суббота, 15 мая 2021 г.

ÇAXAY (Türk xalqlarının mifologiyası)

 


Çaxay - türk və altay mifologiyasında İldırım Tanrısıdır. Çakkay və ya Şakkay kimi də tanınır.

Bu tanrı şimşək və ildırım çaxdırır. Yayına qoyub atdığı oxlar onun ildırımlarıdır. Yerdəki şər ruhları təqib edərək, gizləndikləri ağacların üzərinə alov göndərirdi. İldırım düşən ağacın bir hissəsini evdə saxlansa, o ev şər ruhdan qorunurmuş. Bəzi türk xalqları İldırım tanrısına süd və ya ayranı saçı ( cansız qurban) verirlər. Süd ildırım alovunu söndürə və onu uzaqlaşdıran bir şeydir. İldırımın düştüyü yer, artıq Çaxay xana aiddir və heç kimi o ərazini özünə mülk edə bilməz. Monqollar şimşək və ildırımdan qorxur, türklər isə sevinirdilər. Monqol tarixində ildırım bağlı səmaya görə  yarımçıq qalan və ya uduzulan müharibələrdir. Türklər isə ildırım düşəndə at çapıb, səmaya ox ataraq bunu qeyd edirdilər. İldırım yazda "yeni günün" və ya "yeni ilin" xəbərçisi kimi qəbul edilir. Çünki ildırım tanrının oxudur. Onun oxlarını qəbul etdiklərini belə ifadə edirdilər. Bundan başqa ildırım düşən yeri ziyarətgaha çevirirdilər. 

Türk mədəniyyətində ildırım.

Göydən gələn ildırımın qırıntılarından "Koroğlu" və "Atilla"nın qılınları hazırlanmışdı və bunlar müqəddəs sayılır. 

Potaninin fikrincə Şamanların qavala vuraraq səs çıxartmaqlarının məqsədi bu səsi şimşək çaxmasına bənzəməkdir. 

Monqolca Şahılgan bu gün elektrik mənasını ifadə edir. Qədim halı Tıyakılgan isə şimşək mənasında işlədilirdi.

Mənbə: Türk Mitolojisi Ansiklopedisi

Qeyd: Şəkil Çaxay xanla əlaqəsi yoxdur. Pinterestdən götürülmüşdür. İllustrasiyanın müəllifi: 

 Wojtek Depczyński

#mifologiya #türk #türkxalqları #monqollar #Çaxay #Çaxayxan #tanrı #İldırımtanrısı #ildırım #şimşək #altay #ox #yay #şərruh #yenigün #yeniil #qılınc #şaman #mythology #turkey 

Комментариев нет:

Отправить комментарий