воскресенье, 16 мая 2021 г.

VESTA BAKİRƏLƏRİ (Roma mifologiyası)

 


Vesta bakirələri qədim Romada ailə ilahəsi Vestanın müqəddəs rahibələriydilər. Rahibəliyə Romanın xüsusi seçilən ailələrin kiçik qızları qəbul edilirdi. Bakirəliyi qorumaq ən vacib qanun idi. Qanunu pozan ölümlə cəzalandırıldı. Əsas vəzifələri isə Vestanın Forum Romanumda, məbədlərində ocağın keşiyini çəkmək idi.  Vestalık böyük şərəf idi və bu şərəfi daşıyan qadınlara xüsusi imtiyazlar verilirdi. Öldüklərində isə bütün mülkləri dövlətin hesabına keçirdi. 

Vesta bakirəliyinə qəbul şərtləri: ( özümü TQDK-da hiss etdim :D)

Qız uşağı 6 yaşdan aşağı olmalı...

Namizədin nitq və bədənində qüsuru olmamalıdır...

Valideynlərinin hər ikisi həyatda olmalıdır...

Valideynlərindən heç biri qul olmamalı və Roma sakini -Patrisilər (aristokrat) olmalıdır...

Hər Vesta məbədində 6 rahibə olurdu. Vesta rahibəsi olmaq istəyənlər məbədə gətirilir və 30 il müddətində məbəddə işləyəcəklərinə və bakirə qalacaqlarına dair and içirlər. Qəbul mərasimində qızlara ağ paltar geyindirilir və saçları kəsilirdi. Vesta rahibələri 6 və ya 10 yaşında təlimə başlayırdı. Vəzifələri müqəddəs ocağı qorumaq idi. Əgər iş başında olarkən ocaq sönərsə, onda həmin rahibə cəza olaraq zopa ilə  döyülürdü. 30 illik vəzifiləri bitdikdən sonra istəyən məbəddən ayrılıb, ailə həyatı qura və uşaq sahibi ola bilərdi. 

Vesta bakirələri digər qadınlardan fərqləndiyinə görə onlar kişilər kimi məhkəməyə qatıla, mülk sahibi ola bilirdilər. 

Pozulmaz and.

Dedik ki, rahibəliyə qəbul olunan zaman and içirlər. Əgər bu andlardan birini pozsalar, o zaman həmin rahibə torpağa diri- diri basdırılırdı. Bu cəza xüsusi bir mərasim ilə həyata keçirilirdi. Rahibə əvvəlcə kəfənə möhkəmcə bükülürdü. Bununla da  hərəkət edə və ya qışqıra bilmirdi. Cəza alan rahibə kəfənə büküldükdən sonra araba ilə bütün şəhərdə gəzdirilirdi. Qəbirdə isə bir rahib dua oxuyar, sonra isə ipləri kəsilərdi. Qəbirin içərisinə bir günlük su və yemək qoyulduqdan sonra cəza alan qəbirə yerləşdirilirdi və üstü elə örtülürdü ki, izi bəlli olmasın. Bu cür basdırılanların ruhları heç bir zaman ölülər ölkəsinə gedə bilmirmiş. Rahibənin əzabla ölməsi hörmətsizlik edilmiş ilahə və tanrıların qəzəblərinin dinməsinə və Romanın bərəkətli olmasına davam edəcəyinə inanırdılar. 

Romul və Remin anası Silvi Rhea bir vesta bakirəsi idi ki, ona Mars təcavüz etmişdir. 

Pompeydəki Vesta məbədinin kəşfi 18 və 19-cu əsrdə Vesta Bakirələri mövzusunu məşhurlaşdırmışdır. 


Mənbə: Antiktarih, Dünya Mitolojisi, Vikipediya


#rahibə #Vesta #Vestarahibələri #Vestal #Vestabakirələri #bakirə #ilahə #tanrı #məbəd #ibadət #keşikçi #alovkeşikçisi #alov #ocaq #RomulRemus #SilviaRhea #Mars #Pompey #and #mifologiya #romamifologiyası #roma #yunan #hestia #mythology 


Комментариев нет:

Отправить комментарий