Apsu (Abzu və ya engur olaraq da bilinir) Şumer və Akkad mifologiyasında yeraltı şirin su okeanına verilən addır. Göllər, çaylar, bulaqlar, quyular inanca görə suyunu bu okeandan alırmış.
İnsan övladı yaradılmamışdan əvvəl Şumer tanrısı Enki burada yaşayırdı. Həyat yoldaşı Damgalnuna, anası Nammu, məsləhətçisi Isimud, keşikçi Lahmu da burada yaşayırdı.
Eriduda Enkinin məbədi E-abzu ( abzu məbədi) kimi bilinirdi. Babil və Assuriyadakı məbədlərdə müqəddəs su çənlərinə də abzu deyilirdi.
Apsu və Abzu bir tanrı kimi təsvir edilmişdir. Babil epik hekayələrində şirin sudan yaranan ibtidai bir varlıq idi və başqa ibtidai tanrı olan Tiamata yəni duzlu suya aşiq idi. Enuma Eliş deyir:"nə göy var idi, nə də torpaq, lakin şirin su Apsu orada idi və bir də Tiamat. Hələ də sularını qarışdırırlar, amma nə bir ərazi, nə də bir qamışlıq." Xeyli müddətdən sonra kainatı ələ keçirmək istəyən və Apsunu öldürən gənc tanrılar yarandı. Qəzəbli Tiamat əjdahalar dünyaya gətirdi, bədənlərində qan əvəzinə zəhər axan əjdahalar. Bunlarla da xain övladları döyüşməyə başlayır. Ancaq Qasırğa tanrısı Marduk tərəfindən öldürülür. Cəsədindən isə səmanı və quru əraziləri yaradır.
Mənbə: Dünyadinleri, Bilgipedia
#Apsu #Abzu #engur #Eridu #Enki #Babil #Şumer #Akkad #Assuriya #mifologiya #şirinsu #okean #ilktanrı #Tiamat #duzlusu #əjdaha #qasırğatanrısı #qasırğa #Marduk #Nammu #İsimud #Lahmu #Damgalnuna #tanrı #god #goddess #mythology #ARQONAVTLAR
Комментариев нет:
Отправить комментарий