Tot ( Tehuty, Djehuty, Tahuti, Zehuti, Techu, Tetu) Misir tanrılarından biridir. Misirdə çox sevilən bir tanrı olduğu üçün haqqında xeyli rəvayətlər vardır. Belə ki, bəzi rəvayətlərə görə Tot Radan bir yumurta düzəldib və ondan yaranıb, bəzilərinə görə isə özü-özünü yaradıb.
Əvvəllər ay və günəş Horusun sağ və sol gözü kimi düşünülürdü. Əfsanəyə görə Horusun sol gözü yəni Ay Seth ilə döyüşdə çıxardılmışdı ki, bunu da Tot bərpa etmişdi. Ümumiyyətlə misirlilər ay deyəndə Totu nəzərdə tuturlar çünki hilal şəklindəki ay ibis quşunun dimdiyinə bənzəyir.
Tot yazı, tibb, sehrbazlığı və müdrikliyi təmsil edir. Musiqi icad ediləndən sonra daha çox sevilib və ilahə Hathor ilə əlaqələndirilib. Müdrik tanrı katiblərin və yazılı mətnlərin də qoruyucusudur. Ona görə də yazıçılar günə bir damla mürəkkəb axıtmaqla ( Totu şərəfləndirmək üçün) başlayırdılar. Maatın yanında ölülərin qərarlarını qeyd edən katib vəzifəsində olmuşdur. "Tərəzilərin sahibi", "Tarazlıq Tanrısı", " Tarazlığın Ustası" kimi ləqəblər verilmişdi. Tot yoldaşı Seşatın köməkliyi ilə tanrılar kitabxanasını qorumuşdur. Tanrıların da katibi olduğuna görə " İlahi bədənlərin sahibi", " Tanrılar Birliyi Katibi", " Ranın səsi", "Ranın məsləhətçisi" kimi tanınmışdır. Ranın gecə səfərlərində günəş qayığında əyləşirdi. Yerin altında isə "Mağaraların Ərazisi"ni qeyd edər, günahkarlara cəza verib, digər dünyada isə Ranı təmsil edərdi. Buna görə də yoldaşlarından biri də Maat olmuşdur.
Deyilənə görə "Ölülər kitabı" və " Nəfəslər kitabı"ndakı ovusunların yazarı Totdur. Bu tanrıya "Həm insan, həm tanrı" titulu verilmişdir. Misir mifologiyasının vacib kitablarından biri də "Totun kitabı"dır. ( Bu kitaba ayrıca məqalə həsr edəcəyik.) Bu kitaba tanrı kainatın bütün sirrlərini yazmışdır.
Çox böyük sehrbaz olan Tot zəkasını Osiris və İsisə kömək etmək üçün istifadə edir. Horusu taxtın varisi kimi qəbul edib, bu döyüşdə hər zaman Horusun yanında olmuşdur. Bundan başqa Anubisə kömək edərək ilk mumyalama ritualını həyata keçirtmişdir.
Bütün bunlarla yanaşı Tot eyni zamanda 365 günlük təqvimin yaradıcısı idi. Belə bir dənə də rəvayət vardır ki. 360 gün olan təqvimə 5 gün əlavə etmək üçün Ay ilə qumar oynayıb, qalib gəlmişdir. Bu oyunda ilahə Nut da kömək etmişdir. Belə ki, Nut yoldaşı və ya oğlu Gebə hamiləydi, ancaq Ra təqvimdən ona gün vermədi ki, doğum həyata keçsin. Toth Aydan bir hissə qazandı, hardasa 1/72. Bu da 5 günə bərabər olurdu. Beləliklə Nut bu 5 günü Tota verir və bu günlər Osiris, Horus, İsis, Seth, Netpthtys üçün doğum günü olur.
Totun bu sahədə olan ləqəbləri: "Ulduzların, dünyanın və göylərin hesablayıcısı", "Zaman və Fəsilləri hesablayan", "Göyləri ölçən və dünyanı planlayan".
Bütün bunlarla yanaşı Tot çox gözəl natiq idi. Qədim bir rəvayətə görə Ra Tot və Şunu "Ranın Gözü"nü geri qaytarmaqları üçün onun arxasınca göndərir. Başqa bir rəvayətə görə isə su Misirdən gedir və hər yerdə qıtlıq başlayır. Nubya da fürsətdən istifadə edərək insanları öldürür. Bu zaman Ra və Şu pavian ( meymun növüdür) licminə girərək ilahəni axtarmağa başlayırlar. Onu tapırlar, lakin nə qədər dil töksələr də ilahə geri qayıtmaq istəmir. Tot da axırda deyir ki, əgər geri qayıtsa onun şərəfinə gözəl bir şənlik təşkil edəcəkdir. İlahə nəhayət razılaşır və musiqiçilər, rəqqaslar və pavianların müşaiyəti ilə şəhər -şəhər gəzərək gəlib Nil çayına çatırlar. Su geri qayıdır və Misirdə yenidən bolluq günləri davam etməyə başlayır.
Seşatla Totun Hornub adında uşaqları olub. Hermopolisdə yoldaşı Nehmauit idi. Ondan da Neferhor adında övladı olub. Yerin altında olarkən Maatın da yoldaşı olmuşdur. Bəzən Astennunun ortağı olmuşdur ki, vaxt keçdikcə Astennu Totun bir hissəsi oldu.
Çox vaxt ibis başlı kişi kimi təsvir edilir. Bəzi təsvirlərdə başında yarım ay görə bilərik. Bəzi təsvirlərdə isə Totu Atef tacında, Yuxarı və aşağı Misirin ikili tacında görə bilərik. "Ranın səsi"olaraq hərəkət edəndə "Ranın Gözü"nü taxırdı. Bir də pavian kimi təsvir edilir və deyilənə görə bu meymun gecə heyvanıdır və səhərdən axşama qədər günəşlə çənə döyür.
Yunanlılar Totu Hermes olaraq düşünürlər. İki tanrını birləşdirib Hermes Trismegistus-"üç dəfə böyük" kimi, Khnum şəhərini də Hermopolis kimi adlandırıblar.
James Churchwarda görə Tot- Mu və Atlantika dövründə təktanrılı dini Misirə gətirən Atlantikalı bir müdrik olmuşdur. Hermes -Totdan Tövratda Enok (Hanok) Peyğəmbər, Quranda isə İdris peyğəmbər olaraq bilinir.
Mənbə: http://www.tarihpedia.com/misir_tanrilar_thot/
#Misir #misirmifologiyası #mifologiya #müdrik #Tot #Toth #Seshat #Seşat #Shu #Şu #Nut #Hathor #RanınGözü #Ranınsəsi #Ra #Osiris #İsis #Horus #Seth #Anubis #təqvim #mumyalama #Maat #Tarazlayıcı #İbisquşu #hilal #ay #günəş #katib #mürəkkəb #yazar #babun #pavian
Комментариев нет:
Отправить комментарий