среда, 5 мая 2021 г.

KETO (Yunan mifologiyası)

 


Keto və yaxud Ceto Geya ilə Pontusun birləşməsindən doğulan canavar ilahədir. Adı "kitos" (yunanca κῆτος "dəniz möcüzəsi" deməkdir. Bu arada rusca balina sözünün kökü "kit"burdan törəyib) sözündən yaranıb. Keto bir dəniz ilahəsidir.

Keto qardaşı Phorkyslə evlidir.

Ketonun övladları: Əjdaha Ladon, nimfa Thoosa, Yexidna, qraialar (Deino, Enyo, Pemphredo), qorqonlar (Euryale, Stheno, Meduza). Bəzi mənbələrə görə hesperidlər və sirenlərin də anasıdır. 

Çox güclü və ovsunlu olduğuna görə digər bir adı da qırmızı ilahə idi. 

Bəzi qaynaqlar yazırlar ki, Keto dənizin dərinliklərində yaşayan canavarların ilahəsi idi, bəziləri isə yazırlar ki, dənizin dibindəki canavar Ketonun özü idi. Andromedanın yeməyə çalışan dəniz canavarı ya Keto idi, ya da onun uşaqlarından biri idi. Əlqərəz hekayənin sonunda qəhrəman Persey  onu daşa döndərir. 

Mənbə: Википеди

#mifologiya #yunanmifologiyası #Keto #Ceto #qorqon #gorgon #qraialar #graia #dənizilahəsi #ilahə #tanrı #Geya #Gaia #Pontus #Phorkys #dəniz #Ladon #nimfa #Yexidna #hesperidlər #siren #balina  #Andromeda #Persey #qırmızıilahə #mythology #greek #god #goddess 

Комментариев нет:

Отправить комментарий