Eskimos və ya İnuit mifologiyası deyiləndə ağla ilk gələn ilahə Sednadır. Dənizlərin həm qəzəbi, həm də anası olan Sedna yaşadıqlarından sonra olduqca hiddətlidir. Sedna haqqında fərqli rəvayətlər var.
1. Sedna əvvəllər ölümlü bir insan olmuşdur. Atası onu zorla bir balıqçı ilə evləndirir. Yoldaşının yanına çatanda görür ki, əri insan görkəmində bir qarğadır. Qorxaraq atasının yanına qayıdır. Kişi isə istəməyərək də olsa qızınının yenidən qayığa minməsinə icazə verir. Vəziyyət belə olanda da qarğa onları təqib edərək hücum edir və nəticədə Sedna dənizə düşür. Dənizdə boğulmamaq üçün çırpınan və xilas olmaq üçün tutmağa bir şey axtaran Sednanın əlləri atasının qayığından yapışır. Elə o an da qızını istəməyən ata qayçı ilə Sednanın barmaqlarını kəsir. Beləliklə də Sedna fəryad edərək dənizdə boğulur və sulara qərq olur. Dərinlərə batdıqca da bir ruha çevrilir. Çevrilmə vaxtı atasının kəsdiyi barmaqlar da su itlərinə və balinalara çevrilirlər. Adlivun deyə bilinən yer altı dünyasında hökmranlıq etməyə başlayan Sedna başına gələnlərə görə çox qəzəbli olur. Ay məkanı və Adlivuna gedəcək ruhları yola hazırlayır. Belə ki, bu ruhlar rahatlığın və xoşbəxtliyin hökm sürdüyü Ay məkanına getməzdən əvvəl Adlivun adlanan yerə gedərək öz günahlarından təmizlənirlər.
2. Rəvayətə görə Sedna o qədər gözəlmiş ki, ətrafda ona könül verməyən, evlənmə təklifi etməyən qalmayıbmış. Bu da onları süründürməkdən həzz alırmış. Bir gün Sedna yaraşıqlı bir ovçuya vurulur və atasından xəbərsiz bu oğlanla qaçır. Xoşbəxt günlər çox davam etmir. Çünki yoldaşı gündüzlər insan, gecələr də bir böyük quş olurmuş. Bundan xəbər tutanda qorxusundan nə edəcəyini bilməyən Sednanın eşqi nifrətə çevrilir və hər gecə ağlamağa başlayır. Bir gün yenə ağlayarkən uzaqlardan onu axtaran atasının səsini eşidir və qaçıb atasına sığınır. Ata qızını qayığa mindirib və ordan uzaqlaşmağa başlayanda çox güclü bir qasırğa qopur. Dalğalardan səs gəlir:
- "Sednanı bizə ver!"
Atası da:
-"Yox verə bilmərəm" deyir.
Çox getmirlər ki, atası qayığın çevriləcəyindən qorxur, ona görə də qızını götürüb dənizə atır. Sedna qayıqdan tutanda da qayçı ilə qızının barmaqlarını kəsir. Sedna dənizdə batır. Qasırğa sakitləşir.
Həyatını peşmançılıqla davam etdirən ata balıq tutarkən, dalğalar qayıqla birlikdə onu suyun dibinə aparır və bu anda üzünə gülən qızını görür ovçu yoldaşı ilə birlikdə. Atasını bağışladığını deyən Sedna ona öz ölkəsində yaşamağı üçün bir yer verir.
Versiyalar çox olsa da qayığa mindiyi və barmaqlarının kəsildiyi bütün rəvayətlərində mövcuddur.
Mənbə: Sanat karavanı, Din ve mitoloji.
https://en.wikipedia.org/wiki/Sedna_(mythology)
#Sedna #tanrı #ilahə #Eskimosmifologiyası #İnuitmifologiyası #mifologiya #İnuit #Eskimoslar #Azərbaycandili #dəniz #balina #suiti #dənizilahəsi #qarğa #Adlivun #Ayməkanı
Комментариев нет:
Отправить комментарий