четверг, 26 ноября 2020 г.

Peqas (Yunan mifologiyası)

 


    Yunan mifologiyasında ölümsüz, qanadlı at olan Peqas Poseydon və Meduzanın iki uşağından biridir. Qardaşı div Xrisaordur, Heraklın qardaşı, Geryonun isə əmisidir. 

    Deməli yunanlı qəhrəman Persey anasını xilas etmək üçün Meduzanın başını kral Polydektesə aparmalıdır. Vəziyyət belə olanda yola düzələn Persey Afinanın köməyi ilə Meduzanın başını kəsir. Bədəndən ayrılan baş nəticəsində ətrafa qan fışqırır və bu zaman da Peqas (Peqasos) və "qızıl qılınc" adlı div canavar Xrisaor doğulur.

    Hesiod Peqasın doğumunu belə təsvir edir:

"Forkislə birləşən Keto Graiaları doğdu...
Qorqonları da dünyaya gətirən Ketodur...
Sthenno, Euryale və bəxtsiz Meduza...
Başını Persey kəsən vaxt
Çıxdı qanından Peqasla Xriasor.
Biri Okeanosun qaynaqlarından doğulduğu üçün
digəri əlində qızıl qılınc tutduğu üçün
adlandırıldılar Peqasosla Xriasor.
Peqas tərk etdi davarlar anası torpağı
şahlanaraq getdi ölümsüzlərə tərəf.
İndi oturub Zevsin sarayında
Şimşəklə, ildırım daşıyır onun adına."

    Ağappaq doğulan Peqasın iki dənə böyük qanadı vardır. Göydə uçarkən qaçan at kimi görünür. Doğulan kimi Olimpə uçmuşdur. Oradakı vəzifəsi Zevsin şimşək və ildırımlarını daşımaqdan ibarətdir. 
    Peqas orta əsrlərdə müdriklik və şöhrətin simvolu idi ki, sonralar şairlərin ilham mənbəyi olmuşdur və məhz buna görə  19-cu yüzillikdə şeirlə əlaqələndirilmişdir.  Bunun səbəbi isə onlar inanırdılar ki,   Helikon dağındakı Hippocrene bulağı Peqasın ayağını yerə vurması nəticəsində yaranıb. 

    Peqas haqqında əfsanə.

    Dünyada 3 başlı, vəhşi bir heyvan yaşayırdı ki, adı Ximera idi. Şir, keçi və ilan/əjdaha başına sahib olan bu heyvanın nəfəsi duman və alov saçır. Bu da ətrafda nə varsa hamısının məhvinə gətirib çıxarırdı. Neçə -neçə qəhrəmanlar onu öldürməyə and içsələrdə aqibətləri qovrularaq ölmək olurmuş. 
    Bir gün Bellerphon adında bir qəhrəman canavarı öldürməyə and içir, ancaq bunu necə edəcəyini bilmir və fikirləşə-fikirləşə yatır. Yuxusunda ilahə Afinanı görür. Deməli Afina xanım buna cavahiratla bəzədilmiş, par -par yanan qızıldan bir cilov verir və deyir:
- Əgər həqiqətəndə canavarı öldürmək istəyirsənsə, bu cilov sənə kömək edəcəkdir.  Bununla qanadlı ata Peqasa minə bilərsən. Peqas həmişə eyni bulaqdan su içir. O bulağa get. Peqasa minib, Ximeranı öldürə bilərsən. 


Yuxudan oyanan qəhrəman görür ki, cilov yanındadır. Cilovu da götürərək başlayır bulağı axtarmağa və axtardığını tapır.  Bir neçə gündən sonra güc-bəla Peqasa minə bilir. Nəysə qəhrəmanımız Peqasla birlikdə Ximeranı təqib etməyə başlıyır. Mağarasından çıxan canavara əlindəki qılıncı ilə Bellerphon hücum edir və Ximeranın 3 başından birini kəsir. İki başı kəsilən məxluq gücdən düşməyə başlayanda Bellerphon onu oxla öldürür. 



Bu döyüşdən sonra Zevs Peqasın yenidən öz yerinə qayıtmağını istəyir ancaq Bellerphon cilovu buraxmır.  Bu azmış kimi Peqasın üzərində Olimpə getmək və ölümsüzlər arasına qarışmaq istəyir. Onda Zevs atı sancması üçün bir həşərat göndərir. At milçəyi atın arxa hissəsindən necə sancırsa at kişnəyib şaha qalxır və qəhrəman üzərindən düşür. Peqas yenidən Olimpə gedir, Bir vaxtlar məşhur qəhrəman olan Bellerphon isə təkəbbürünə görə tanrılar tərəfindən lənətlənir və ömrünün axırına qədər şikəst  və kor olaraq tənha halda dünyada yaşayır. 

    Peqas Euippe (Ocyyrhoe) ilə evlənir və qanadlı atlar soyunu başladır. 

    Türk mifologiyasında adı Tulpardır. 


Mənbə: Din ve mitoloji


#Peqas #Peqasos #Pegasus #Tulpar #Poseydon #Meduza #Xriasor #Ximera #Zevs #şimşək #ildırım #Bellerphon #Olimp #Afina #Hippocrene 



Комментариев нет:

Отправить комментарий