Balder Odin ilə Friggin oğlu, ilahə Nannanın yoldaşı, tanrı Forsetin atası olub, döyüşçü olmayan tək tanrı idi. Bu tanrı fövqəltəbii gözəlliyə sahib idi. Həm insanlar, həm də tanrılar tərəfindən çox sevilən Balder işığın, saflığın, sülhün tanrısı idi. Bundan başqa tanrının Hringham adında çox böyük bir gəmisi, Breidablik adında da bir sarayı var idi. Onu da qeyd edək ki, Balder Aesirlidir.
Bir gün yuxusunda öldüyünü görən Balderin əhvalı pozulur. ( Yuxunu görən mənbədən mənbəyə dəyişir: Odin, Balderin oğlu, anası). Çünki Balderin yuxuları hər zaman çin çıxırdı. Bundan xəbər tutan Odin yuxunun həqiqiliyini yoxlamaq üçün tanrı Helin ( cəhənnəm kraliçası) yanına gedir. Gedəcəyi yerə çatanda axtardığı cavabı görür. Belə ki, artıq Ölülər ölkəsində Balder üçün hazırlıq görülürdü. Baş verənləri yoldaşı Friggə danışanda qadın bir çarə axtarır və ana ürəyi bu çarəni tapır. Frigg kainatda canlı, cansız hər şeyə Balderə zərər verməyəcəkləri üzərinə and içdirir. Dünyada sadəcə bir adada bitən balaca öksəotu yaddan çıxır. O da bəzilərinə görə Frigg onun zərərsiz olduğunu, balaca bir bitkinin önəmsiz olduğunu bildirərək and içdirmir ya da qısaca adaya getməyə ərinir. Bundan sonra heç bir yerinə zərər gəlməyən Balderin bədənində dostları məşq edirlər. Qılınc, nizə, daş əllərinə nə keçirsə Balderin bədəninə atırlar ancaq tanrının ruhu belə incimir. Hamının əhvalı yerində olanda qurumsaq Loki mövzudan xəbər tutur. Bir söz-söhbətə görə də bəs bu Frigglə söhbət edir, qadın da bilmədən ağzından qaçırdır ki, bəs deməzsən öksəotuna and içdirməmişəm. Paa lələmin kefi kökəlir. Belə ki, Loki gedib çətinliklə də olsa adanı və həmin bitkini tapır və ondan bir zəhər hazırlayır. Sonra oxun ucunu zəhərə batıraraq Balderin kor qardaşı Hoda verir və oxu atmağına kömək edir. Ox Balderin ürəyinə dəyir və ordaca keçinir.
Bütün dünya yasa qərq olunur. Yenə bəzi mənbələrə görə Odin, bəzilərinə görə isə Frigg deyir:
"Hamımızın işığı, zəkanın qaynağı Balderimiz öldü, ancaq onu qaytarmaq üçün Niflheimə gedib Helə yalvara bilərik. Əgər Hell onu geri aparmağımıza icazə versə, werglid də ödəməyə hazırıq."
Qəhrəman Hermod qışqıraraq cavab verir: " Qardaşım üçün ölülər ölkəsinə getməyə hazıram. Buna əmin ola bilərsiniz ki, Balder öz işığı ilə bizi yenidən nura qərq edəcək. Söz verirəm!"
Min bir əziyyətlə Niflheimə gələn Hermod Hellə hər şeyi danışır. O da deyir: " əgər bütün kainat onun üçün ağlasa onda Balder Asgarda qayıda bilər."
Hermond sevincək Asgarda qayıdıb, xəbəri çatdırır. El-aləmə səs salırlar. Ağlamağa hamı ağlayır, lakin bir div qadın Thokkun qatır inadı tutur, nə qədər dil töksələr də ağlamır. O da deyirlər ki, Lokiymiş, sadəcə licmini dəyişibmiş. Əlqərəz Balder Ölülər ölkəsinə gedir. Tanrı dəfn olunarkən yoldaşı Nanna da kədərindən vəfat edir və ikisini Balderin gəmisinə qoyurlar. Odin oğlunun üzərinə əyilərək qulağına bir şey pıçıldayır və əlindəki üzük Draupniri çıxardıb sinəsinin üstünə qoyur. Gəmini itələmək üçün div Hyrrokkibdən kömək istəyirlər və canavarının üzərində gəminin yanına gələn div, gəmini dənizə tullayır.
İnanışa görə Raqnarokdan sonra dünya öz külündən doğulacaq, o zaman Balder yenidən həyata qayıdacaq.
Bəs canı yanmış Lokinin axırı necə oldu?
Tanrılar onu tutub, yaxşıca əzişdirirlər və ardı Loki məqaləsində qeyd olunacaq.
Hələlik ;)
#Balder #Bald #Baldur #Odin #Frigg #Hermod #Draupnir #Thokk #Hell #Niflheim #Ragnarok #Hyrrokky #Loki #öksəotu #mifologoya #germanskandinav #skandinavmifologiyası #Hringham #tanrı #Asgard #Aesir
Комментариев нет:
Отправить комментарий