пятница, 7 мая 2021 г.

VARUNA (Hindistan mifologiyası)


Hinduizmdə Vedalarda (dini mətnlər) Varuna səma, su və okean tanrısı olub, eyni zamanda qanunların və yeraltı dünyasının sahibidir. Varuna timsaha bənzər bir məxluqa minərək ətrafı gəzir, izləyir və Şpaşah adı verilən cəsuslarına izlətdirdiyi insanları mühakimə edərək, pis olanları cəzalandırır. 

Adityaların şefi olan Varuna güməş tanrısı Mitra ilə qarşılaşdırılanda sanki günəşə qarşı, gecəni təmsil edir. Atharvavedaya görə təbiət qanunlarının böyüyü kimi qəbul edilir. Bundan başqa Varuna gecələr ay və ulduzların parıldamağına, gündüzlər isə yoxa çıxmasına səbəb olur. Okeanları su ilə dolduran, çayların axmasına səbəb olan yenə Varunanın özüdür. Varunanın nəfəsi küləyə və qasırğaya səbəb olur. Brahmalarda isə Mitra ilə bərabər yağış tanrısı kimi yad edilib, Şatapatha Brahmanada keçəl və yaşlı bir kişi kimi təsvir edilmişdir. Nagaraja (İlanların kralı) olaraq da bilinən Varuna, səmanın qərb tərəfinin qoruyucusu kimi qəbul edilir. 

Min gözlü, iki və ya dörd qolludur. Əllərindən birində günahkar insanları dartıb atıran ip var ki, buna Nagapaşa, Pulaganka və ya Vişvacit deyilir. 

Hər cür hiyləni ayağı ilə əzir. Yoldaşı Varunidir. 

Üzərinə mindiyi məxluq timsah, delfin, köpək balığının birləşməsindən yaranan Makaradır. Varunanın simvolu balıqdır.  


Mənbə: Din və Mitoloji

#mifologiya #Hindistan #hindistanmifologiyası #Varuni #Varuna #Makara #simvol #balıq #timsah #hinduizm #veda #dinimətnlər #brahma #aditya #Mitra #günəştanrısı #yağıştanrısı #tanrı #ilahə #okeantanrısı #Nagaraja #Vişvacit #Şatapatha #ilanlarınkralı

Комментариев нет:

Отправить комментарий