Freya skandinav mifologiyasında dəniz tanrısı Njördın qızı və bərəkət tanrısı Freyrın bacısıdır. Freya eşq, bərəkət, ovsun (seidr), doğum, müharibə və ölüm ilahəsidir.
İlahənin Folkvangarda yaşadığına və çox gözəl olduğuna inanılır. Qədim irlandca Freyanın mənası "xanım" və ya "sahib"dir. İlahənin adını almanca qadın mənasında işlədilən frau sözü ilə də əlaqələndirirlər. Şimali Avropa dillərində geniş istifadə edilən Friday (cümə günü) sözü ilahənin şərəfində belə adlandırılmışdır və bu ilahəyə ibadət etmək üçün müqəddəs gün elan edilmişdir.
Brisingamen adlı boyunbağının, qartal tükündən hazırlanan plaşın (pelerin) sahibi olan Freyanın arabasını iki dənə pişik sürür. Hərdən qızıl dərili Hildeswin adlı qabanın üzərində səyahət edir.
Snorri Sturlusonun XIII əsrdə yazdığı Eddada bildirilir ki, Freya Odr ilə evlidir və onların Hnoss və Gersem adlı uşaqları vardır. Hə onu da deyək ki, bu ilahə qızıl gözyaşları məşhurdur. Necə qızıl? Deməli, bu ilahənin yoldaşı Odr yoxa çıxanda ilahə də kədərdən qızıl və ya kəhrəba göz yaşları tökürmüş.
Bir gün ilahə yerin altındakı Cırtdan krallığında gözəl bir boyunbağı görür və onu istəyir, ancaq cırtdanlar etiraz edir. İlahə sizcə necə razı salır onları? Şərti şumda kəsirlər ki, Freya cırtdanlarla bir gecə keçirdəcək, bunun qarşılığında isə ona boyunbağını verəcəklər və verirlər də. Brisingamen adındakı boyunbağı ovsunludur. Belə ki, boyunbağının sayəsində heç bir kişi Freyaya etiraz edə bilmir. (Ooooo) Bu boyunbağını Tor nəhəngləri aldatmaq üçün dəfələrlə istifadə edib. Loki oğurlayıb, Heimdal da geri gətirib.
İlahənin qartal tükündən plaşını geyinənlər isə qartala çevrilə bilirlər.
İlahənin ləqəbləri: Gefn, Hörn, Mardoll, Syr, Thrungva, Thröng, Valfreyja və Vanadjs.
#tanrı #ilahə #Freya #Freyr #Odin #Njörd #dəniztanrısı #eşqilahəsi #müharibəilahəsi #bərəkətilahəsi #ovsunluboyunbağı #Folkvangarda #Friday #cüməgünü #Brisingamen #Hildeswin #pelerin #qaban #pişik #Odr #cırtdan #cüce #Tor #Loki #Heimdall #god #Goddess #mythology #mifologiya
Комментариев нет:
Отправить комментарий