Hanuman Hinduizmin məşhur tanrılarından biridir. İnsan bədəninə sahib, uzun quyruqlu və meymun sifətli olan tanrı Hanuman bəzən 5 başlı və 10 qollu da təsvir edilir. Dağ qədər böyüyüb, pişik qədər balacalaşma qabiliyyətinə malikdir. Mifologiyaya əsasən göy gurultsunu da Hanuman yaradırmış.
Ramayana dastanında Hanuman vacib obrazlardan biridir. Dastanda tanrı Ramanın dostu və sadiq xidmətçisidir. Ramanın yoldaşı Sitanın xilas edilməsində əvəzedilməz rolu vardır.
|
Sita və Hanuman
|
Hanuman hindu bhakti-shakti ibadət ənənələrindəki iki keyfiyyəti özündə birləşdirir.
1. Qəhrəmanlıq, güc, mükəmməllik.
2. Tanrıya bağlılıq.
Hanumanın digər adları:
Hanumat, Anuman (Tamil), Hanumatha (Kannada), Hanumanthudu (Telugu), Anjaneya (Anjananın oğlu), Kesarisuta ( Kesarinin oğlu), Vayuputra (Külək tanrısı Vayunun oğlu), Vajrang Bali, Sankata Mochana (təhlükələrin, çətinliklərin, maneələrin aradan qaldırıcısı), Kapeeshwara (meymunların kralı), Rama Doota, Mahakaya, Mahabala, Panchavaktra (5 üzlü)
Onu da qeyd edək ki, Hanuman həm hinduizmin dini mətnlərində, həm Ramayanada, həm Mahabharatada, həm də puranalarda xatırlanır. Puranaların bəzisində Hanumanın Şivanın, bəzilərində isə Vayunun avatarı yəni Rudravatara olduğu bildirilir.
Doğuluşuna aid rəvayətlərdən biri.
Tanrı Brahmanın səmadakı saray məhkəmələrində xeyli işçi işləyir. Bunlardan da biri göyçək bir qız olan Anjana idi. Qız yaxşı işlədiyinə görə Brahma onu mükafatlandırmaq istəyir və Anjananı yanına çağıraraq arzusunu soruşur. Əvvəlcə tərəddüd edən Anjana sonra deyir: " Cənab, mənim arzum odur ki, bir ilahın lənətini üzərimdən qaldırasınız."
Brahma: "Bildiklərini mənə danış bəlkə sənə kömək edə bildim" deyir.
Çox ümidlənən Anjana başına gələnləri danışmağa başlayır. Belə ki, uşaqkən oyun oynayarkən, şanagüllə (lotus) bitkisinin üzərində oturaq vəziyyətdə meditasiya edən bir meymun görür. Bu vəziyyət uşağa gülməli gəlir və başlayır ona meyvə atmağa. Meyvələr meymuna dəyir və onun meditasiyası pozulur. Gözlərini qəzəblə açan meymun qızı : "Birini sevdiyin an meymuna çevriləcəksən" deyərək lənətləyir.
Müdrik tanrı lənəti qaldıra bilməyəcəyini, ancaq sevdiyi adamın meymun üzünə rəğmən Anjananı sevəcəyi təminatını verir. Bunu eşidən Anjana əlavə edir: Ey müdrik tanrı meymun sifətimlə yenidən bacılarımın arasına qayıdıb, orda necə işləyəcəm? Şəxsiyyətimi mənə yenidən qaytarsanız sizə minnətdar olaram." Brahma Apsara (pəri) üçün çox məyus olur və deyir: "Mən bilirəm sənin lənətini necə qaldırmaq olar. Dünyaya qayıt və bir müddət orda yaşa. Yoldaşınla dünyada tanış olacaqsan və əgər sənin lənətin yox olacaqsa, onda tanrı Şivanın reinkarnasiyası doğulacaqdır."
Anjana dünyaya gəlir və gənc ovçu kimi yaşamağa başlayır və bir gün bir cəngavərin şirlə dalaşdığını görür, ürəyindən " Necə də cəsurdur!" "Çönüb bir dəfə üzümə baxsın!" deyə keçirdir. Anjana cəngavərə baxmağa davam edir və qəfildən qəhrəman çevrilir və gözləri Anjananı görür. Qızın sifəti oradaca meymuna çevrilir və Anjana üzünü örtərək başlayır qışqırıb ağlamağa. Bu səhnə qarşısında təəccüblənən cəngavər qıza tərəf qaçır və "Sən kimsən, gözəl qız?" "Niyə üzünü göstərmirsən?" "Niyə ağlayırsan?" "İmkan ver üzünü görüm" deyir.
Anjana: "Bacarmaram igid, mən sevən kimi meymuna çevrilən lənətli Apsara olan Anjanayam, Xahiş edirəm məni kədərimlə və lənətimlə tək qoy". Qız bunları deyərkən birdən əlinin arasından oğlanın sifətini görür və heyrətlənir. Belə ki, qarşısında hündür bir meymun dayanıbdır. Oğlan da bunu başa düşdüyünə görə deyir: Mən hər an insan licminə girə bilən bir meymunam. Lord Şiva tərəfindən sehirli güclər bəxş edilən meymunların kralı Kesariyəm. Əgər mənimlə evlənsəniz çox xoşbəxt olaram."
Anjana təklifə çox sevinir və "Müdrik haqqlı imiş" deyərək Kesari ilə evlənir. Anjana günlərini ilahi Şivaya dualar oxumaqla keçirdir və Şiva qızın hərəkətini çox bəyənir və onun yanına gələrək bir arzusu olub-olmadığını soruşur. Anjana isə cavab verir: "Cənab Şiva mən lənətimdən xilas olmaq üçün istəyirəm ki, siz mənim oğlum olaraq doğulasınız." Şiva da qızla razılaşır və yoxa çıxır.
Bir müddət sonra Anjana yenə ibadətlə məşğul olduğu günlərdə ölkənin başqa bir yerində Ayodhya kralı Dasaratha uşağının olması üçün bir yagni (dini mərasim) təşkil edir. Putrakama Yagna. Nəticədə alov tanrısı Agni krala müqəddəs payasa (pudinq) verir və onu yoldaşlarıyla paylaşmağı buyurur ki, bu sayədə onların ilahi bir uşaqları olacaqdır. Dasaratha 1-ci yoldaşına pudinqi verərkən bir quş bunun bir hissəsini götürüb qaçır. Belə ki, quş pudingi Anjananın yaşadığı meşəyə gətirir və oraya tullayır. Küləklər tanrısı Şivadan belə bir əmr eşidir: " Get Vayu!". Külək tanrısı pudinqi havadaca tutaraq aparıb Anjananın ovcuna qoyur. Qız da Şivadan gəldiyini hiss edərək pudinqi udur və beləliklə Anjana ilə Kesarinin oğlu doğulur və Anjaneya adlandırılır.
Shiva doğulduqdan sonra Anjana lənətindən xilas olur və cənnətə getmək istədiyini bildirir. Bundan xəbər tutan övladı Anjaneya çox məyus olur və anasına deyir: "Ana, sən getdikdən sonra mənim halım necə olacaq? Mənə kim baxacaq? Kim yemək verəcək?". Anjana da cavab verir ki, "bəs narahat olma çünki sənin atan kral Kesaridir, qoruyucu ruhun isə Vayudur. Onlar səni hər zaman qoruyacaqlar. Nə vaxt ac olsan o zaman göyə qalxan bu günəş kimi qırmızı və yetişmiş meyvələrdən yeyə bilərsən." Sözlərini bitirən Anjana oğlunu öpür və səmaya yüksəlir.
Ac olan Anjaneya isə günəşə baxır və gözünə ləzzətli göründüyü üçün onun dadına baxmağa qərar verir. İlahi güclərə sahib olduğu üçün bir sıçrayışla səmaya yüksəlir və günəşə tərəf getməyə başlayır. Bunu görən Suryadeva (günəş) əvvəlcə öz sükunətini qoruyur, çünki ona heç kim yaxınlaşa bilməz. Bir az keçdikdən sonra görür ki, gələn adama istisi təsir etmir. Bu arada Anjaneya havada daha da böyüməyə və uçmağa başlayır. Bu zaman Suryadeva İndradan kömək istəyir. Öz sarayında oturan İndra adını eşidir və çox təəccüblənir. Nə baş verdiyini öyrənmək üçün Suryadevanın yanına gəlir və qəribə adamı görür. Ondan günəşdən nə istədiyini soruşur, uşaq da cavabında anasının dediyi sözləri təkrar edir və günəşin dadına baxmaq istədiyini bildirir. İndra uşaq sadəlövhlüyünə gülür və günəşin yeyilməyəcəyini bildirərək dünyaya qayıtmasını istəyir. Ancaq höcətlik edən Anjaneya İndraya qulaq asmır və əlini günəşə uzadanda İndra çox qəzəblənir və şimşəyi ilə Anjaneyanın ağzından vurur. Sürətlə yerə düşən Anjaneyanın bədəni balacalaşır və yaralı halda meşəyə düşür. Vayu uşağı tapır və ucadan bunu kimin etdiyini soruşur. Heç yerdən səs gəlmir, o zaman Vayu çox qəzəblənir və oğlunu da götürərək yerin altına gedir. (Doğulmasında onun da payı olduğu üçün Vayunun da oğlu sayırlar) Bir müddət sonra tanrılar görür ki, havanın yoxluğu nəticəsində dünyaya ölüm hökmranlıq edir. O zaman Brahma İndranın yanına gəlir və etdiyi hərəkətin nəticəsini göstərir. Beləliklə də bütün tanrılar yığışıb Vayunun yanına gedirlər və ondan üzr istəyirlər. Brahma söz verir ki, artıq Anjaneyanın bədəninə heç bir silah təsir etməyəcəkdir. İndra da söz verir ki, Anjaneya bu andan etibarən ölümsüz olacaqdır. Onu da əlavə edir ki, əsəbini yanağından (hanu) çıxartdığına görə adı Hanuman olacaqdır. Hanumanı bəzən "çirkin çənə" olaraq da tərcümə edirlər. Bu arada Vişnu isə "Gada" adlı bir silah verir Hanumana.
Rəvayət II
Hanuman uşaqlıq rəvayətlərindən biri də Hinduizm mətnlərinə əsasən belə olmuşdur. Bir gün Hanuman günəşə tərəf sıçrayır, lakin günəşin istisindən külə dönür. Bu küllər torpağa və okeana tökülür. Sonra tanrılar külləri okeandan balıqların köməyi ilə yığır, torpağa düşən sümükləri də özləri tapırlar sadəcə çənə sümüyündən başqa. Tanrı Suryadan uşağı diriltməyini istəyirlər. Surya da onu həyata qaytarır. Uşaqlıq illərində öz ilahi bacarıqları ilə dəcəllik edib, digər uşaqları incitdiyinə görə ilahi gücləri əlindən alınır. Böyüyüb Ramanın yanında rahib kimi yaşamağa başlayanda etdiyi meditasiya nəticəsində daxili həyat müdrikliyi qazanır ki, bunun sayəsində yenidən güclərinə qovuşur.
Ramayana dastanına görə Hanuman həyatı boyu şöhrət arxasınca qaçmır. Dağlarda, mağaralarda yaşayır. Sahibi Ramanın yanında bir rahib kimi həyat sürür. Sitanın Lanka kralı Ravananın əlindən xilas etmək üçün bir sıçtayışla Hindistandan Lankaya hoppanır. Quyruğu alov alır və bu alovla Lankanı yandırır. Himalaylardan üzərində şəfalı otlar olan bir dağla geri qayıdır. Bu otlar Ramanın ordusunu sağaldır.
Qeyd: Bəzi adlar azərbaycan dilinə uyğunlaşdırılmamışdır.
Mənbə: https://en.wikipedia.org/wiki/Hanuman
http://www.dinvemitoloji.com/2018/03/hanuman.html
#Hanuman #Brahma #Şiva #Vişnu #Anjana #Ramayana #Mahabharata #Hinduizm #Sanskrit #Purana #Rama #Sita #Vayu #Kesari #tanrı #pəri #meymun #meymunlarınkralı #Suryadevi #İndra #Gada #Apsara #pəri #ARQONAVTLAR #teamLeo #PersiCeksonvəmifologiya #komandoleo