среда, 18 ноября 2020 г.

VAKAN -TANKA VƏ YARADILIŞ ƏFSANƏSİ ( HİNDU MİFOLOGİYASI)

     


    Bir-birilərindən fərqlənsələr də bəzi qəbilələrin ortaq əfsanələri vardır. Bu qəbilələr arasında Sioux və Lakotanın inancları və adətləri demək olar ki, eyni idi. Belə ki, hər iki qəbilə Vakan -Tanka adındakı "Böyük sirr" və ya "Böyük ruh" deyə tərcümə edilən və hər şeyin içərisində olan ruha bənzər varlığa inanırdılar. Heç nə var olmamışdan əvvəlki vaxtlarda  Vakan-Tanka "Han" adında buludlu, qara bir boşluğun içində olub. İlk varlıq İnyan qaya formasında dünyaya gəlir. Enerjisini dənizlərin mavi qanı şəklində boşaldır və özündən ilahə Makanı yaradır. İnyan Makanı yaradarkən ona bütün keyfiyyətlərin yanında bir də uyğunsuzluq və mənfi xüsusiyyətlər bəxş edir. (Çox lazım idi İnyan) Vəziyyət belə olanda Maka başlayır şikayət etməyə. Makanın dərdi nə idi? Ən böyük dərdi İnyandan yaranması və azad bir varlıq ola bilməməsi idi. Bir də hələ də "Han"ın qaranlığında yaşamaqdan və öz əksini görə bilməməyindən dad edirdi.

    Üçüncü tanrı olan Skan İnyan və Makadan bir az fərqlidir. Digərlərindən daha çox mənəvi varlıq olduğuna görə ilahiliyi daha üstün mövqedədir. Hər şeyin hakimi olduğu üçün Makanın da dərtlərinə qulaq asır və Makanı sakitləşdirmək üçün "Han"ın iki hissəyə ayrılmasına qərar verir. Belə ki, Han yuxarı dünyada yəni göydə öz varlığını Anp olaraq işıq altında davam etdirərkən, aşağı dünyada Han olaraq qaranlıqda yaşamağa davam edəcəkdir. 

    Maka yuxarı dünyanın mavi okeanlarının gözəlliyinə vurulur və özünün belə gözəl olmadığına, okeanların yanında çox sadə göründüyünə görə yenə deyinməyə başlayır və suyun bir hissəsini götürüb çaylar və göllər yaradaraq onları mirvari kimi boğazına taxıb özünü bəzəyir. Yenə də halından məmnun olmayan Maka deyinməyə başlayır və nəticədə Skan dördüncü tanrı "Wi"ni yaradıb, hər yeri aydınlatması üçün səmaya yerləşdirir. Wiyə əmr edir ki, hər yerə istilik və kölgə versin. Bu kölgə bütün varlıqların ayrılmaz, fərdi ruhlarını təmsil edir. 

    Anp ilə Han isə göyü gündüz və gecə olaraq paylaşırlar.

    Hindulara görə zaman dəyişmə prosesidir və  hökmran, inadçı insan belə zamanla dəyişməyə məhkumdur.

    Hopilərin Vakan-Tanka ilə əlaqəli sözləri: 

    Müdriklik o zaman sənə gələcək ki, sən onu axtarmaqdan əl çəkib, tanrının sənin üçün münasib bildiyi həyatı yaşamağa başlayasan. 

    Qoyduğunuz izlər sayəsində sonsuza qədər tanınarsınız. 

    Bilik keçmişindir, müdriklik isə gələcəyin. 

    Torpaq yaradılanda üzərində sərhəd yox idi! Onu bölmək insanın işi deyil.


Mənbə: https://ekstrembilgi.com/din/kizilderili-mitolojisi/

https://mustafaijaz.wordpress.com/category/wakan-tanka/


#VakanTanka #mifologiya #hindumifologiyası #yerliamerikalılar #İnyan #Maka #Skan #Wi #Hopi #Lakota #Sioux #Han #Anp

Комментариев нет:

Отправить комментарий