Bu gün istərdik ki, Koreyada məşhur olan bir hekayə yazaq.
Bir gün tək yaşayan bir əkinçi tarlasında gəzirmiş və belə bir söz mırıldanır: "kaş yeməyimi paylaşacaq biri olardı", elə o anda bir qadın səsi gəlir: "yeməyini mənimlə paylaşa bilərsən." Əkinçi ətrafına baxır, hər yerdə axtarır, ancaq səsin sahibini tapa bilmir. Bu hadisə bir neçə gün davam edir və əkinçi heç düşünmədən bir ilbizi çanağa qoyub, evə gətirir. Səhərisi gün oyananda isə görür ki, mükəmməl səhər süfrəsi onu gözləyir, bu hadisə axşam da təkrarlanır. Vəziyyət belə olanda da əkinçi qərara gəlir ki, sabah həmişəki vaxtdan daha tez qalxacaq və belə də edir. Maraqlı bir şey ilə qarşılaşır. Çanağın içərisindən bir qadının çıxdığını görür. Qadına evlənmə təklifi edir və ilbiz tamamilə insana çevrilir. Bu evlilik xoşbəxt günlərlə davam edir. Həə günlərin bir günü ölkənin kralı oralardan keçərkən qadını görür və onun gözəlliyinə vurulur. Kral qadını özünə istəyir. Belə ki, əkinçiyə krallığı qarşılığında yoldaşını ortaya qoyması şərti ilə 3 mərhələli bir yarışma təklif edir. Yoldaşı əkinçiyə üzüyünü verərək dənizə atmasını deyib, açılan qapıdan içəri girməsini və atası Əjdaha kralının yanına getməyini və ondan kömək istəməyini məsləhət görür. Əkinçi də xanımının dediyini edir. Əkinçi ağac kəsmə, at və kano yarışlarında kralın hiylə işlətməyinə baxmayaraq Əjdaha kralının köməkliyi ilə qalib gəlir və ölkənin taxtında əyləşməyə haqq qazanır.
Mənbə: Özhan Öztürk
İllustrasiya isə Justin Gerarda aiddir.
#ilbiz #mifologiya #koreya #koreyamifologiyası #əjdaha #kral #əjdahakralı #ilbizxanım #illustrasiya #mythology #koreanmyth
Комментариев нет:
Отправить комментарий