Kayra xan, Kayır xan, bəzən də Kayrakan, oğuzların isə Krayir adlandırdığı tanrı Türk və Altay mifologiyasında yaradıcı tanrıdır. Əsas tanrıdır. Altay, Tuva, Hakas və Yakut mifologiyalarında ön plandadır. Atası Göy Tenqridir, anası isə yoxdur.
Göy Tenqridən sonra gələn və hər şeyin atası sayılan Kayra xan göyün 17-ci qatında yaşayır. Tenqridən başqa qalan bütün tanrıları o yaratmışdır. Kainatın taleyini də o təyin edir. Dünyanı yaratdıqdan sonra ora 9 budaqlı şam ağacı/fıstıq ağacı əkmişdir. Bu ağac yerlə göyü birləşdirən və həyat ağacı olaraq da bilinən Uluqayındır. Belə ki, insanlığın atası sayılan 9 adam bu ağacın budaqlarından törəmişdir və 9 irq bu adamların soyundan yaranmışdır.
Altay yaradılış əfsanələrində Kayra xan Erlik xanı cəzalandırır və onu yerin altındakı dünyaya göndərir və Erlik xan oranın tanrısı olur.
Kayra xanın 4 oğlu var (bəziləri 3olduğunu qeyd edib): Ülgen, Yer tenqri, Mergen və Qızağan. Qədim mənbələrə görə Ülgen atasının yaxşılığını, Mergen müdrikliyini, Qızağan isə intiqamını və qəzəbini miras almışdır.
Kayra xan yay fəslini göylərdə, qış fəslini isə yerdə keçirdirmiş. Müxtəlif rənglərdə ildırım çaxırmış. Bu ildırımın vurduğu adam isə şaman olurmuş.
Kayra xan həm ata, həm ana obrazında təsvir edilir.
#Mifologiya #Türkxalqlarınınmifologiyası #yaradıcıtanrı #tanrı #tenqri #Kayraxan #uluqayın #Erlikxan #göytenqri #Ülgen #Yertenqri #Mergen #Qızağan
Комментариев нет:
Отправить комментарий