Yunan mifologiyasında Diomedesin madyanları adlandırılan 4 dənə at vardır. Yeri gəlmişkən madyan "dişi at" deməkdir. Deməli bu atları idarə etmək demək olar ki, qeyri-mümkündür. Olduqca vəhşi və insan əti ilə qidalanan bu atlar Ares ilə Cyrenenin oğlu, Frakiya kralı nəhəng Diomedesə aiddir.
Bir dənə də əfsanə əlavə edək ki, deyilənə görə bu atlar nəfəs verəndə ağızlarından alov da çıxırmış. Bu atlar: Padargos (sürətli), Lampon (parıldayan), Xanthos (sarı) və Deinos ( vəya Deinus- dəhşət)
Herakla bildiyiniz kimi 12 tapşırıq verilir ki, bunlardan biri də bu atları tutmaq idi. Ancaq tapşırığın yerinə yetirilməsi ilə əlaqəli bir neçə fərziyyə var ki, onlardan sadəcə birini yazacağıq. Herakl təlbaşına işin altından çıxa bilməyəcəyini görəndə, ona vurulmuş oğlan sevgililərindən (sağ ol Herakl) Abderusu və bir neçə dostunu köməyə çağırır və atları birlikdə tuturlar. Lakin yolda Diomedes onlara hücum edir. Herakl da atların idarəsini Abderusa verərək, Diomedeslə döyüşə gedir və onu məğlub edib, qayıdarkən nə görsə yaxşıdı? Atlar Abderusu parçalayıb yeyiblər. Herakl bunu görəndə çox kədərlənir və qan beyninə sıçrayır. Qəhrəman eləmə tənbəllik gedib Diomedesi öldürür və öz madyanlarına yem edir. Bundan başqa Abderusun öldüyü yerdə qədim Yunanıstanda ən vacib şəhərlərindən biri olan Abderanın təməlini qoyur. Əlqərəz qarınları doyan madyanlar sakitləşir və Herakl heyvanları rahatlıqla Afinaya çatdırır və tapşırığı müvəffəqiyyətlə bitirir. Eurystheus madyanları Zevsə qurban etmək üçün Olimpə göndərmək istəyir, lakin Zevs bunu qəbul etmir. Əvəzində isə madyanların öldürülməsi üçün canavarlar və şirlər göndərmişdir.
Makedoniyalı İsgəndərin atı olan Bukefalosun, Diomedesin madyanlarının soyundan yarandığına inanılırdı.
Qeyd: adları bəzilərini orijinal halda yazılmışdır.
Mənbə: wikipedia.
#mifologiya #yunanmifologiyası #at #madyan #Diomedes #Diomedesinmadyanları #Herakl #heraklın12tapşırığı #horseofdiomedes #horse #Heracles #Bukefalos #Makedoniyalıİsgəndər #Padargos #Lampon #Xanthos #Deinos #Abderus
Комментариев нет:
Отправить комментарий