəni nəhəngləri də yaradan tanrı, onu əsəbləşdirdikləri üçün nəhənglərə böyük bir tufan göndərir. Nəhənglərin bəziləri bu tufanda məhv olur, sağ qalanlarını isə ulu tanrı qayalara döndərir. Sonra Viracocha ikinci irqi yaratmağa başlayır. Belə ki, Günəş adasındakı qayalardan ən yumşaq olanını seçir və onu yontaraq qadın, kişi və uşaq yaradır. Onlara həyat verir. Beləliklə fərqli irqlər yaradan Viracocha onlara, fərqli rəng, geyim, dil bəxş edir. İnsanlara əkinçiliyi öyrədir və müxtəlif növ heyvan və quş növlərini bəxş edir. Viracochanın yaratdığı bu ölkə Tahuantinsuyu adlanmağa başlayır. Əfsanənin bir versiyasına görə insanları yaratdıqdan sonra tanrı Sakit Okeanı boyunca su üzərində yeriyərək yoxa çıxır. Bir dilənçi geyimində dünyanı gəzir və yaratdığı insanlara mədəniyyəti öyrətməyə başlayır. Bəziləri onun yolu ilə getsə də, bəziləri müharibəni, günahı seçir və insanlığın bu halını görə Viracocha çox kədərlənir. Pedro Sarmiento de Gamboanın qeydlərində Viracocha "orta boylu, ağ dərili, uzun ağ paltarlı, bir əlində əsa, digərində isə kitab tutan" bir adam kimi təsvir edilmişdir. 

Digər əfsanəyə görə Viracochanın yoldaşı "dənizin anası" sayılan Mama Gochadan günəş tanrısı İnti və ay ilahəsi Mama Quilla və bir dənə də qız Pachamama doğulmuşdur. Bu əfsanəyə görə Viracocha 60 gün, 60 gecə davam edən Unu Pachakuti adlı tufan ilə Titicaca gölünün sahilində yerləşən insanlığı məhv edir və dünyada mədəniyyəti davam etdirmək üçün iki dənəsini sağ saxlayır. Bu iki nəfər "möhtəşəm təməl" mənasına gələn İntinin oğlu Manco Capac və "çoxalma" mənasında olan Mama Uqlludur. Bu ikili "tapac-yauri" adı verilən qızıl əsa daşıyan İnka mədəniyyətini yaradırlar. Bir də bəzi əfsanəyə görə bu Manco Capac həm də 8 mədəni insanın ataları idi. Hə bir də yazırlar ki, Manconun bir dənə də Mama Qucha adlı həyat yoldaşı varmış. 

Bir başqa əfsanəyə görə isə Viracochanın iki oğlu vardır: İmahmana Viracocha və Tocapo Viracocha. Böyük tufan və yaradılışdan sonra Viracocha oğlanlarını şimal şərqə və şimal qərbə qəbilələri yoxlamağa göndərir ki, görəsən bunun dediklərinə insanlıq riayət edir, ya yox. Tanrının özü isə şimala yola düşür. Oğlanları yol boyunca meyvələrə, ağaclara, çiçəklərə, bitkilərə ad verir, zəhərli və şəfalı olan bitkiləri çatdıqları qəbilələrə öyrədirlər. Nəhayət ata və oğulları Sakit okeanın sahilinə çatıb, ordan su üzərində yeriyərək yoxa çıxırlar.

"Viracocha"nın mənası "dəniz köpüyü" deməkdir. 

Viracocha təsviri başında günəşi andıran tac, əlində şimşək, üzündəki yaş ilə də yağışı təmsil edirdi. 

Mənbə: https://en.wikipedia.org/wiki/Viracocha

Qeyd: İllustrasiyanın müəllifi: GENZOMANdır.

#mifologiya #İnka #İnkamifologiyası #alovtanrısı #günəştanrısı #uluyaradıcı #yaradıcı #panteon #böyüktufan  #Viracocha #deus #faber #əfsanə #nəhəng #irq #Titicacagölü #sakitokean #MamaGocha #İnti #ayilahəsi #MamaQuilla #UnuPachakuti  #MancoCapac #MamaUqllu #MamaQucha #İmahmanaViracocha #TocapoViracocha #god #goddess #mythology #ARQONAVTLAR

Комментариев нет:

Отправить комментарий