QUETZALKOATL cənubi Amerika xalqlarının inanclarında bədəni tüklərlə örtülmüş bir ilandır. Dan ulduzunun, külək və yaradıcı göy tanrısıdır. Maya dilində kuetzal "yaşıl tüklü kuş" ko isə "sürüngən", Nahuatl dilində atl "su" mənasındadır. Ketzalkoatlın ilan halı torpağı, quşa bənzərliyi havanı və suyu simvolizə edir.
Teotihuacan ərazisindəki Quetzalcoatla aid ilk izlər e.ə 1- eramızın 1 əsrinə aid olsa da, ona ibadət təxminən e.ə 400-600 arasında olmuşdur. 600-1519 illər arasında kult mərkəzi Meksikanın Khoula mərkəzi olub, maya dilində "tüklü ilan" mərkəzinə gələn Kukulkan və Kukumatz olduğu düşünülür.
Deməli, inanclara görə QUETZALKOATL bir müddət insanlar arasında yaşayıb, onlara düz yol göstərmiş, təqvim, əkinçilik və müxtəlif sənətləri öyrətdikdən sonra səmaya qayıtmış, ürəyi dan ulduzuna dönmüşdür, lakin bir gün Atlantikadan çıxaraq, geri qayıdacaqdır.
İnanclara görə QUETZALKOATL Aztek yaradılışında ən vacib tanrılardan biridir. Belə ki, ilk insan cütlüyü olan Kipaktonal ilə Oxomukonun bir oğlu olduqdan sonra ona ana ilahə Zokhiquetzalın bir tükündən yoldaş yaradılmışdır. İnsanlığa həyat verən günəşin yarısını Quetzalkatl yaradıb, ancaq kifayət qədər işıq olmadığına görə tanrı bacı-qardaşları ilə günəşin digər yarısını yaradarkən, səbri çatmayan Tezkatlipoka özünü əvvəlcə günəşə döndərib, sonra pələngə çevrilərək yerdəki nəhəngləri məhv edib, Böyük ayı bürcünə çevrilmişdir.
QUETZALKOATL bacı-qardaşları ilə birlikdə yer kürəsini dəfələrlə sel göndərərək məhv edib, öz ətindən bir qadın olmadan doğulan oğlunu böyük bir alova ataraq günəş yaradıb və Tlalok da öz oğlunu alova ataraq ayı yaratmışdır.
QUETZALKOATL Tlapallan olaraq da bilinirdi.
QUETZALKOATL söz-söhbətə görə quetzal quşunun yaşıl lələklərindən bir plaş geyinib, başına yaquar kürkündən bir papaq taxır, boynuna dəniz qabıqlarından bir boyunbağı, ayaqlarına isə zınqrov taxın iri bir adam kimi təsvir edilir.
Mənbə: Dünya mitolojisi. Özhan Öztürk
#mifologiya #Aztek #Maya #Toltek #CənubiAmerika #Amerika #aztekmifologiyası #tüklüilan #ilan #quetzal #quş #quetzalquşu #QUETZALKOATL #sürüngən #Atlantika #Kipaktonal #Oxomuko #Zokhiquetzalın #tanrı #ilahə #Böyükayıbürcü #günəş #ay #yaradılış #Tlalok #Tlapallan #god #goddess
Комментариев нет:
Отправить комментарий