вторник, 4 мая 2021 г.

ŞU (Misir mifologiyası)



 Şu işıq və hava tanrısı idi. Atmosferin və küləyin şəxsləşdirilmiş halıdır. İşıq tanrısı olaraq başlanğıc qaranlığı təmsil edirdi. Gecə və gündüzü, yaşayanların dünyası ilə ölülər dünyasını ayırmaq üçün işarə qoymuşdur. Hava tanrısı olaraq da dünya ilə cənnət arasındakı boşluq olaraq təmsil edilib və canlılar üçün həyat nəfəsi vermişdir. Bir külək tanrısı olaraq da dənizçilərin qayıqlarına külək vermək üçün də əlindən gələni edirdi. Buludlar onun sümükləri olaraq bilinirdi. Ölənlərin ruhları göyə çıxsın deyə nərdivanla kömək edirdi. 

Şu Heliopolis Doqquzlu tanrı qrupunun üzvlərindən biri idi. Özünü yaradan tanrı Atumun tüpürcəyindən yaranmışdır. Tefnutun yoldaşı və qardaşıdır. Nut və Gebin atasıdır. Deyilənlərə görə uşaqları bir-birilərini çox sevirlərmiş, amma ataları bunlara maneə olur. Belə ki, Nutu yuxarıda tutaraq, onu Gebdən ayırır. Beləliklə də Şu atmosferi yaradır. Dünyanın dörd ən vacib bölgəsinə öz ayaqlarını yerləşdirdi və buna da "Şunun Ayaqları" deyildi. 

İşığın təcəssüm etdirilmiş halı idi, ancaq heç bir şəkildə günəş tanrısı deyildi. Günəş tanrısı Ra və Atum ilə əlaqələri yaxşı idi. Belə ki, günəş tanrısını yeraltında və gecə səyahətlərində Apepdən qoruyur və səhər günəşi yenidən həyata qaytarırdı. 

Radan sonra ikinci ilahi firon olaraq düşünülürdü. Apep və tərəfdaşları ona üsyan qaldırırlar və bunun nəticəsində Şu Apepə qalib gəlsə də ağır yaralanır və xəstə halı ilə oğlu Gebin yanına gedərək, səltənətini Gebə verib, taxtdan gedir. Şu günəşi qorumaq üçün səmaya qalxır və Apep ilə gündəlik mübarizəsini davam etdirir. Digər tanrılar kimi onun da qaranlıq tərəfi var idi. Belə ki, Maatın salonunda ölənlərin ruhlarını sorğu-suala tutur və pis ruhları cəzalandırırdı. 

Deyilənə görə Şu adı quruluq sözündən yaradılmışdır. Bəzi mənbələrə görə də adının mənası "O Yüksəlir" deməkdir. 

Bir əlində əsa, digərində Ankh tutan, başında dəvəquşu tükləri olan papaq taxan bir adam kimi təsvir edilir. Bir başqa təsvirdə isə bircə dəvəquşu lələyi olan papaq taxdığı görülür. Bu tərzdə Maata bənzəyir və həyat nəfəsini təmsil edir. Bəzən də başında günəş tanrısı ilə əlaqəsini göstərən günəşi təmsil edən bir disk ilə təsvir edilir. Üzü çox vaxt qara rəngə boyanırdı. Ümumiyyətlə təsvirlərdə Gebin üstündə durduğunu və Nutu dəstəklədiyini görə bilərik. Yoldaşı Tefnut ilə əlaqədar olaraq bəzən aslan kimi də görünür və "iki aslan" kimi də bilinir. Çox nadir hallarda aslan bədənli, insan başlı təsvir edilir. 


Şuya həsr edilmiş xüsusi məbəd olmasa da misirlilər ona çox hörmət edirdi. Denderada "Şunun evi - shw-w-ntr" olaraq bilinən bir ərazi var. Onun əsl məbədi  Nay-ta-Hutdadır (İudeya). Burada Tefnut ilə birlikdə aslan təsvirindəki halına ibadət edilib. 

Akhenatenin vaxtında Şu və Tefnut fironla bərabər olduqca məşhur oldu. Firon və yoldaşı Nefertiti Şu və Tefnut olaraq əlaqələndirildi. 


Bir dənə balaca bir rəvayət yazaq.

Deməli, Şu və Tefnut Nunun sularına nəzarət etməyə gedirlər. Ra onlar üçün çox darıxır, elə bu dəm ər-arvad yoxa çııxırlar, lakin RAnın Gözü onları tapır. Onlar qayıdanda RA sevincindən ağlayır və bu göz yaşından ilk insan yaranır. 

Mənbə: Tarihpedia

#mifologiya #misir #misirmifologiyası #tanrı #ilahə #külək #işıq #küləktanrısı #Şu #Tefnut #Geb #Nut #Nun #RA #RanınGözü #Atum #hava #havatanrısı #Şununayaqları #firon #aslan #dəvəquşulələyi #günəştanrısı #Apep #Maat  #atmosfer #həyat #həyatnəfəsi #mythology #Shu #egypt #god #goddess #ARQONAVTLAR


Комментариев нет:

Отправить комментарий