вторник, 31 августа 2021 г.

ÇİNAR AĞACININ MİFİK HEKAYƏSİ (Yunan mifologiyası)

 Salam əziz oxuyucular və mələzlər ;)...Bu gün istədik ki, kölgəsində oturub dincəldiyimiz bir ağacın mifik hekayəsini sizlərlə paylaşaq.

Deməli, günlərin bir günü tanrı Zevs Olimpdə taxtında əyləşməkdən ürəyi sıxılır və qərara gəlir ki, yer kürəsinə ensin və insanlar arasında gəzsin. Beləliklə də Hermeslə birlikdə insan licminə bürünərək kəndləri, şəhərləri gəzməyə başlayırlar və Firigiya yaxınlarında bir kəndə daxil olurlar. Evlərin qapılarını döyməklərinə baxmayaraq üzlərinə qapı açılmır.  Zevs də açılacaq qapının olacağını bilir və səbrlə davam edir. Ancaq bəxtlərindən heç bir ev onları qonaq qəbul etmək istəmir. Nəhayət tör-töküntü bir ev, tanrılara qapılarını açırlar. Bu evdə Baukis və Filemon adında yaşlı ər-arvad yaşayırmış. Evin sahibləri cəld yemək bişirirlər, qonaqlara əllərini, üzlərini silmək üçün dəsmal verirlər. Sonra Filemon süfrəyə şərab gətirir, bakallar dolub-boşalır, ancaq şərab bitmir ki, bitmir. Vəziyyəti belə görən ev sahibləri anlayırlar ki, onların evlərindəki qonaqlar tanrılardır və elə o andaca tanrılardan onlara qarşı qüsur işlədiblərsə bağışlanmalarını istəyirlər. Tanrı Zevs də deyir ki, bəs məni təqib edin.

Filemon ilə Baukis tanrıların arxasınca bir təpəyə çıxırlar, hansı ki, oradan bütün kənd görünür. Zevs deyir: Kəndə yaxşı baxın. Bu sözlərdən sonra kəndi sel yuyub, aparır, ancaq öz tör-töküntü evləri məbədə çevrilir. Bundan sonra Zevs yenə deyir: "Mənə qarşı göstərdiyiniz qonaqpərvərliyin əvəzini ödəyəcəyəm. Nə arzunuz, istəyiniz varsa, deyin." Bu sözlərdən sonra yaşlı ər-arvad dillənir: "Bir-birimizdən heç vaxt ayrılmamaq və eyni gündə ölmək istəyirik." Zevs də onların istəyini qəbul edir. Yaşlı ər-arvad eyni gündə vəfat edirlər.  Öldükləri yerdən linden və çinar ağacı bitmişdir. Bu iki ağac birləşib tək bir ağac olmuşdur. Rəvayətə görə Berqamedəki bir tərəfi linden, digər tərəfi çinar ağacı olan ağac dünyada sadəcə bir dənədir. 

Mənbə: Dünyadinleri

#mifologiya #yunanmifologiyası #çinar #lendin #ağac #hekayə #rəvayət #tanrı #Zevs #Hermes #Filemon #Baukis #Philemon #Bucis #god #mythology #greek #məbəd #firigiya #ARQONAVTLAR


Комментариев нет:

Отправить комментарий