Anansi Qana, Toqo və Fil Sahilində yaşayan Aşanti xalqının inanclarındakı səma ilahəsi Nyameyə kömək edən hiyləgər qəhrəmanın adıdır.
Anansi Afrikada "hörümçək", Ananse, Anancy, Anansi Kokroko (Müdrik hörümçək), Kvaku Ananse və Nansi, Haitidə "Ti mali", Karolinada "Nansi xala" və ya " Xanım Nansi" olaraq yad edilir. Nansi 8 ayaqlı, tor hörən bir hörümçək olub, tülkü, dovşan və adam licminə girə bilən bir məxluqdur. Deyilənlərə görə əvvəllər yaradıcı bir tanrı imiş. Sonralar tarlasındakı məhsulları yeyən bir qoçu öldürdüyünə görə hörümçəyə çevrilmişdir. Nyamənin əmri altında meşələrə yağış bəxş edir, dənizlərin və ayların sərhəddini müəyyənləşdirir.
Aşanti hekayələrində Anansi acgöz, müdrik, hiyləgər və qəddar biri kimi təsvir edilir.
Deməli bir gün Anansi tanrıdan bir buğda dənəsi istəyir və əvəzində 100 nökər verəcəyini vəd edir. Anansi həmin buğdanı götürüb bir kəndə gedir və kənd əhalisini başına yığıb deyir ki, bəs əlindəki müqəddəs dənələrdir. Axşam düşür və Anansi dənələri toyuqlara verir və səhər açılanda insanları oğurluqda günahlandırır, qarşılığında 1 kilo buğda istəyir. İstəyini əldə etdikdən sonra yola düşür və başqa bir kəndə çatır. Buğdanı verib bir toyuq alıb yollanır bir başqa kəndə və ordakılara da toyuğun müqəddəs olduğunu deyir. Axşam toyuğu boğub öldürür, səhər açılan kimi yenə kəndililəri günahlandırır və əvəzində 10 qoyun istəyir. Yenə yola düzəlir və yolda cənazəsi olan adama qoyunları verir və cəsədi götürüb bir başqa kəndə yollanır. Getdiyi kənddə insanlara deyir ki, bəs deməzsən gətirdiyi adam tanrının yuxuya gedən oğludur. Səhər açılır kəndlilər ölünü oyandıra bilmirlər və Anansi onları tanrının oğlunu öldürməklə günahlandırır. Kəndlilər isə cəsədin əvəzində Anansiyə 100 gənc təklif edirlər. Anansi də bu gəncləri götürüb Nyameyə aparır və sözünü tutmuş olur.
Ntikuma və ya Tacuma adında bir oğlu var.
Qeyd: Adlarda dəyişiklik edilməyib.
Mənbə: Özhan Öztürk "Dünya mitolojisi"
#Mifologiya #Afrika #Afrikamifologiyası #Anansi #Nancy #hörümçək #Nyame #səmatanrısı #tanrı
Комментариев нет:
Отправить комментарий