Tefnut Misir mifologiyasın "nəm" ilahəsidir. Göz yaşları yerə düşəndə böyüyüb, inkişaf etməsi üçün ətirli bitkiləri yaratmışdır. Heliopolis Enneadında Tefnut qardaşı və eyni zamanda yoldaşı olan Şu ilə ilk tanrılardan olan Atumun uşaqlarıdır. Atumun tüpürcəyindən yaranmışdılar. Tefnut ilə Şu yer və səmanın yəni Geb ilə Nutun valideynləridir. Qızı Nut ilə birlikdə günəşi qarşılayırdılar.
Memfis yaradılış mifində Tefnutu "Ptahın dili" olaraq adlandırmışdılar. Digər miflərdə Tefnut Horusun sol gözü ilə Ranın gözü ilə əlaqələndirilmişdir. Sonrakı miflərdə isə Tefnutun Thoth evləndiyi bildirilir.
Tefnutun nəvələri: Osiris, İsida, Seth, Neftisdir.
Necə təsvir edilir?
Tefnut adətən dişi aslan kimi və başında isə alov və müqəddəs ilan təsvir edilir. Bundan əlavə əynində o vaxtlar əsilzadə xanımların geyindiyi bir geyim görürük, qulaqlarını isə qızıldan sırğalar bəzəyir.
#mifologiya #Tefnut #Misir #misirmifologiyası #nəm #şey #aslan #dişiaslan #şu #chu #geb #nut #atum #egypt #mythology #ARQONAVTLAR #persiceksonvəmifologiya
Комментариев нет:
Отправить комментарий