вторник, 4 мая 2021 г.

ZEL (Yunan mifologiyası)

 

Zelus (Zelos) titanlar arasında kiçik, qanadlı bir ilahə olub, şövqün təcəssümüdür. Anası Stiks, atası isə Pallasdı. Qeyd edim ki, Pallas Titanxonomiyada Afina tərəfindən öldürülmüşdür. Ən məşhur tanrılardan Kratos, Nike və Bia onun qardaş və bacılarıdır. Zelus adı coşğun sözündən yaranmışdır. 

Titanxonomiya ( Titanlarla Olimplilər arasındakı müharibə) zamanı anası Stiks uşaqlarını Zevsin qarşısına çıxardır və ona sədaqət andı içirlər. Beləliklə də Zevsin ən yaxın dostları olurlar. 

Zelus və bacı-qardaşları qanadlı olduqlarına görə Zevs onlara taxtın ətrafında keşikçi qoymuşdur. 

Zelus Olimpiadada yarış ruhu olan və çox hörmət edilən Agonla eyniləşdirilir . Bir də romantik və qısqanc Phthonos və rəqabətin yaxşı tərəfi olan Eris ilə də əlaqələndirilir. 

Mənbə: https://www.mitolojiktanrilar.com/zelus-kimdir-yunan-mitolojisi/

Qeyd: Bəzi adları orijinal olaraq saxlamışıq. 

#mifologiya #Zevs #Zelos #Zel #Stiks #çay #and #Pallas #afina #Titanxonomiya #titan #olimp #Phthonos #Agon #yarış #Kratos #Nike #Bİa #mythology #greek #Zeus #Styxs #müharibə #Athena #Eris #ilahə #tanrı #god #goddess #yarışruhu #ruh #qanad #qanadlıilahə  #ARQONAVTLAR 


Комментариев нет:

Отправить комментарий