Blogumuz Rick Riordanın Percy Jackson, Magnus Chase, The Kane Chronicles adlı kitablarından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın.
четверг, 30 апреля 2020 г.
Anubis
Anubis Misir mifologiyasında qaranlıqların, məzarlıqların, mumyalama və ölümdən sonrakı həyatın tanrısı olub, çaqqal başlı, bəzən oturaq, çox vaxt isə ayaqüstə təsvir edilən bir tanrıdır. Digər adları Anpu və İnepu və ya Yinepudur. Anubisi Nephthys ilə Setin oğlu olduğuna inandıqları üçün Amarna məktublarının Akkadcaya tərcüməsində Anapa adlandırıblar. Bəzi yazarlar da Anubis sözünü "balaca küçük" kimi qeyd ediblər və deyiblər ki, Ölülər ölkəsinin girişindəki Assiutda "Mağaranın sahibi" məhz Anubisdir.
Deməli bizim Anubis qədim krallıq dövründə (e.ə 2687-2191) Ölülər ölkəsinin ən vacib tanrılarından biri olsa da, orta krallıq dövründə Osiris ilə yerlərini dəyişirlər ( yəqin Sadie görə). Yaraşıqlı tanrımız bütün Misirdə bilinsə də Kynopolis (Kasa şəhəri) şəhərində ona daha çox inanılır və ibadət edilirdi.
Deməli vəzifəsi təkcə ölənlərə yeni ölkələrinin yolunu göstərməklə kifayətlənmirdi. Deyirlər ki, mumyalama texnikasını da bu canı yanmış kəşf edib, bu bəs deyilmiş kimi Osirisin 14 hissəyə ayrılmış bədənini mumyalıyıb. Bunu da əlavə edim ki, Mumyalanan ölülərin ruhları Osirisin idarə etdiyi İalu deyilən cənnət səmalarına gələndə Anubislə qarşılaşırlarmış.
E.ə 1600-cı ildə yazılan "Ölülər kitabı"na görə Anubis ölülərin ürəklərini və ruhlarını (maat) tərəzidə çəkir, Osiris isə qərarını verirdi. Bu proses belə baş verirdi. Deməli bir adam öləndə Anubis tərəzisinin bir tərəfinə ölənin ruhunu əvəz edən ürəyini, digər tərəfə isə Ədalət İlahəsi Maatın tükünü (quş lələyi desək daha düz çıxar) qoyur və ölçür.Yaxşı insandırsa qəlbi tükdən daha yüngül olur və ruh səmaya yüksəlir, yox ağırdısa ya cəhənnəmə gedir, ya da iblislər tərəfindən yeyilir.
Stm adlı (bilsəniz yazarsınız) Anubis rahibləri mumya ayinlərində Çaqqal maskası taxırdılar.
Anubisin həyatı:
Plutarkha görə (e.ə. 46-120) Osiris, İlahə Nephthysi yoldaşı İsida ilə səhv salır (braziliya serialı) nəticədə Anubis dünyaya gəlir. İsida isə Anubisi öz balası kimi böyüdür.
Digər mənbədə deyilir ki, Setin arvadı Neftida Osirisi sevdiyi üçün İsida licminə girir və Osirislə birlikdə olur. Setdən qorxduğu üçün də Anubisi qamışlığa atır, bu vaxt da İsida uşağı tapır (hind kinosu). Apuleisun Latınca əsərində Qızıl Eşşəyin (kitabın adın Osqarlıq) 11-ci kitabında Anubis haqqında belə yazılmışdır: "Anubis -səma ilə Ölülər ölkəsi arasında belə deyək, xəbərçilik edən, üzü gecə qədər qara və günəş kimi qızılı rəngdə olan tanrı" kimi təsvir edilir. Bundan başqa sağ əlində Tanrı metallarından hazırlanan əsası-ÇEPTER- ilahi gücünü, digər əlindəki həyat simvolu isə -ANX- axirətdə yəni əsl həyatın başladığı yerə gedərkən ruhlara rəhbərlik etməsini təmsil edirdi.
Bunu da yazaq ki, Unas piramidalarında yazılarda Anubis Horusun Gözü ilə əlaqələndirilir, çünki əfsanələrə görə Ölümə rəhbərlik edir və Osirisin tapılmasına xüsusi rolu olur.
Neyləyirki?
Bizim xəfiyyə Anubis Osirisi çoxxxxx istəyərmiş (indi istəməsin). Bir gün Seth qardaşı Osirisi öldürür və qəşəngcə hissələrə bölərək Nil çayına tullayır. Xəfiyyəmiz də Horusun şahin gözlərinin köməkliyi ilə iyləyə-iyləyə Osirisi tapır və cəsədi İsidə aparır.
Bəs evlənməyib?
Evlənib. Yoldaşı saflaşdırma ailəsindən Duat İlahəsi İnputdur. Bir dənə də Küphet adlı qızları var.
Hər şeyi başa düşdüm, bə niyə çaqqal başı?
O vaxtlar qəbirlərin ətrafında həmişə çaqqal gördüklərinə görə, beyinlərində belə qərarlaşdırıblar.
Anubis tanrılar arasında ən qorxunc olanıdır amma öləni yenidən həyata qaytarma gücü də var. Hətta üzündə bir çaqqalın dişlədiyi yara da var.
Yunanlılar Anubisi Hermeslə eyniləşdirirdilər.
Hər nə qədər qorxunc olsa da Rick qələmini sevərlər üçün Anubis ürəydi :)
вторник, 28 апреля 2020 г.
Valhalla
Bu gün də ənənəni pozaraq sizə Yunan yox German -Skandinav mifologiyasından yazacağam. Hardan əsdi beyninə sualını versəniz, Rickin Magnus Chase adlı əsərindən cavab verərəm.
Keçid alaq yazımıza :)
Valhalla Tanrıların məkanı olan Asgardda yerləşən geniş bir qəbul salonu, eyni zamanda Valkyrielər tərəfindən qulluq edilən ölmüş döyüşçülərin yaşadığı bir saraydır ki, bu saray Odin tərəfindən idarə edilir. Sarayın dam örtüyü parlaq qalxanlardan, stolları döyüşçülərin üst zirehlərindən, divarları isə nizələrdən inşa edilmişdir. Bu sarayın hər birindən eyni anda 800 nəfərin keçəbiləcəyi 540 qapısı var. (Mənim yerimdi) Sarayın girişini canavar və qartallar qoruyurmuş.
Bu saray nə üçün var? Giriş kartında mütləq döyüşçü damğası olmalıdırmı? Vizanı necə ala bilərik?
Onu qeyd edək ki, Valhallaya ancaq Einherjar deyilən, vikingləri çatdadacaq bir həyat yaşayan,( ölməyi nəzərdə tuturam) qəhrəmanca ölən döyüşçülər - qadın, kişi fərq etmir -qəbul edilir. Rahat bir tərzdə ölənlər viza ala bilmirlər. Sadəcə qəhrəmanca döyüşüb ölürsənsə, biletin hazırdır. Necə yəni bilet? Deməli Odin cənabları Valkyrielərini harda müharibə varsa ora göndərir, bu gözəllər də at belində müharibə meydanın üstündə gəzirlər, kimsə qəhrəmanca döyüşüb ölürsə onu Einherjar adlandırır və ruhunu at belində Valhallaya gətirirlər. Pəs neçə dənə Valkyrie var? Cəmi- cümlətanı 9 nəfərdilər. (Nətər çatdırırlar? Nəm aa)
Bura gələn döyüşçü ruhlar bütün günü bir -biriləri ilə döyüşür, yaralanan varsa yarası öz-özünə sağalır, axşam isə gözəl bir ziyafətə təşrif buyururlar. Aşçı Andhrimnirin sehirli qazanı Eldhrimnirdə dadlı yeməklər hazırlanır, hər axşam Valkyrielər tərəfindən kəsilən donuz Saehrimnirin əti kavab edilir -bu arada ziyafətdən sonra donuz dirilir, bir də bəziləri deyir ki, donuz səhər kəsilir, axşam dirilir (o qədər vacib məlumatdı bəli 😂)- və keçi Heidrunun südündən hazırlanmış bir içki içirlər. Burda istədiyin qədər yeyib içə bilərsən. (Bir qarınqulu ruhun getmək istədiyi yer)
Bunların saraya yığışmaqda məqsədləri nədir?
Bu döyüşçülərin saraya gəlməklərində və hər gün məşq üçün döyüşməklərində məqsədləri tanrılarla birlikdə divlərə qarşı olacaq sonuncu müharibə Ragnaroka hazırlaşmaq üçündür.
Bir də bu sarayın Odinin həyat yoldaşı Friggin (kefkomun biridi) yaşadığı hissəsində doğuş zamanı həyatını itirən qadınlar yerləşir. Onlar da Valkyrielər tərəfindən gətirilir.
Bütün bunlardan sonra bu qənayətə gəlirsən ki, inanclarına görə Vikinglər vəhşi kimi döyüşür və ya öldürürdülər. ( Zor, gedib qəhrəmanlıq edirsən, sonra valkyrielə falan axtarırsan göydə, birdən kimsə deyir ki, yetim mifologiyadı bu. Arxada İl borone rosso musiqisi 😂 link: https://www.youtube.com/watch?v=kgm-utGMpsA)
Hələlik :)
#GermanSkandinavMifologiyası #Mifologiya #Odin #Frigg #Valhalla #Einherjar #Valkyrie #Asgard
Keçid alaq yazımıza :)
Valhalla Tanrıların məkanı olan Asgardda yerləşən geniş bir qəbul salonu, eyni zamanda Valkyrielər tərəfindən qulluq edilən ölmüş döyüşçülərin yaşadığı bir saraydır ki, bu saray Odin tərəfindən idarə edilir. Sarayın dam örtüyü parlaq qalxanlardan, stolları döyüşçülərin üst zirehlərindən, divarları isə nizələrdən inşa edilmişdir. Bu sarayın hər birindən eyni anda 800 nəfərin keçəbiləcəyi 540 qapısı var. (Mənim yerimdi) Sarayın girişini canavar və qartallar qoruyurmuş.
Valhalla
Sarayın ünvanını da qeyd edim: Valgrid qapısından çöldə, ətrafında Thund çayı olan Valhalla Asgardda Glesir meşəsinin içində yerləşir. Cənubi İsveçrə deyə düşünürlər.Bu saray nə üçün var? Giriş kartında mütləq döyüşçü damğası olmalıdırmı? Vizanı necə ala bilərik?
Onu qeyd edək ki, Valhallaya ancaq Einherjar deyilən, vikingləri çatdadacaq bir həyat yaşayan,( ölməyi nəzərdə tuturam) qəhrəmanca ölən döyüşçülər - qadın, kişi fərq etmir -qəbul edilir. Rahat bir tərzdə ölənlər viza ala bilmirlər. Sadəcə qəhrəmanca döyüşüb ölürsənsə, biletin hazırdır. Necə yəni bilet? Deməli Odin cənabları Valkyrielərini harda müharibə varsa ora göndərir, bu gözəllər də at belində müharibə meydanın üstündə gəzirlər, kimsə qəhrəmanca döyüşüb ölürsə onu Einherjar adlandırır və ruhunu at belində Valhallaya gətirirlər. Pəs neçə dənə Valkyrie var? Cəmi- cümlətanı 9 nəfərdilər. (Nətər çatdırırlar? Nəm aa)
Valkyrie
Pəs sarayın menyusuna da baxa bilərik? Əziyyət çəkib ölmüşük 😁Bura gələn döyüşçü ruhlar bütün günü bir -biriləri ilə döyüşür, yaralanan varsa yarası öz-özünə sağalır, axşam isə gözəl bir ziyafətə təşrif buyururlar. Aşçı Andhrimnirin sehirli qazanı Eldhrimnirdə dadlı yeməklər hazırlanır, hər axşam Valkyrielər tərəfindən kəsilən donuz Saehrimnirin əti kavab edilir -bu arada ziyafətdən sonra donuz dirilir, bir də bəziləri deyir ki, donuz səhər kəsilir, axşam dirilir (o qədər vacib məlumatdı bəli 😂)- və keçi Heidrunun südündən hazırlanmış bir içki içirlər. Burda istədiyin qədər yeyib içə bilərsən. (Bir qarınqulu ruhun getmək istədiyi yer)
Bunların saraya yığışmaqda məqsədləri nədir?
Bu döyüşçülərin saraya gəlməklərində və hər gün məşq üçün döyüşməklərində məqsədləri tanrılarla birlikdə divlərə qarşı olacaq sonuncu müharibə Ragnaroka hazırlaşmaq üçündür.
Bir də bu sarayın Odinin həyat yoldaşı Friggin (kefkomun biridi) yaşadığı hissəsində doğuş zamanı həyatını itirən qadınlar yerləşir. Onlar da Valkyrielər tərəfindən gətirilir.
Bütün bunlardan sonra bu qənayətə gəlirsən ki, inanclarına görə Vikinglər vəhşi kimi döyüşür və ya öldürürdülər. ( Zor, gedib qəhrəmanlıq edirsən, sonra valkyrielə falan axtarırsan göydə, birdən kimsə deyir ki, yetim mifologiyadı bu. Arxada İl borone rosso musiqisi 😂 link: https://www.youtube.com/watch?v=kgm-utGMpsA)
Hələlik :)
#GermanSkandinavMifologiyası #Mifologiya #Odin #Frigg #Valhalla #Einherjar #Valkyrie #Asgard
воскресенье, 26 апреля 2020 г.
Pandora
Bu gün də
karantina da oturmağımızın səbəbkarı Pandoradan yazacağıq.
Kimdi? Kimlərdəndir? Axı nə edə bilərdi?
Prometeyin odu Olimpdən götürüb insanlara verməsi Zevsi necə çilədən
çıxardırsa, heç cürə hirsi soyumur. Gedir Hefistosun yanına və deyir ki,
Prometeyin yaratdıqlarına bənzər bir qadın yarat. Hefistos da torpaqdan bir gözəl
bir qadın yaradır. Bədəninə ruh əvəzinə bir qığılcım qoyur. Qadın o qədər gözəl
olur ki, Səyavuş bəy demişkən: gö..gö..gözlər nə..nəl..nəlbəki boyda, qaşlar
Qafqaz sıra dağları (Hicran tamaşası). Nəysə bu Pandora gözəlinin ərsəyə gəlməsində
demək olar ki, bütün tanrılar əlbir olublar və buna görə də Pandoranın mənası “
Tanrıların hədiyyəsi” mənasını ifadə edir, çünki hər biri bir şey hədiyyə edir.
Belə ki, Hesiodosun “ İşlər və günlər” kitabında yazdığına görə Afina Pandoraya
tikiş, hörgü, naxış işlərini öyrədir. Afrodita elə bir gözəllik bəxş edir ki,
bir baxan cənnətlik olur. Hermes gözəl nitq bacarığı, daha dəqiq desək sözləri
ilə insanları necə aldada biləcəyini öyrədir, azmış kimi utanc, sıxılmaq kimi
hissləri bilməyən, hiyləgər bir insana döndərir. Nəhayət Afina gəlinimizi qəşəngcə
geyindirir, inam pərisi Peitho ilə lətafət pəriləri (Kharites) onun gözəl
boynunu qızıl silsilə ilə bəzəyirlər, mövsüm ilahələri (Horai) başına təzə çiçəklərdən
bir çələng qoyurlar. İşlər tamamlananda Hermes ona Pandora adını verir. Pəs
Əlahəzrət Zevs nə hədiyyə edir? Bir qutu hədiyyə edir. İçində İnsanlığı məhv edəcək şeylər gizlənmişdir. Nəysə Tanrıların ərsəyə
gətirdikləri bu gözəl gəlinə Epimetheus yox deyə bilmir. Halbuki qardaşı
Prometey xəbərdarlıq etmişdi. Epimetheusun adının mənası da “ Sonradan başa düşəndir”
.
Keçək əsas məsələyə-
-Dedik ki, Zevs Pandoraya bir qutu verir amma deyir ki, məbadə açasan.
Evdə bekar olan Pandora nə illah edir ki, qutunu açmasın amma özünü saxlaya
bilmir və qutunun qapağını yavaş -yavaş qaldırır. Bax elə o andaca bütün şər əməllər,
xəstəliklər, ölüm, qıtlıqlar sərbəst qaldı və bütün dünyaya yayıldı. Bir saniyə
olmamış bu qədər bədbəxtliklərin yayıldığını görən Pandora qapağı tez bağlayır
ancaq qutuda bir şey qalmışdı – Ümid.
Bu gün də kimsə “Pandoranın qutusu” mesajını verirsə....... yəqin
temanı anlayarsınız.
#Pandora #Pandoranınqutusu #Zevs #Hermes #Afina #Afrodita #Prometey #Epimetheus #YunanMifologiyası
пятница, 24 апреля 2020 г.
Deukalion Tufanı
Keçən məqalədə Prometeyin başına gələnlərdən söhbət açdıq. Təbii ki, Zevsin qəzəbinin böyüklüyü haqqında da təssəvvürünüz oldu. Bir tərəfdən Prometeyi cəzalandırmaq, bir tərəfdən də Soyunu qorumaq istəyən Zevs, əlinə keçən ilk fürsətdə insan irqini məhv etməyə çalışır. Bunlardan biri Pandora idi. İnsanlığa bu qədər zərbə Zevs cənablarının hirsini soyutmadığına görə qərara gəlir ki, işi kökündən həll etsin. Bu necə hadisədirsə bütün dünya mifologiyasında öz əksini tapmışdır. Necə? təbii ki Deukalion Tufanı yox amma Tufan sözünə bütün mifologiyalarda rast gələ bilərik.
İşin əsli, əsası nədir?
Prometeyin oğlu Deukalionla Pandoranın qızı Pyrrha (əmiuşaqlarıdı) mifologiyaya görə Şimal Yunanıstandakı Lokris, Malis, Phthiotis və Thessalia ellərinin ilk Kral və Kraliçasıdır. Yunan mifologiyasına görə dünyaya 5 insan irqi gəlmişdir.
Qızıl irq, gümüş irq, bürünc irq, qəhrəman irq və nəhayət bu günümüzü əhatə edən dəmir irq.
Kronun vaxtında boy göstərən qızıl irqdən heç kim qalmayıb. Soyları tükənib.
Qızıl irqdən sonra gələn gümüş irq Zevsin hakimiyyət illərində, Prometeyin palçıqdan yaratdığı irqdir. Bu irqin nümayəndələri Melia və ya Meliai deyə adlandırılan Göyrüş və ya Quşarmudu ağacının pəriləri ilə evlənib, nəsillərini bürünc irq kimi davam etdirmişdilər. Əlavə bir məlumat da verək ki, Göyrüş ağacının pəriləri, Uranın cinsi orqanı kəsilən zaman yerə tökülən qanından yaranmışdılar. Nəysə bu bürünc irq dünyaya doğuş yoluyla gəlib, həm kişi, həm də qadından ibarət ilk insan soyunu təmsil edir, ancaq bu irq əndazədən çıxdığına görə Zevs də bu soyu Tufanla məhv etmək istəyir. Di gəl ki, plandan xəbəri olan Titanımız oğluna xəbər verir. Deukalion atasının sözünə qulaq asaraq üstüörtülü bir mənbəyə görə sandıq, digərinə görə isə qayıq düzəldir və yoldaşı ilə birlikdə o qayığa minir. Yağış həftələrlə yağmağa davam edir, yerdə quru yer qalmamışdır, hər yer su və təbii ki, ikisindən başqa hamı boğulmuşdur. Əlqərəz bu ikili bəzi mənbəyə görə Parnassos dağının zirvəsinə, bəzisinə görə isə Othrys dağına gələrək torpağa ayaq basırlar. Bundan sonra Zevs yağışı azaldır, Poseydon dədəmiz Thessalia elinin üzərindəki suları, dağları iki hissəyə bölərək, suyu dənizə yönləndirir. Beləliklə də tufan sakitləşir. Deukalionla Pyrrha Zevsə öz minnətdarlıqlarını bildirirlər və Themis məbədinin kahinindən soruşurlar: ağanaçalnik indi insan soyu necə çoxalacaq?. Baaa kahinlər hər şeyin suyunu çıxartmalıdırlar ya yox. Tapmacaya bənzər bir cavab verir:
"Başınızı, gözünüzü örtün və ananızın sümüklərini çiyninizdən arxaya tullayın."
Ər -arvad o dəqiqə temanı tuturlar və "ananızın sümükləri" sözüylə əslində daşları nəzərdə tutduğunu anlayırlar ( admin isə Pandora ölməyib axı, sümükləri hardan tapacaqlar..), çünki anaları Xanım Geya yəni torpaq anadan başqa heç kim ola bilməzdi. Bizim ikilinin çiyinlərindən arxaya tulladıqları daşlar həqiqətən də bir -bir insana çevrilməyə başlayır. Deukalionun atdığı daşlardan kişilər, Pyrrhanın atdığı daşlardan isə qadınlar yaranır. Bununla da bitmir ər-arvadın çoxlu övladı olur. Bunlardan ən məşhuru Helenlərə yəni Yunan xalqına adını verən əfsanəvi kral Hellen, bir də Zevsin hər birinə vurulduğu ( Aşsüzən) Protogeneia, Thyia və Pandora adlı üç qız. Sisyphos, Salmoneus, Athamas, Diktys, Polydektes, İon və Endimion kimi əntiq Yunanın əfsanəvi kralları da demək olar ki, bu soydan gəlirlər.
четверг, 23 апреля 2020 г.
Prometey -Prometheus
Yunan mifologiyasında Prometey, Epimetheus, Atlas və Menetius ilə birlikdə Titan İapetosun Okeanid Asianın və ya Klymenin dörd oğlundan biridir. Adının mənası da "gələcəyi görən"dir. Bundan başqa ağlı və hiyləgərliyi ilə məşhurlaşmışdır amma eyni zamanda tanrılara qarşı çıxıb insanların lehinə iş görən bir qəhrəmandır. Bəzi əfsanələrdə deyilir ki, insanları palçıqdan yaradan da məhz Prometeyin özüdür. Prometin ailə həyatına baxanda yoldaşının adı hər yazar bir cür qələmə verib, ən tanınmışı Kelainodur. Uşaqları: Deukalion, Iykos, Khimaireus, bəzən Aitnaios, Hellen və Thebede də övlad sırasına qoşulur.
Gələcəyi görürdü bəs, gördüyü məşhur bir məlumat var?
Titan Olimp müharibəsində soyunun məğlub olduğunu, Geyanın Kronu taxtdan endirəcəyini, bir gün bu hadisənin Zevsin başına gələcəyini də bilir amma heç kimə demir. İnsanlara kömək etdiyi üçün başına gələcək müsibətlərdən də xəbəri olur ancaq yenə də öz bildiyini edir.
Bir Titandır amma özünü elə aparmır, bəzi qaynaqlara görə isə heç müharibədə də iştirak etməmişdir.
Bir əfsanəyə görə bir gün Prometey Zevsi sınamaq qərarına gəlir ( karantinada bekar oturmaqdan irəli gəlir). Qəşəng bir dana kəsir və onu iki hissəyə ayırır. Ətin ən yaxşı tikələrini dananın dərisinin içinə yığıb, dərinin üzərini bağırsaqla örtür- bu birinci hissə ət idi. İkinci hissə isə qalın yağ təbəqəsi ilə örtülmüş sümüklərdən ibarət olur. Bu iki hissəni boxça şəklində gətirib Zevsin qarşısına qoyur və ikisindən birini seçməyini istəyir. Zevs də uşaq deyil ki, Prometeyin oyununu başa düşür amma üz vurnur də, yalandan adamın iştahasını artıran yağlarla örtülmüş sümüklər olan hissəni seçir. Zevs çox qəzəblənir və yeməkləri dad verən alovu insanların əlindən alır ( O niyə?) Çünki insanları palçıqdan yaradan Prometeydir və bu hərəkətiylə guya bizim Titanımızı cəzalandırıbmış. (Başın batsın)
Admin biz palçıqdan yaranmışıq ki, bəyəm? Dəqiq Prometey yaradıb?
Bəli mifologiyaya görə bu vəzifə insan soyunun lap əvvəllərində, bəlkə də Deukalion tufanından ( bu haqqda məlumat yazacağıq) sonra Zevs tərəfindən Afina ilə Prometeyə verilir. Bütün işləri Prometey görsə də Afina sadəcə yol göstərmişdir. Bəzi mənbələrdə isə deyilir ki, Prometey torpaqdan fiquru düzəldib, Afina isə nəfəs vermişdir. Yenə də bəzi təsvirlərdə bu ikili tez -tez bir araya gətirilir, bəzi qaynaqlara görə aralarında işdən çox sevgi münasibəti varmış. (babalığı mənbələrin boynuna). Bir dedi qoduya görə isə Prometey Afinaya qarşı bəslədiyi qadağan olunmuş eşqinə görə hətta cəzalandırılıb. ( Niyə? Simsiz teleqramlar heç nə demədi)
Digər qaynaqda isə vəzifənin Prometey və Epimethusa verildiyi göstərilir.(Mənbələrin maşallahı var, bir deyil iki deyil) Epitmeus ilk olaraq heyvanları yaradır. Onlara bütün yaxşı xüsusiyyətləri bəxş edir: gözəllik, zəka, uçmaq, hiyləgərlik, çeviklik, cəsarət, xəz. Bir də onda ayılır ki, insanlara heç nə qalmayıb, o anda qardaşından kömək istəyir, o da günəşdən odu qopardıb insanlara verir ki, xəzlərə ehtiyacları olmasın və görünüşləri ilə də tanrılara bənzədir. hə bir də onu qeyd edim ki, Prometey palçığı su ilə deyil, göz yaşı ilə yoğurur. Bəlkə də ona görə təbiətin ən zəif məxluqu insandır.
Od vardı işin içində, o necə oldu?
Prometey öz uşaqları kimi gördüyü insanların oddan məhrum qalmaqlarına dözə bilmir vəəəə bir gün sübh tezdən alova çox bənzəyən "Narteks" çiçəyini də götürüb alovun qorunduğu İda dağına yola çıxır. Mühafizəçilər yuxuda olduğuna görə sakitcə içəri keçib, alovu götürüb, çiçəyi də onun yerinə qoyur. Beləliklə də odu Olimplilərdən oğurlayıb insanlara verir.
Yenə ikinci qaynaq daxil olur: burda isə qeyd olunur ki, içi oyuq, lakin tez alovlanan Feruledən ( Şeytan ağacı) bir budaq götürüb, Lemnos adasına gedir və Hefistosun alovundan bir qığılcım götürüb, alovu bir qara, bir ağ at arasında gizlənərək qaçıb, odu insanlara verir. Deyirlər ki, o gündən sonra alov şər və xeyir enerji yaymağa başlayır. Onunla xeyir də yaratmaq olur, şər də.
Nəysə odun oğurlanmasını eşidən Zevs də deyir ki, sən saydığını say, gör fələk nə sayır və Hefistosla birlikdə bir plan hazırlayır. Planın adı "Pandora"- ayrıca məqalə həsr edəcəyik deyə çox yazmırıq, sadəcə plandan xəbəriniz olsun deyə qeyd etdik.
Həəə bir də bildiyimiz o məşhur cəza, axı bizim Tanrıların kralı Zevs Prometeyə cəza verir. Cəza ondan ibarətdir ki, Prometey Qafqaz dağlarında böyük bir qayaya zəncirlənəcək və ciyəri və ya ürəyi hər gün bir Kərkəs(quşun adıdır), bəzi təsvirlərdə Qartal- tərəfindən didiklənib yeyiləcəkdir amma ciyər hər axşam özünü bərpa etdiyinə görə işgəncə sonsuza qədər davam edəcəkdir. Cəzadan bir gün qabaq Prometey qardaşı Epimethusa deyir ki, " Qaqa işdi birdən Zevs səndən nəsə istəyər və ya təklif edər, birdən çaşıb razılaşarsan haaa. Diqqətli ol". Epimetheus da ağlın a-sı olmadığına görə Zevsin Hermes vasitəsilə göndərdiyi Pandoranı özünə yoldaş edir. Bax indi Pandorayla evlənməyinin Prometeyə nə dəxli var? Belə deyək Pandoraya bir hədiyyə verilir və insanlıq zibilə düşür yəni mifologiyaya görə indiki korona və bu tipli xəstəliklər Pandora nənəmizdən insanlığa ərmağan olunur. Ətraflı gələn məqalədə.
Prometey hələ də Qafqaz dağlarında əziyyət çəkir?
Deməli Prometeyin insanlığa odu qazandırması təkcə özünü və ailəsini yox, bütün insanlığı da məhvə sürüklədi. Vəziyyətin belə olduğunu görən insanlıq, onlara dayaq duran Prometey üçün dövrünün tanınmış qəhrəmanı Herakla müraciət edirlər. Təbii ki, cəzanın üstündən neçə əsrlər keçmiş, Prometey Kərkəslərin əlindən dəhşətli hallara düşməsinə baxmayaraq hər şeyi sinəyə çəkib, yaxşı olacaq ümidinə bağlanan Titan, axır ki, bir adlı -sanlı qəhrəman tərəfindən xilas edilir. Herakl qadasın aldığım gedib Kərkəsləri öldürür, zəncirləri qıraraq hay-hayı gedib, vay-vayı qalan Titanımızı xilas edir. Onu da deyək ki, Zevsin icazəsi olmadan heç nə edə bilməzdi. Bə nətər oldu ki, icazə verdi? Cersei Lannisterdən beş betər oğluna ölümsüzlük vermək istəyən və onu Olimpdə 12 tanrı arasında əyləşdirmək istəyən Zevs, oğlunun qəhrəmanlığını sübut etməliydi hamıya ki, cəmahət yəni Olimpdə Herakl kimi qəhrəman oturmasın bə kim otursun? ( ağlından keçir haa bu fikirlər). Məhz bu səbəbə görə Heraklın Prometeyi xilas etməsinə cıqqırını da çıxartmır.
Ancaq ikinci mənbə qeyd edir ki, axı Prometey Zevsin oğlu tərəfindən taxtdan endiriləcəyini bilirdi. Bu məlumat da Zevsin qulağına çatır. Əlqərəz sirri öyrənmək istəyir. Birdən yadına oğlu Herakl gəlir və onu ciyər yeyən qartalı öldürmək üçün cəza mərkəzinə göndərir. Herakl da qartalı öldürür və Prometey Tanrılar mərtəbəsinə yenidən qəbul edilir. Burda üçüncü qaynaq daxil olur. Deyilənə görə Herakl təkcə qartalı öldürür, zəncirlərin qırılması üçünsə Prometey təzədən ölümsüz olmalıydı elə bu anda Kentavrlarla Teselyanın əfsanəvi xalqı Lapitlər arasında müharibəsi baş verir, səhvliklə Heraklın oxuyla yaralanan Kentavr Kheron (ürəkdi, haqqında məlumat verəcəyik) əzabdan qurtulmaq üçün ölmək istəyir. Ölümsüz olduğuna görə ölümsüzlüyünü qəbul edəcək bir nəfərə ehtiyac olur, o da Prometey olur. Beləliklə də Prometey yenidən Ölümsüzləşir.
Zevs sirri öyrənir? Sirr nədən ibarətdir?- Cavablar sonrakı məqaləyə qalsın.
Qeyd: Prometey haqqında da olduqca geniş, bir -birindən fərqli mənbələr var. Bir qaynaqla kifayətlənməyin.
вторник, 21 апреля 2020 г.
Canavarların ANASI
Yunan mifologiyasında Tanrılar, qəhrəmanlarla yanaşı müxtəlif varlıqlar, məxluqlar, canavarlar mövcuddur. Bu gün sizə bütün bu canlıların anasından danışacam.. bəli bəli ANASI.
Exidna mifologiyada bir çox (əksər desək yanılmarıq) canavarların anası hesab olunur. Yaşayış yeri Tartardır. Silahı dirnaqları, caynaqları, quyruğudur. Tifonun (və ya tayfun da demək olar) yoldaşıdır. Kerber, Ximera, Klazmoblu öküz, Nemenli şir, Orf, Sfinks, hidra uşaqlarıdır. Qorqonların və Tifonun bacısıdır. Bəli düz oxudunuz Tifonun.
Niyə təəccüblənirsiniz ki? Yunanlardı bu :D
Xarici görünüşcə yarı qadın bədəni, yarı ilan quyruğudur.
Exidna həmişə belə görünüşə malik olmayıb, belə ki, Exidna çox gözəl xarici görünüşə malik idi. Ona baxanlar hayıl-mayıl olurdular. Təbii ki, bu bizim şorgöz tanrıların da nəzərindən yayınmırdı. Hera Exidnanın gözəlliyinə paxıllıq edirdi. Daha doğru desək, Hera Exidnanı Zeyvsə qısqanırdı. Bu qısqanclıq get-gedə daha ifrat forma almağa başlayırdı. Hera Arqusu dilə gətirir və Arqus Exidnanı tutaraq mağaraya atır. Bu mağarada Exidna 100 illik yuxuya gedir. Yuxudan ayılanda isə ayağa qalxa bilmir. Səbəb? 100 illik yuxu onun ayaqlarını ilan quyruğuna çevrilməsinə səbəb olur. Məndən soruşsanız deyərəm ki, burada paxıl ilahəmizin barmağı olmamış olmaz. amma yenə də biz faktlara istinad edək ... khee...khee... hə yuxudan olub, hə :D
Exidna çox qəddar və qəzəbli biridir. Əmin olun ki, siz onunla qarşılaşsanız sizə rəhmi gəlməyəcək, nəinki sizə.. Heçkimə!
Bəzi mənbələrə əsasən Tifon Exidnanın uşaqların hamısının atası deyil. Burada Panın adı da keçir.
Biz Exidna ilə birinci kitabda tanış oluruq. Sent-Luisdəki Sütunun üzərində Exidna öz təbii obrazını alır, yanındakı it isə Ximeraya çevrilir və onlar ... nəisə spoiler olmasın. Hələlik, bu qədər!
понедельник, 20 апреля 2020 г.
ATLAS
Bu gün sizlərə 6-cı sinifdən vurulduğum, Persi Cekson kitabından sonra "Sən nətər adamsan əəə!" dediyim bir Titan-ATLAS haqqında yazacağam.
Yunan mifologiyasında Atlas II Nəsil Titandır, yəni Titan İapetosun Okeanid Asiyadan (və ya Klymenedən) olan doğmaca oğludur. Güclü və bir o qədər də kibirlidir. Dənizin dərinliklərinə sahib olmaqla bərabər Asiya qitəsindən Afrika qitəsinə qədər olan əraziyə yəni Atlantis adındakı bir ölkəyə hökmdarlıq edir. Atlantis bir xoşbəxtlər ölkəsidir və bir gün Tanrılar bu gözəl ölkəyə bir gün bir gecə davam edən sel göndərir. (Nə azarları varmış bilmirəm)Nəticədə Aquamandə gördüyümüz o möhtəşəm ölkə məhv olur. Seldən canını qurtaran və intiqamını almaq istəyən Atlas və qardaşı Menoitios (Menoetius) ilə birlikdə Titanların Olimplərə qarşı müharibəsinə qatılır (bu haqda Titanomakhiya məqaləmizdə oxuya bilərsiniz), bəzi mənbələrə görə isə müharibədə Titanlara rəhbərlik belə etmişdir. Qələbə Olimplilərin olur və kral Zevs Menoitios daxil olmaqla bütün Titanları Tartarosa göndərir, bəzilərinə görə isə Menoitisi Zevs öz ildırımları ilə öldürür. Atlasa isə daha fərqli bir cəza verir. Cəzaya görə Atlas dünyanın qərb hissəsində ( deyəsən Afrikadakı Atlas dağlarını nəzərdə tuturlar) dayanıb, səmanı çiyinlərində saxlayacaq və onu kürəyindən düşürtməyəcəkdi. Atlasa verilən "Səmanı çiyinlərində daşıması" cəzasının simvolik mənası odur ki, göylə yer yəni Uranla Geya bir-birilərinə qovuşmasınlar(necə ayırıb ey ərlə arvadı) və onların yeni Titan övladları doğulmasın və beləliklə də Titanlar tarixin yaddaşından silinsin. Başqa bir mənbəyə görə isə Atlasın mükəmməl Kibrinə görə Zevs(guya ondan geri qalır da bu) ona bu qədər ağır cəza verir. Bu cəzadan sonra Titanın bütün kibri yox olur və sakitləşir və aldığı dərsdən belə bir nəticə çıxardır: " Səmanın altında belə əyilərək durarkən insanların bütün problemlərini eşidirəm. Həyatlarındakı hadisələrin niyəsini axtardıqca, hər şeyin boş olduğunu daha yaxşı başa düşürəm." Hə bu arada Atlas səmanı təmsil etmə vəzifəsini əmisi Titan Koiosdan alıb. (İşləri qarışdırmayaq, Zevsin verdiyi cəza başqa, vəzifə belə deyək əmisinin etdiyi işlərdə simvollaşmaq başqa) Belə ki, Atlas insanlara, xüsusilə də əkinçilərə və gəmiçilərə astronomiyanı öyrədən bir Tanrı olaraq təsvir edilir.
Artus Quellinus tərəfindən XVII əsrdə ərsəyə gətirilib. İndi isə Amsterdam Kral Sarayındadır.
◇Atlas çiynində dünyanı tutmur, göy qübbəni yəni səmanı tutur.
Titan Atlasın iki məşhur qardaşı da var: Prometeus və Epimetheus
Atlasın bir çox qız uşağı var (yeri cənnətlik), bunlar arasında Okeanid Pleionedən olan qızları, Pleiadları xüsusi vurğulamaq lazımdır. Yenə əfsanəvi Ogygia Adasının Hesiodosun bir Okeanid təsvir etdiyi pərisi Leoyla, bizim də bir dənəmiz- Kalipso -Homerosa görə Atlasın qızıdır. Niyəsə şair, qızın anasının adını qeyd etməyib. Yenə bəzi mənbələrə görə, Gecə İlahəsi Nyx -in qızları zənn edilən Hesperidlər də Atlas ilə Hesperisin qızlarıdır. Bir digər məlumat görə isə Atlasın qızlarından biri də Maya olur. StacyJudda görə bu onu göstərir ki, meksikalılarla atlantislilər qohumdu.
Bəs bədbəxtin oğlu yoxdumu?
Yenə bir əfsanəyə əsasən Atlasın oğlu Hesperos atası kimi ulduzları seyr etmək üçün Atlas dağına çıxıbmış, elə o anda da külək onu göyə qaldırır. Atlas yasdadır, buna baxmayaraq Venera planetinə onun adını verir.
Admin bəs Atlasla Herakl qarşılaşması?
Deməli Zevsin yoldaşı, hər şeyə mız qoyan Hera qızıl alma bar verən ağac əkir, toy hədiyyəsi olaraq verilib Heraya. Nəysə bu ağacları qorumaq vəzifəsini də Hesperidlərə tapşırılır. Aha? Sən demə Heraklın 11-ci vəzifəsi də (bu haqqda ayrıca yazacağıq) bağdan bu almaları dərməkmiş. Herakl da Hesperidlərin atası Atlasdan kömək istəyir. Almanı oğurlamaq fikrinə razılaşan Atlasın sadəcə bi dənə şərti olur. Şərt: "Bir müddətlik səmanı Herakl götürəcək, Atlas da dincələcək". Təbii ki, Herakl razılaşır. Beləcə Atlas gedib almaları oğurlayır, di gəl ki, yükün altına girmək istəmir, çünki neçə ildən sonra ilk dəfədir ki, azaddır. Şeytana qaça-qaça papuş hörən Heraklda bir plan qurur. Atlasın gəldiyini görəndə -qaqa sən canı bir dənə kömək elə səma çiynimdən sürüşür. Atlas kömək edəndə səma yenidən onun çiyinləri üzərinə düşür, elə o andaca Herakl almaları götürüb tüyür. Atlas da ömürlük Səma ilə baş-başa qalır.
Herakl səma çiyinlərində
Homeros əsərlərində yazır ki, Pəs Atlas yer ilə göyü bir-birindən ayıran sütunları çiyinlərində tutan bir dəniz məxluqudur. Hekayəyə görən bura Dünyanın ən qərb hissəsindədir və burda Hökmdar Atlasdır və heç qonaqpərvər deyil. Bunu ora gedən Perseusa elə hissetdirir ki, Qaqaş hirsindən , gözləri ilə insanları daşa döndərən Meduzanın başını Atlasa göstərir və Atlas da dağa çönür. Deyirlər ki, bu gün Afrikanın şimal-qərbində yerləşən Atlas dağları, elə dağa çönən Atlasdır.
Qeyd: Xəritələrə "Atlas" deyilməsi, "Atlasın Dənizi"mənasını ifadə edən Atlantik okeanın adı əfsanədən bizə yadigardır.
Bundan başqa Atlasın əfsanəsi memarların da diqqətini çəkib və nəticədə bir çox tarixi binalarda bu titanı görə bilərik.
Mənbə: Yunan Mitleri -Robert Graves və bir neçə kitab, çünki Atlas bir çox dünya mifologiyasının üzvüdür, hərə bir cürə yorumlayıb, nəticədə adamın beynini tüstülədən bir çox əfsanəylə qarşılaşırsan. Biz də bir neçəsini sizlərlə paylaşdıq. Ətraflı bir yox bir neçə yazarın (başqa ölkələrin yazarlarını da daxil edin) kitabından bəhrələnin. Hələlik.
Şərhləriniz maraqlıdır.

пятница, 17 апреля 2020 г.
Pişiklər İlahəsi Bast
Misir mifologiyasının göz muncuğu olan Bast və ya Bastet sevinc, əyləncə, qadın gözəlliyi, bərəkət, ev ocağı və ən əsas da pişiklərin ilahəsi hesab edilir. Onu eyni zamanda yoluxucu xəstəlikdən, pis ruhlardan və müharibələrdən qoruyan ilahə kimi də tanıyırlar. RA-nın hakimiyyəti illərində RA-nın Gözü rolunu icra edirdi. Gözləri sarı, saçları isə qara rəngdədir. Bu obrazla ilk dəfə "Qırmızı Piramida" kitabında qarşılaşırıq. Kitabda o Maffin ləqəbi daşıyır və Sadienin pişiyi kimi özünü təqdim edir.
RA-nın köhnə köməkçisi Sehmet aqressivləşməyə başlayanda RA onu Bast ilə əvəz etmək qərarına gəlir...
RA göy üzünə çəkilmək məcburiyyətində qalanda Bastı Apofis ilə bağlayır və onları Duata göndərir. Burada onlar sonsuza kimi savaşmaq məcburiyyətindədirlər. Bast Apofisin hücumlarının qarşısını almağa çalışır, onun tilsimləri qırıb Duatdan qaçmaması üçün daim onunla mübarizə aparır. Uzun illər mübarizədən sonra Bast anlayır ki, sonsuza qədər (ikisindən biri ölməyənə kimi) burda qalmağa davam edəcək. Kitaba əsasən Djulius və Rubi Bastı azad edirlər.
Bast bizim qəhrəmanlarla necə tanış olur?
O, pişik obrazında Sadie ilə Bruklin evinə düşür. Ev hücuma məruz qalanda Bast öz əsl cildini alaraq uşaqları oradan qaçırmalı olur. Yolda onlara Əqrəblərin ilahəsi Serket hücum edir. O, uşaqlara qaçmaq əmr verir, özü isə onlara qaçmaq üçün mümkün qədər zaman qazandırmağa çalışır. Güclərinin tükəndiyini hiss edən Bast Duat vasitəsi ilə oradan canını qurtarmağı bacarır. Parisə gələrək Carter və Sadie-ni tapır.
Apofisin qəfəsini yoxlamaq məqsədi ilə Duata enən Bast qəfəsin zəiflədiyini və Apofisin oradan qaça biləcəyini anlayır. Yenidən Bruklin evinə qayıdır və düşmənlərə qarşı savaşda dostlarına yardım edir. Daha sonra isə Carter və Sadie RA-nı geri qaytardıqlarından sonra baş verən Tanrıların görüşündə iştirak edir.
Bast xarakter olaraq çox təmkinli biridir. Bast tam olaraq bir pişik kimidir. Məsələn, savaş anında ani olaraq savaşa qoşula və ya qaça bilər, gördüyü hər bir əşyanı özününkiləşdirməyi sevir. Eyni ilə pişiklər kimi. Lakin buna baxmayaraq Carter ve Sadie onun üçün çox dəyərlidirlər və onlar uğrunda hətta ölümsüz canından da keçər.
Misir təsvirlərində Bast pişik başlı əlində Sistrum musiqi aləti, ayaqlarının yanında isə 4 pişik balası kimi canlandırılıb. Bastın simvolu Sistrum musiqi alətidir.
Bastın iki siması var. Biri pişik başlı xoş niyyətli Bast, digəri isə şir başlı aqressiv Bast.
Çox vaxt Yunan mifologiyasında Artemidaya bənzədilirdi. Mifologiyaya əsasən Bastı oğlu Maxes hesab edilir.
Misirdə Basta xüsusi rəğbət var idi. Sahibkarlar ölən pişiklərinin şərəfinə qaşlarını qırxırdılar, yolda pişiyi təsadüfən ayaqlayan birini isə daşlayırdılar. Faraonlar Basta qurbanlar gətirirdi.
Məhşur tarixçi Heradot da öz yazılarında Bast həsr edilmiş ehramlardan bəhs edir.
четверг, 16 апреля 2020 г.
Narcissus mifik hekayəsi
"Narsis" sözünün həm Yunan, həm də Roma mifologiyasının vacib fiqurlarından olan "Narcissus"dan gəldiyini bilməyən yoxdur. Gəlin gözəlliyi və özünə olan heyranlığı ilə bilinən Narcissusun hekayəsini bir daha xatırlayaq.
Həyatında olan hər qadının qəlbini sındırmaq bacarığı nəhayət başına oyun açır. Necə? Başlasın əfsanə:
Dağ pərilərindən Echo bizim bu yaraşıqlıya aşiq olur, fəqət öz eşqini ifadə edə bilmir. Çünki, Echo heç vaxt özü danışa bilmirmiş. Ancaq uzaqdan kim nə deyirdisə, onun son kəlməsini təkrar edirmiş. Bir gün Narcissus dostlarını axtararkən "kimsə var burda?" deyə soruşur. Echo da "burada" deyə cavab verir. Narcissus "onda gəl" deyə cavab verir. Yazıq Echo da ümidlə "gəl" deyərək, ortaya çıxır. Amma özündənrazı Narcissus deyəsən Echonu bəyənmir (minnətin olsun!) və çıxıb gedir. Echo bərbad bir halda dağdakı mağaralara sığınır və belə deyir: "Arzu edirəm o da mənim kimi sevsin və sevdiyinə qovuşa bilməsin" (Amiiin)
Deməli hekayənin Roma versiyasına görə sonda Echo ağlını itirib yox olur. Ondan sadəcə əks -səda qalır. ( bildiniz exo kəlməsi də burdan qalıb). Bu hadisədən sonra cənab mükəmməlin işləri istədiyi kimi getmir, (Qızın ahı tutub, hara getsin) İntiqam ilahəsi Nemesis Narcissusu cəzalandırmaq üçün onu bir gölə getməsi üçün ovsunlayır. Bu göldə öz əksini görən Narcissus bu gözəlliyə vurulur amma bədbəxtin özünə vurulduğundan xəbəri olmur (ovsunlanıb da) Beləliklə Narcissus bir müddət sonra qarşılıqsız eşqin verdiyi iztirab ilə bu gün ən çox bilinən bir çiçəyə, Nərgiz gülünə çevrilir.
Digər bir versiyaya görə isə Narcissus dağlarda gəzərkən, yolunu azır və bir bulağa rast gəlir. Əyilib su içmək istəyəndə, öz əksini suda görür və ona vurulur. Əllərini bu gözəlliyə uzadır amma toxuna bilmir. Sevdiyini əldə edə bilməməyin nəticəsində də ölür. Pərilər orada, cəsədin yerində bir çiçək tapırlar: Nərgiz. O gündən bugünə Nərgiz gülü özünü bəyənmişliyin simvoludur.
Bəs bulağa nə oldu?
Meşə ilahələri görürlər ki, Narcissusun özünü görüb bəyəndiyi bulaq göz yaşı qabına çevrilib (ayə saa noldu?) İlahələr Bulaqdan niyə ağladığını soruşurlar. O da "Narcissusa görə ağlayıram" deyə cavab verir. İlahələr isə cavabında "biz hər gün onun arxasınca gəzməyimizə baxmayaraq, onun gözəlliyini yaxından bircə sən görə bildin!"
"Narcissus yaraşıqlı gənc idi?" deyə göl soruşur (Bə bulaq deyildi?) "Bunu səndən yaxşı bilən var?" deyə soruşurlar İlahələr. "Hər gün sənin sahilinə gəlib sularına baxırdı" Göl bir müddət səssiz qaldıqdan sonra belə cavab verdi: "Narcissus üçün ağlayıram amma onun yaraşıqlı olduğunu hiss etmədim. Narcissus üçün ağlayıram çünki, sularıma əyildiyi zaman gözlərinin dərinliklərində öz gözəlliyimin əksini görürdüm" (Wtf? admin error 404 not found, İlahələr şok djdjdsjd)
Bəzi mənbələrə görə isə göldə özünə baxmaqdan doymaz və özünü gölə atar və elə o göldə də boğulub ölür. (Ta nolde bı?)
Bu oğlana aşiq pərilər sevdikləri adamı sudan çıxarıb, dəfn etməyi düşünəndə sudan heç görmədikləri, bilmədikləri bir çiçək çıxmağa başlayır. Pərilər bu çiçəyi çox bəyənirlər və bu çiçəyə Nərgiz adını verirlər.
#Nərgizgülü #Gül #GüllərinMifikHekayələri #YunanMifologiyası #Narcissus #Pəri #Echo
Peony çiçəyi ve mifik hekayəsi
Peony, antik dövrdə əkilən bir bitkidir və dörd min ildən çox müddətdə çiçəklər arasında hökmdar mövqeyini qoruyub saxlamışdır. Bitkinin latınca adı Paeoniadır. Peony qədim zamanlarda Çində bir simvol idi və müxtəlif adlarla çağrılırdı: "Sərvət və şərəf çiçəyi", "Kral çiçəkləri". Yaponiyada isə ona "Yüz çiçəklərin kralı"və ya "Çiçəklərin tanrısı" deyilirdi.
İndi keçid alaq bu gözəl çiçəyin əfsanəsinə.
Bir gün Apollon gözəllər gözəli su pərisi olan Paeoniyaya vurulur. Bu hadisə gözəllik ilahəsi Afroditanı çilədən çıxardır və qısqanclıq zəminində gözəl pərini çəhrayı paeoniaya döndərir. Niyə məhz çəhrayì? Gözünə döndüyüm Afrodita Apollanla Su pərisini bir yerdə tutur və o an Pərinin yanaqları utancından çəhrayı rəngdə idi.... Ona görə də Paeoniya çiçəkləri bu gün də utanmanı təmsil edir.
#MifolojiHekayələr #YunanMifologiyası #Afrodita #Apollon #GüllərinMifikHekayələri #Paeonia #Peonyçiçəyi
Çiçəyin tarixi haqqında məlumat: Art Senses blogundandır.
Anemone çiçəyi və onun mifik hekayəsi
Gözəllik İlahəsi Afrodita yaraşıqlı Adonisə vurulur. Bu cavan isə Afroditadan çox ovçuluğa meyil salır. Beynində ancaq ov etmək var. Buna baxmayaraq sadəcə onu görmək ùçün Afrodita hər gün meşəyə gələrmiş. Amma və lakin bir İlahənin bir ölümlünü sevməsi lənətli olur, bax elə Adonis də bu lənətin qurbanı olur. Yetim ova gedərkən bir qaban tərəfindən öldürülür. Adonisin ölümü qarşısında sarsılan Afrodita, cəsədi qucaqlayìb ağlamağa başlayır və torpağa dùşən gözyaşlarından qırmızı Anemone çiçəyi bitir. Bu əfsanəyə görə Anemone gülləri bu gün də qarşılıqsız sevgini təmsil edir.
#MifikHekayələr #Əfsanələr #YunanMifologiyası #Gül #GüllərinMifikHekayələri #Anemoneçiçəyi #Anemon #Afrodita #Adonis
среда, 15 апреля 2020 г.
Qızılgülün mifalojik hekayəsi
Qızılgül çiçəklərin kraliçasıdır. Yunan mifologiyasına görə CHLORİS adlı çiçək İlahəsi tərəfindən yaradılmışdır. Deməli bir gün həmən bu İlahə meşədə ölü meşə pərisi tapır və onu bir çiçəyə döndərir. Eşq İlahəsi Afroditanı və şərab Tanrısı Dionisi dəvət edir ki, hər biri çiçəyə bir hədiyyə versin. Afroditin hədiyyəsi gözəllik, Dionis isə ətri xoş olsun deyə nektar verir. Qərb külək tanrısı Zephirus buludları qovur, günəş tanrısı Apollon isə çiçəyin pardaqlanaraq açılmasını təmin edir. Beləliklə də "çiçəklərin kraliçası" doğulmuş olur.
#Qızılgül #Gül #Mifalojihekayələr #Rose #Apollon #Afrodita #Chloris #Yunanmifologiyası
понедельник, 13 апреля 2020 г.
Thanatos -Ölüm Tanrısı
Yuxu Tanrısı Hipnozun əkizi olan Thanatos ölüm Tanrısıdır amma daha çox əcəlin simvollaşdırılmış halıdır. Belə ki, Thanatos gedib kiminsə canını almır və ya hər hansı bir cinayətdə barmağı yoxdur. O işləri bunun qana susamış bacıları olan Kereslər, məhvətmə işlərinə baxan ilahələr və ya daimonlar yərinə yetirir.
Əfsanəyə görə kral Sisyphosu Tartarosa zəncirləmək işini Zevs Thanatosa tapşırır. Bic kral Thanatosu aldadır və elə olur ki, Ölüm Tanrısı özü-özünü zəncirləyir. Həəə, Ölüm Tanrısıda zəncirli olduğuna görə dünyada heç bir ölüm hadisəsi baş vermir. Bu burda zəncirdədi amma bundan xəbərsiz müharibədə iştirak edən Ares görür ki, bu nədi əəə heç kim ölmür ki, sabahdan qırıram yenə də vəziyyət eynidi. Birdən buna temanı danışırlar, bu da bir başa gedir Tartarosa, Thanatosu xilas edir( ə bə qardaş niyə demirdin hııı) və başı batmış kralı da tutub Tanrıya təhvil verir, ancaq yenə fırıldaq işlədən Sisyphos araya Ölülər Ölkəsinin Kraliçəsi olan Persephoneyi qoyaraq deyir ki, ölən arvadım üçün mərasim keçirtməmişəm, xahiş ədirəm icazə verin, əlqərəz Thanatosdan icazəni alır və beləcə ölümün əlindən ikinci dəfə qaçır.
Thanatos dəyişdirilməyəcək taleyi təmsil edir. Bu qayda da sadəcə bir dəfə o da əfsanəvi qəhrəman Herakl tərəfindən pozulmuşdur. Nağarır ki, deməli bizim bu Tanrımız kral Admetosun arvadı Alkestisin ölümünü bildirmək üçùn saraya gəlir. Tərs kimi də Herakl kralın qonağı olur həmən gün (bəxt yaxşı şeydi)Nəysə Herakl bunu görən kimi üzərinə hoppanıb yerə yıxır, mükafat olaraq da Alkestisin yaşamaq haqqını qazanır.
Thanatosun simvolları: Theta hərfi, xaşxaş çiçəyi, qılınc, tərs məşəl və maraqlısı kəpənək (Ölüm Tanrısına yaraşır elə) Niyə kəpənək? Deməli yunanca "ruh" mənasına gələn "psykhe" eyni zamanda kəpənək mənasını da ifadə edir. Səbəb budur.
Thanatos çox vaxt əkizi Hipnoz ilə birlikdə, qoca və saqqallı olaraq, eyni zamanda əlində xaşxaş çiçəyi və ya kəpənək tutmuş gənc oğlan kimi də təsvir edilir.
Bəs niyə bu qardaşlar məşəli tərsinə tuturlar?
Tərs tutulmuş məşəl sönüb getmiş bir ömrü ifadə edir. (Kimsə soruşsa heç xəbərim yoxmuş kimi baxacam ey sifətlərinə)
Hər iki qardaş qanadlı təsvir edilir. Bundan başqa Thanatosun Roma mifologiyasında qarşılığı Morsdur (ölüm). Bəzi "Hz.İsanın çarmıxa çəkilişi" səhnələrində Mors xaçın dibində, ayaqüstdə duranlardan biri kimi göstərilir.
#Mifalogiya #Tanatos #ÖlümTanrısı #Yunanamifologiyası

воскресенье, 12 апреля 2020 г.
Yunan Yuxu İlahı - Hypnos
Hypnos Yunan mifologiyasında yuxu tanrısı və ya daimondur. Yer altında, əbədi qaranlığın hökm etdiyi Erobosda yaşayır, belə ki, mağaraya bənzəyən sarayının girişi- xaşxaş çiçəyi və ya başqa yuxu gətirən çiçəklərlə bəzənmişdir. Hypnos qıcırtı səsini eşidib oyanmasın deyə, sarayın içində və çölündə heç bir qapı olmazmış. Yuxu daimonlarının lideri MORPHEUS loru dildə desək Hıpnosun xidmətçisidir və sarayda səs olmaması üçün tədbirlər görür. Bəzi mənbələrə görə unutqanlıq çayı olan Lethe Hipnosun mağarasından keçib Ölülər ölkəsinə axırmış.
Hər gecə anası NYXlə(gecə ilahəsidir) birlikdə göyə qalxır. Ölüm tanrısı THANATOS da HYPNOSUN əkiz qardaşıdır, buna görə də çox vaxt ikisi birlikdə yada salınır ya da təsvir edilir. ONEİROİ adı verilən qara qanadlı yuxu daimonları isə HYPNOSUN ya qardaşlarıdır, ya da uşaqları (oğlan uşaqlarıdır).
Kürəyində və ya gicgahlarında qanad olan, gənc oğlan kimi təsvir edilən HYPNOS, ümumiyyətlə əlində simvolu olan Xaşxaş gülünün gövdəsi və ya ucunda unutqanlıq çayı olan LETHENİN sularını damcılayan budaq, bəzən isə bir məşəli tərs tutduğu tərzdə göstərilir. Mifalogiyada ona aid demək olar ki, heç bir əfsanə yoxdur (yatmaqdan vaxt tapmayıb yəqin) sadəcə xatırlayırsınızsa Endimion sonsuz yuxu istəmişdi, bax bu hekayədə Endimiona gözləri açıq şəkildə yatmaq bacarığını HYPNOS bəxş etmişdi yaraşıqlı çobana.
Bir də Hypnos bir dəfə qələt edib Heraya kömək edir. Köməkdə ondan ibarətdir ki, yetim Zevsi yatızdırır və təbii ki, Hera da qəşəngcə Heraklın başına oyun açır. Zevs də yuxudan durub vəziyyəti dərk edəndə Hypnosun üstünə ildırım yağdırmağa başlayır. Bədbəxt də qorxusundan anasì NYXsin yanına qaçır. Zevsdə NYXdən çəkindiyi üçün(qorxduğu) hirsini içinə atır.
Bir də (ta noldu admin) bir qabın üzərindəki şəklə əsasən görürük ki, Hipnoz Zevsin qu quşu licminə girib yoldan çıxartdığı Ledanın üzərinə Lethenin sularından damcıladıb onu yatızdırır. (Nc nc nc)
Roma mifologiyasında isə Yuxu İlahına Somnus və ya Sopor adı vermişdilər.

четверг, 9 апреля 2020 г.
Üç Tale İlahələri
"Ey böyük Tanrı Apollon, hüzuruna gəldim ki, səndən taleyimi öyrənim. De görüm nədir? Günahım, Cəzam və ya Gələcəyim?"
İnsanlar daima gələcəklərini öyrənmək istəyirlər bəzən Yonas kimi oturduğu yerdə bir zaman boşluğu tapırlar, bəzən də karantin günlərində oturub ağlayım bəxtimə deyirlər, hətta bəxt paylananda hardaydım görəsən? deyənlər də olur. Məhz elə bu məqsədlə Dark serialının beyin yandırıcı seriyasından sonra qərara gəldim ki, Üç Tale İlahələrindən danışım.
Bəzi qaynaqlarda Niksin uşaqları, bəzilərində hansısa Titanın qızları, bəzilərində isə dünya yaranandan var olanlar kimi qələmə alınan Üç Tale İlahələri yəni Moiralar ( bəzən Mire və ya Fatalar kimi də yazılır). Roma mifologiyasında isə bu üçlüyə Parcae deyilir və onlar -"Mərhəmətlilər" kimi də tanınırlar - insanların talelərini idarə etməklə məşğuldurlar.
Mirelərdən heç kim hətta Zevs də canını qurtara bilməz. (Persi Ceksonda bunu görürük) Onlar yaradılışdan əbədiyyətə qədər mövcud olacaqlar. Yunan mifologiyasına görə adları Lachesis, Clotho, Atroposdur. Roma mifologiyasına görə isə Nona, Decima, Morta adları ilə bilinirlər.
CLOTHO - insanın indiki həyatını təmsil edir. Belə ki, cəhrə qarşısında ipi əyirir. Cəhrəni fırlatdıqca qərarlar alır. O qərarlar həmişə anlıq olur. O atası tərəfindən öldürülən Peopsu həyata dündürmüşdür. burdan da görünür ki, Alın yazısı insanlara həmişə diz çökdürmür.(Yalansa ipiniz qırılsın )Belə ki, Clotho ehtimalların da tanrıçası və ya ilahəsi sayılır, çünki insan olacağına milyon faiz inandığı şeyin reallaşmaması ehtimalını nəzərdə saxlayaraq, ümidi tapmışdı. (Yəni hər şeyi çox da şey etməyin :D)
LACHESİS - insanın keçmişdə yaşadıqlarını təmsil edir, belə ki, insanın keçmişdə etdikləri şeylər gələcəkdə qarşılaşacağı nəticələrdir ( a tövbə nəsə başa düşdümsə) . Öz əsası ilə həyat ipini idarə edir, hesablamaları ilə alın yazılarını yazır və insanlara paylarını bəxş edir. Lakhesis- sərt və qərarlıdır. İnsanlar ona boyun əyirlər.
ATROPOS- insanın həyatında qaçabilmədiyi,yaşamalı olduğu şeyləri təmsil edir, yəni ölümü. İpi kəsir. Yunanlılarda ölüm pis qarşılanmaz ( yəni keçmişdə, indidən xəbərim yoxdu) çünki, onlara görə ən pis şey dünyaya gəlmək, ən yaxşı şey isə dünyadan köçməkmiş ( vallah mən də razıyam bu fikirlə)
Homer öz əsərində Moiradan belə danışır:
...Klotho, Lakhesis, Atropos ilahələr
Ki müdrik Zevs də onlara vermişdi böyük üstünlük
Ki onlar verir insanlara sadəcə
Xoşbəxt və ya Faciə dolu həyat paylarını
Hə bir də bu üçlünü ayın dövrləri kimi də simvollaşdırıblar ( məncədə suyunu çıxartdılar)
Hilal, Bədrlənmiş, Balzamic ay - Bakirə, ana və qocaqarı kimi təsvir edilirlər.
Qısaca Bir insan doğulan kimi Mirelər iş başına keçirlər və o insanın ipini əyirib hörməyə başlayırlar və günü çatanda da o ipi kəsirlər. Burdan da görünür ki, Mireler insanın həyat ipindən məsuliyyətlidirlər.
"Bitdi ömür yumağı, elə o andaca" ( İliadadan bir stat)

вторник, 7 апреля 2020 г.
Selena Ay İlahəsi
Bu gün sizlərə uşaqkən baxmaqdan doymadığımız, şəkillərini almaqdan yorulmadığımız, uğruna dərsdən qaçdığımız bir animenin baş qəhrəmanı olan və mifologiyadan bəhrələnərək yazılan Usagi Tsukino və Mamoru, yəni Selena (Ay ilahəsi) və Endimion haqqında yazacağam.
Selena (yunanca "ay", Romaca "Luna") Yunan mifologiyasında Ay ilahəsidir. Hyperion və Theia adlı Titanların qızıdır. Zevsdən də Pandia adında qızları olmuşdur.
Ay ilahəsinin həmişə öhdəlikləri çox və bir o qədər də çətin olmuşdur. İllər keçdikcə mifologiyada Selenanın yerini Artemida almağa başlamışdır., ona görə də bəzi yazarlar onu Artemida kimi təsvir etmiş, hətta Zevslə Pallasın qızı olduğunu qeyd etmişdilər.
Soyağaclarına baxanda ( gör aa soyağacı) görürük ki, Helios yəni günəş Selenanın qardaşıdır. Helios dünya üzərində dövr edib, işini qurtardıqdan sonra Selena iş başına keçirdi. Bununla yanaşı Şəfəq Tanrısı EOS da Selenanın qardaşıydı.
Sənət əsərlərində, heykəllərdə Ay ilahəsi Selena at və ya öküz tərəfindən aparılan gümüşdən hərb arabasının üzərində, solğun üzlü gözəl bir qadın kimi təsvir edilir. Başında yarım bir ay və əlində də bir məşəl də görünür. ( Animedən də bəlli olduğu kimi : Ayın sehirli gücü, güc ver mənəə....... ah..ah) Başındakı ay tacı öküzün buynuzuna oxşadığı üçün də ona " Öküz Buynuzlu Selena" deyirlərmiş (qoymağa ləqəb tapmadılar?) İlahəmiz o qədər gözəl olur ki, Zevsdə ona aşiq olur və Pandia adında qızları olur ( Bəs Çibuyzaaaa 😭) Pandianı Yarım ay kimi təsvir edirlər.
Roma mifologiyasında isə Selenanın adı Lunadır. Aventinustəpəsində bir məbədi olsa da haqqında bir əfsanə olmadığına görə vaxt keçdikcə İlahə Diana ilə birləşdirilmişdir.
Bir dənə də məlumat verim mənə də maraqlı oldu. Deməli bizim Selenamız Pandoradan çıxan axırıncı şeyi, yəni ümidi qorumaqla vəzifələndirilmişdir və kömək üçün özünə dünyadan qızlar seçərmiş ( animeni yadınıza salın burda 💙💚💛💗) Bu qızlar da dünyadakı insanları şərdən və xəstəliklərdən qoruyurdular. ( Merkurinin gücü, Marsın gücü, Veneranın gücü, Yupiterin gücüüüü, Usagiiiiiii-animedən xarakterlərdi, ciddi qəbul etməyin hu ha ha ha)
Yaxşı bizim bir də vurulduğuumuz Endimiyon vardı. Yaraşıqlı şəhzadə, o da mifoloji obrazdır? Bəli
Bəli amma bizim zənn etdiyimizlə, mifoloji obrazın arasında uçurum var. Necə? yazım da
Qeyd edək ki, xanımın bir çox,hətta aralarında Pan da var, sevgilisi olmuşdur amma bunlardan ən unudulmazı və dillərə dastan olanı Endimionla arasındakı eşqmiş. Endimion və ya Endymion bizim zənn etdiyimiz kimi dünyanın şəhzadəsi deyilmiş,Əfsanəyə görə Beşbarmaq dağında, qavalçalıb qoyunları otaran bir çobanmış. Dastanlara yerləşməyən eşq də elə bu dağlarda yaşanıb. ( eh a dağlar sizə.....;) ) Dağların arasında əks -səda verən qavalı,ən böyük dostu və sirdaşıymış. Bu Beşbarmaq dağının ən zirvəsində yaşayan bədbəxti Ay ilahəsindən başqa heç kim görmürmüş. Selena da hər axşam bu oğlana baxa -baxa aşiq olur. (iş yox, güc yox) Bütün gümüşü şəfəqlərini üstünə sərdiyi Endimion da Selenaya vurulur. Selena bəzi gecələr Endimionun yanında çox qalar, bəzən tez gedər, bəzən də qaranlığa qarışarmış. Ən nəhayət iki sevgili qovuşur və 18 + səhnəsi yaşanır. İndi mifologiyadı da suyunu çıxartmalıdırlar ya yox. Deməli bəzi qaynaqlara görə bu ikilinin 50 qızı olur ( bıy evin yıxılsın ) və bütün Olimplilər bu bitməyən eşqi qısqanmağa başlayırlar, bir nəfərin isə Zevs təbii ki, beyni çönür. Bir ölümlü ilə ölümsüzün birlikdə olmaqlarını qəbul etmir ta ki. Endimion onun hüzuruna çıxana qədər. Onda görür ki, bu həqiqətən saf niyyətli bir gəncdir və həqiqətən Selenanı sevir, onda onun da bu gözəl eşqdən xoşu gəlməyə başlayır və deyir ki, Beşbarmaq dağının çobanı Endimion məndən nə istəsən, sənə hədiyyə edəcəyəm. Bunu şeirlə ifadə edirlər ( Aldı əlinə sazı görək nə deyir )
Endimion sonsuz bir yuxu ilə ölümsüzlük istəyir ( Nə bilim ey, beynində nə əksikdi?)
Amma sevgisi heç vaxt itməsin, daimi olsun istəyir
Böyük Zevs arzunu qəbul edir
İgidə gözəllik və sonsuz yuxu bəxş edir
Selena hər gecə işıq saça -saça
Mağaraya gəlsə də
Endimion artıq sonsuz yuxuda
Açmır gözlərini, gəlsə də Selena
Zənn etməyin ki, bitər eşqləri
Əksinə bu əlaqə sonsuza qədər davam edir
və Selenanın bu çobandan
olur əlli iki övladı.
Qısa məlumat: Deyilənə görə Selenyum kimyəvi elementin adını Ay İlahəsinin adından götürülüb. Bu element yananda ətrafına parlaq işıq saçırmış.
Bir də bu eşqin meyvələrindən biri olan Naksos kral olur və Egeydə bəyəndiyi bir adaya yerləşir və adaya öz adını verir.
Gedin SailorMoon animesinə baxın ( ən vacibi bu idi)
Admin bəs mənbə: Hesiodos- Tanrıların doğuşu
C.Canan Küçükeren -Karia Əfsanələri
Hələlik Harpyalara diqqətedin.

воскресенье, 5 апреля 2020 г.
KHARON - ÖLÜLƏRİN QAYIQÇISI
Salam mələzlər, bu karantin günlərində ümid edirəm hamı yaxşıdır. Vaxtımız az olduğuna görə birbaşa mövzuya keçid alırıq.
Yunan mifologiyasına görə ( niyə hər dəfə vurğulayıram yunan mifologiyası, çünki hadisələr Roma mifologiyasında bir az fərqlidir) qayıqçı Kharonın belə bir vəzifəsi var, ölülərin ruhlarını Stiks çayından keçirdib yer altındakı Ölülər ölkəsinə aparır. Və ölülərdən bəzilərini qayığa mindirir, bəzilərini isə nə qədər yalvarsalar da vecinə də almayaraq sahildə qoyub yoluna davam edirmiş. Kharonun sahildə tərk etdiyi ölülərə gəlincə sən demə bu yetimlərə o biri dünyada dini mərasimlər keçirtməyiblər, ona görə də onlar sahildə qalmağa məcbur olurlar. Bunlar yer altı Tanrısı Aidin tabeçiliyinə keçməmişdən əvvəl 100 il əzab çəkir və boşluqda gəzirlərmiş. ( Özüm ölüm öləndə də sürünürsən də )
Dantenin "İlahi Komediya"sında Kharon haqqında belə söhbət açılır:
Xaron Acheron çayında insanları daşıyır ( noldu bə Stiks idi, çaylar bir yerdən sonra qovuşur). Acheron çayının sahilləri cəhənnəmə girişdir. Mifoloji varlıq Xaron ölüləri cəhənnəmə daşıyır. Sahildə isə həyatdaykən yaxşı ilə pis arasında seçim etməyənlər qalır. Onlar hələ də həqiqi cəhənnəmdə deyillər ancaq bu bölgədə sonsuza qədər həbs olunmuş, dəlilər kimi ətrafda fırlanan, eşşək arıları tərəfindən sancılan, bəzi böcəklər tərəfindən qanları əmilənlərdir. Dante, Virgilin rəhbərliyində cəhənnəmdəki Acheronun sahilinə gəlir amma Xaron onu çaydan keçirtmir.
Bəzi mənbələrə görə isə Ölülər ölkəsi Aidin olduğu bölgə çox dəhşətli təsvir edilir. Ölülərin ora keçməsi çox çətindir. Belə ki, ölüləri Stiks çayından keçirdən bir qayıqçı var. Həmən qayıqçı da ölülərdən pul alırmış, digər tərəfə keçirtmək üçün ( Kərəmi belə yerdə ağlamaq tutur). Bunu görə ölülərin ağzına bir obolos( mənasını bilmirəm) qəpik qoyulurdu. Zalım Xaron pul verməyənləri sahildə qoyarmış. Orada qalan ruhlar isə 100 il havada gəzirlərmiş.
Xristianlığın yayıldığı ilk dövrlərdə bu əfsanə o qədər təsiredici olmuşdur ki, insanlar ölüləri üçün mağaralarda dini mərasimlər keçirdir, hətta məzarlarına dəyərli əşyalar da qoyarlarmış. Yunanlılar isə dəfn zamanı ölüylə birlikdə hədiyyə pulu deyilən bir qabı da məzara qoymağı ənənə halına gətirmişdilər. Qabın içərisində də 10 -15 qəpik pul olarmış.
суббота, 4 апреля 2020 г.
Aidin 5 çayı
Salam əziz mələzlər. Bu gün nə yazaq ki, kitabları oxuyarkən beyninizdə sual işarəsi qalmasın dedik və birdən başımıza oyun açan Styx çayı düşdü. Qərara gəldik ki, Aidin məkanında axan 5 çaydan danışaq.
LETHE çayı (Unutqanlıq): Yunan mifologiyasında yerin altında axan çaylardan biridir. Bu çaydan içən kölgələr (ölülərin ruhları) dünyada yaşadıqları fani həyatlarına aid hər şeyi unudurlar. Bəli bu çay UNUTQANLIQ çayıdır.
Bir də Erisin qızı Naiad pərisi ( su pərisidir) olan Lethe var. Bu pəri də unutqanlığın simvollaşdırılmış halıdır amma yaddan çıxartmayın Lethe çayı başqa, pəri başqadır.
Lethe çayından məşhur Dantenin "İlahi komediya"sında da söhbət açılır. Qısaca Dante Arafda olarkən orda bir çaya adını vermişdir, hər kim o sudan içərsə hər şeyi yadından çıxardarmış.
AAA bir də Dark Tranquillity metal qrupu da Lethe adlı musiqilərində mifalogiyadan bəhrələnmişdirlər.
MNEMOSYNE : bu çay haqqında qeyd edilib ki, yer altında axmasına baxmayaraq Aidin 5 çayı arasına daxil edilməyib. ( Niyəsini bilsəniz yazarsınız 😉)
Bu çay da digərləri kimi yerin altında axır amma Lethenin əksinə olaraq bu çaydan içənlər ( bunlar reenkarnasyon olmağa hazırlaşan ölülərdir) keçmiş həyatlarına aid hər şeyi xatırlayırlar.
Gəlin sizə bir dənə də olmazsa olmaz bir əfsanə də paylaşaq:
Deməli Mnemosyne Yunan mifologiyasında Yaddaşın təcəssümü olan Titan tanrıçadır, Geya ilə Uranın qızı. Bu Zevsi sevirmiş. Günlərin bir günü bu tanrıça eləmə təmbəllik özünü yaraşıqlı çoban licminə salır və Zevslə 9 gün 9 gecə bərabər olur ( Niyə çoban? Tanrıların zövqünə beynim reaksiya verə bilmir artıq) Bu bərabərlikdən də ilham pəriləri kimi tanınan 9 qızları dünyaya gəlir:
1. Calliope - Şeir
2. Clio - Tarix
3. Erato - Eşq şeiri
4. Euterpe - Musiqi
5. Melpomene -Tragediya
6. Polyhymnia - İlahi
7.Terpsikhore -Rəqs
8. Thalia - Komediya
9. Urania - Astronomiya
STİKS çayı(nifrətin çayı) - of of başımızın bəlası, həyatımızı alt-üst edən kahinlərlə bu çay kitabı oxuyarkən nəfəsimizi kəsdi. Nəysə qayıdaq əsas məsələyə
Stiks və ya Styks, Styx çayı yunancadan CƏHƏNNƏM daha çox NİFRƏT çayı kimi tərcümə olunur.
Okeanos ilə Tethysin qızı bir Nimfadır və ölülər ölkəsinə bir çay olmuşdur. Tanrılar onun adına and içirlər. Amma bu and elə -belə bir şey deyil. Belə ki, bu andı poza bilməzsən, geri döndərə bilməzssən. İçdiyi anddan üz döndərən hər hansı bir tanrı bir il ərzində nektar və ambrosiadan faydalana bilmir ( bunlar olduqca önəmli qidalardır, gələcəkdə xəbər edəcəyik) və doqquz il ərzində tanrılar arasından qovulurlar.
Stiks çayına girənlər məğlubedilməz olurlar, yəni bədəni dəmir kimi olur və heç kim o adama zərər verə bilmir. Yaddan çıxartmayaq ki, məğlubedilməz ilə ölümsüzlük fərqlidir. Yunan tanrılarına görə onlar çox üstün varlıqlardır. Buna görə də heç kim (özlərindən başqa) ölümsüz ola bilməzdi. Buna görə də Stiks çayına girənlərin bədənlərində sadəcə bir nöqtə mühafizəsiz qalır. Təxmin edin 😀
Stiks mifoloji hekayələrində üstünə and içilən bir çay olaraq bilinsə də Axillesin hekayəsində tema fərqlidir. Anası Thetis Aşili məğlubedilməz etmək üçün onu uşaqkən Ölülər ölkəsində olan Stiks çayına salır ancaq topuğundan tutduğuna görə ora su dəymir nəticədə topuq hissəsi Aşilin tək zəyif nöqtəsi olur.
(Stiks çayında Xaron- haqqında məlumat yazacağıq)
KOKİTOS (iniltilər) çayı: Yunan mifologiyasında Aidin 5 çayından biridir. Eyni zamanda Dantenin yazdığı "İlahi komediya"sındakı "İNFERNO" hissəsində keçən, cəhənnəmin ən alq qatı qısaca dibidir. Xəyanət edənlər və vəfasızların getdiyi yerdir.
(İnfernodan bir görüntü)
ACHERON və ya AXERON Əntiq mifologiyanın yer altı dünyasının, cəhənnəmin çayıdır. Eyni zamanda Akherus bataqlığından çıxan və İonia (Yunan) dənizinə tökülən qətranlı bir çaya verilən addır.
Acheron bir cəhənnəm, fəryad çayıdır. Kədər bulağıdır, Aidin 5 çayınıdan biridir.
Sonrakı dövr əfsanələrə görə Acheron Titanlar Zevs ilə döyüşəndə, Titanlara su daşıyırdı və buna görə də Zevs və Olimplilər qələbə çalanda onu bir çaya döndərirlər.
PYRIPHLEGETHON (alov) çayı: Alov və ya Flegeton ( alovlanıb yanan) çay mənasındadır. Platon bu çayı "dünyanın ətrafında axan və Tartarusun dərinliklərinə tökülən alovdan bir bulaq" kimi təsvir etmişdir.
Stiks çayına paralel uzanır. Rəvayətə görə Stiks Flegetona vurulubmuş ( heç olmazsa çaylar farağat dursun da ncncn) ancaq onun eşqiylə yanıb kül oldu və Aidə göndərildi. Sonda da Aid Stiksə icazə verəndən sonra çaylar qovuşdu.
Göydən kəhanət düşdü: biri sizin payınıza, biri də Komanda Leonun payına. Hələlik.

пятница, 3 апреля 2020 г.
Yasonun Səyahətnaməsi
Bu gün isə sizə başlıqdan da göründüyü kimi krallığını qaytarmaq üçün yola çıxan Yasonun qısaca səyahətnaməsindən söhbət açacağıq. Çayınızı, çörəyinizi götürün başlayın oxumağa 😆
Deməli mənbələrə görə Yason uşaqkən ögey əmisi Pelias atası Aisonu öldürür, digər mənbələrə görə qocalıb ölür, hər iki halda əmisi taxta sahib olur. Aradan illər keçir Yason böyüyür və haqqı olan hakimiyyəti geri istəyir. Gözünə döndüyüm əmisi də ondan Kolxisə gedib Phriksosun ora qoyduğu "Qızıl Qoçun Dərisi"ni gətirməyini istəyir. Yason da bu səfərə çıxmağa məcbur olur. Gedib Yunanıstanda məşhur döyüşçüləri bir araya toplayır, Arqusun düzəltdiyi Arqo gəmisinə minərək yola çıxırlar. ( bu haqqda keçən məqalədə məlumat vermişdik).
Bəs bu məşhur "Qızıl Qoç dərisi" nə temadı?
Əfsanəyə görə Athamasın uşaqları Phriksos ilə Helley qızıl dərili qanadlı qoçun üzərində Yunanıstandan Qaradənizdəki Kolxis ölkəsinə qaçırlar ( Niyə? Bilmirəm :D). Helle Çanaqqaladan (Hellespontos) keçərkən dənizə düşüb, heç nə olmamış kimi yoluna davam edən Phriksos isə Kolxisə çatır. Sağ -salamat çatdığı üçün də qoçu Zevsə qurban kəsir və dərisini də ona yaxşı davranan Aitesə verir. Aites də dərini Aresə həsr olunmuş meşədə qorumağa başlayır.
Bə Səyahətnamə?
Deməli 55 nəfər Arqo gəmisi ilə yola düşürlər. Düşməmişdən əvvəl də Apollona qurban kəsirlər ( bunlar da bizi keçiblər :D) Kahin İdmon da deyir: "Qardaşlar səfərimiz yaxşı keçəcək, hamı geri qayıdacaq məndən başqa, mən bu səyahətdə öləcəyəm."(İçində saxla da adama deyərlər)
Birinci Lemnos adasına çatırlar. Bu adadakı qadınlar ərlərinə öldürdüklərinə görə 55 nəfərlik kişilərdən ibarət heyəti görəndə......başa düşdünüz 💕. Sonra adadakı qadınlar onların uşaqlarını dünyaya gətirdilər.
Semendirek, KYZİKOS: Çanaqqalaya daxil olmazdan əvvəl Semendirek adasına çatırlar və Orfeusun məsləhətlərinə qulaq asaraq adadakı bəzi sirrləri öyrənirlər. Ordan da Mərmərə dənizinə keçirlər , buradakı Kyzikos kralı Kyzikosu Delionlar səhvliklə öldürürlər. (Hətta Game of Thronesda, belə qələt eləməmişdilər, səhvliklə nədi ala...)
Mysiada Hylasın itməsi: Mysia sahillərinə çatanda Herakl qırılmış belini düzəltmək üçün meşəyə gedir, yanında da xətrini çox istədiyi Hylası aparır. Bu cavanı şirin su axtarmağa göndərirlər. Herakl da görür ki, yetimdən səs çıxmır gedir onu axtarmağa. Axşamüstü gəmidəkilər bu ikisindən səs çıxmayanda onları adada qoyub yollarına davam edirlər. (heşzad)
AMYKOS, PHINEUS: Khalkedona (Kadıköy) yerləşən div Amykosa Polydeukes qalib gəldikdən sonra fırtına Arqo gəmisini Trakya sahillərinə gətirib çıxardır. Orda Poseydonun oğlu kor kral Phineusa rast gəlirlər. Bu bədbəxt kral Harpyaların lənətinə tuş gəlib. Qadın sifətli qanadlı canavarlar olan Harpyalara Külək İlahı Boreasın övladları Kalais və Zetes qalib gəlirlər və onları qovurlar. Bunun qarşılığında da Phineus Arqonavtlara qarşılaşacaqları təhlükələrdən necə xilas olacaqlarını deyir. (adama deyərlər, özünə umac ova bilmir, başqasına əriştə kəsən çıxmısan?)
Toqquşan qayalar: Balaca vaxtı filmin bu hissəsində nəfəsimi tutmuşdum, göyərçin temasını onda da anlamamışdım, nə yalan danışım indi də :D. Bu nə məsələdir. Deməli dənizin ortasında bombastik bir mənzərə. Gəmiylə bu qayaların arasından keçəndə qayalar başlayır bir -birinə tərəf hərəkət etməyə və nəhayətdə qayalar toqquşur və gəmi lipoşka olur. Bu qayalara Mavi qayalar da deyirlərmiş. Bu müqəddəs məlumatı kor kral Phineus Arqonavtlara deyir. Bunlar da deyir : Ayə bə biz nağarajıx?. Phineus da deyir: "Bir göyərçin uçurdun, əgər göyərçin sağ-salamat keçirsə, siz də keçin. Yoxsa Yunanıstana geri qayıdın." Arqonavtlar məsləhətə qulaq asırlar və göyərçin quyruğundan bir -iki tük əksik olmaqla qayaların arasından keçir, eyni hadisə arqo gəmisinin də başına gəlir, yəni salamat keçirlər sadəcə gəminin arxa hissəsi bir az zədələnir. Və bu hadisədən sonra Toqquşan qayalar bir də heç vaxt birləşmirlər.
Amazonlar və Kolxis: ilk dayanacaq Maryandynlərin ölkəsidir. Kral Lykos çox qonaqpərvər olur, lakin çıxdıqları qaban ovunda kahin İdmon və sükançı Tifus ölürlər.(Guya özündən başqa hamı sağ qalacaqdı pöffff) Arqonavtlar sonra Amozonlar ölkəsinə oradan da Qafqaz dağlarının göründüyü sahillərdən keçərək Kolxisə çatırlar. (Şükür ;) )
Medeya: Deməli Arqonavtlar Qızıl Qoç dərisini almaq üçün kral Aietesin qarşısına çıxırlar. Elə bu vaxt kralın qızı Medeya Yasona bir könüldən min könülə aşiq olur. Güclü bir cadugər olan Medeya Arqonavtların bütün işlərini əlinə alır və istədiyi kimi idarə edir. bu burda qalsın görək kral nə hoqqa çıxardacaq? Həəə Kralımız dərini verməyə razıdır, amma ( əmma olmasaydı heyrətlənərdim :D ) Yason bir Əjdahanı öldürməli və alov fınxıran tunc ayaqlı iki öküzlə yeri şumlamalı və əjdahanın dişlərini toxum kimi əkməlidir. Bədbəxt də razılaşır. Burda Medeya işə qarışır. Deyir Yason əzizim əgər mənimlə evlənsən, bu işdə sənə kömək edərəm. Əlqərəz sevgilisinə bədəninə sürtməsi üçün sehrli bir məlhəm hazırlayır. Bu məlhəm bədəndə olanda bir gün ərzində bədənə silah, alov və s şeylər təsir etmir, hə bir də ölmürsən. Bunu da qeyd edir ki, dişləri əkdikdən sonra yerdən silahlı adamlar bitəcək, əgər aralarına daş atsan bir -birilərini öldürəcəklər. Medeyanın dediyi kimi edən Yason günün sonunda qalib gəlir ancaq di gəl ki, Kral dərini vermək istəmir. Kral gəmini yandırıb, üzvlərini də öldürtmək istəyir. Bundan xəbəri olan sədaqətli qızı Yasonla əl -ələ verib dərini oğurlayıb, gəmiyə minib qaçırlar. Səhərisi gün yola çıxan Arqo gəmisinə atasının çatmaması üçün Medeyanın ağlına mükəmməl bir o qədər də vəhşi bir fikir gəlir. Medeya qardaşı Apsyrtosu tikə -tikə doğrayır və yol boyunca səpələyir. Kral və adamları Apsyrtosun hissəciklərini yığa -yığa vaxt itirirlər və gəmiyə çata bilmirlər. (eşqin gücünə bax ey, cəhənnəmdə yanassan qızzzzz)
Geri qayıdış: Gəliş kimi qayıdış da bir xeyli qarışıqdır.
Arqo Qaradənizdə İstros(Tuna) çayına çatır bu yolla da Adriatik dənizinə gəlib çıxırlar. Amma Zevsin qəzəbinə tuş gəlib fırtına ilə baş -başa qalırlar. Medeyanın xalası cadugər Kirkeni axtarmağa gedirlər. Kirke Medeyanı qardaşını öldürdüyü günahından xilas edir amma Yasonu qonaq etmək istəmir.
Yunanıstan: Yason sevincək halda gəlib postu əmisinə verir. Sonra görür ki, kişi taxtı vermək istəmir. Medeya qolunu çırmalayıb yenə qanlı bir plan hazırlayır. Deməli gözünə döndüyüm gedib Peliasın qızları ilə rəfiqə olur və onlara yaşlı atalarını necə cavanlaşdıra biləcəklərinin sirrini deyəcəyini söz verir. Qızları ətrafına yığır, qoca bir qoç kəsib sehr dolu bitkilərin qaynadığı qazana atır və qazandan bir balaca quzu çıxır. Peliasın qızları da buna inanırlarmı? İnanırlar və Gedib dədələrini parçalayıb qazana atırlar. Amma qazandan səs gəlmədiyini görəndə həyatın silləsini yeyirlər və ölkədən sürgün olunurlar.
Ə bə noldu bu əfsanənin sonu, bezdim axı oxumaqdan?
Medeya ilə Yasonun elədikləri cinayət Kralın oğlanları tərəfindən xoş qarşılanmır və İolkadan qovulurlar. Korinthos kralı Kreon öz qonaqpərvərliyi ilə onlara xoş rəftar edir ancaq bir müddətdən sonra Medeyanı azdırmağın yollarını axtarmağa başlayır. Yetim Yason da yoldaşından bezir, Kreonun kızı Kreusa ilə evlənmək üçün Medeyanı boşayıb, onu Kolxisə göndərməyə çalışır. Vəə aztv dili ilə desək lənətə gəlmiş qadın həyatının ən böyük günahını edir. ( mən: nəsə qaldıki?) Medeya Kreusa toy hədiyyəsi olaraq bir paltar hədiyyə edir. ( Bax ay Kreusa nəyin əksikdi ki, götürüb o paltarı geyinirsən də...) Qız paltarı geyinən kimi başlayır alovlanıb yanmağa. Bununla hirsi soyumayan Medeya Yasondan olan iki oğlunu boğur və ölülərini Yasona göstərir, sonra da atası Heliosun göndərdiyi maşınla Afinaya uçur. Orda da sakit dayanmır, gedib Aigeusa deyir ki: mənimlə evlənsən sənə uşaq doğacam.( Nə əlaqə? ) Sonra da Theseusu öldürməyə çalışır amma bacarmır. Afinadan da sürgün edilir.
Nəticəni yaz admin nəfəsim kəsildi :D
Əfsanəyə görə Kolxisə qayıdır, atası ilə barışır və orda da yaşayır.
İstifadə etdiyimiz mənbələr: Müxtəlif saytlar, mifologiyaya aid kitablar, vikipediyalar.
Adların bəzilərini çıxmaq şərti ilə hamısı original adlarıdır.

#Argogemi #Yason #QızılQoçDərisi #Arqonavtlar #Medea #Jason #Arqogəmisi
Подписаться на:
Сообщения (Atom)