воскресенье, 20 сентября 2020 г.

ZEVS və sevgilisi İO

 İo yunan mifologiyasında çay tanrısı İnakhosun qızı və Hera məbədinin rahibəsidir. Günlərin bir günü Zevs bu gözəl rahibəyə vurulsa da rahibə onu rədd edir. ( Ay bala heç olmasa arvadının rahibəsinə tamah salma da) Vəziyyət belə olanda da Zevs qızın yuxularında onu narahat etməyə başlayır. Bu hadisəni İonun kral atası bir kahinə danışır və ondan məsləhət istəyir. Gözünə döndüyüm kahin də deyir: “Kral, ya ölkən, ya da qızın!” Övlad sevgisini vecinə almayan ata, qızını ölkədən qovur. Bunu görə Zevsin İoya ürəyi ağrıyır və ona yaxınlaşmağa çalışır. Yoldaşından şübhələnməyə başlayan Hera da Zevsin yanına gəlir. Zevs İonu qorumaq üçün onu bir öküzə döndərir və and içir ki, bəs vallah, billah mənimlə bu öküz arasında heç nə yoxdur. Hera da özünü bilməməzliyə vurur və öküzü Zevsdən istəyir. Şorgöz tanrımız da ha istəyir mövzunu fırlatsın ( sən Heraya gələ bilərsən?) görür ki, fırlada bilmir məcbur qalıb, öküzü Heraya verir. Hera da qızı Zevsdən uzaq saxlamaq istəyir və qərara gəlir ki, Argos Panoptis adlı yüz gözlü məxluqun yanına qoysun. Yazıq öküz ağaca bağlanır və Argos da bütün günü ona baxır. Yatanda belə 50 gözü yumulu, 50 gözü isə açıq qalırdı. Zevs də bilmir nə etsin, Hermesi çağırır ki, bu məsələni həll etsin. Hermes çoban licminə girərək Arqosun yaxınlığına gəlir və qavalını çalaraq 100 gözün yumulmasına səbəb olur və İonu ordan qaçırdır. Hera bu hadisəyə çox əsəbləşib, Arqosun gözlərini çıxartdırıb, tovuzquşunun lələklərinə taxır. Elə bu? Yox əşi. Hera xanım İonu narahat etməsi üçün bir milçək göndərir. Milçəkdən qaçan İo bir boğazı keçir ki, sonra bu yerə “Bosporus” yəni “ öküz keçidi” adı verilir. Bu yer hal-hazırda məşhur İstanbul boğazıdır. Nə isə. Buralardan keçən İo Prometey ilə qarşılaşır. Qafqaz dağlarına zəncirlənmiş olan Prometey o halıyla belə İoyaya gələcəkdə insan licminə qayıdacağını və soyundan Herakl kimi qəhrəmanın doğulacağını deyir. Prometeyin yanından ayrılan öküz Misirə gedir və orada Zevs tərəfindən insan licminə qayıdaraq Misir kralı Telegonus ilə evlənir.

Bir başqa rəvayətə görə isə İo Misirə gedəndə Hera il Zevs razılığa gəlirlər. Belə ki, Zevs bir də İoya yaxınlaşmayacağını. ancaq onun Zevsdən bir oğlana hamilə qalacağını deyir və Hera da bu şərti qəbul edir. Beləliklə Hera İonu hamilə olaraq insana çevirir. Epophus adında oğlu ilə Misirdə qalarkən xalq arasında söz-söhbət yayılır ki, bəs deməzsən bu ikisi tanrı soyundan gəlib. İoya İsis, Epophusa Apep kimi ibadət etməyə başlayırlar. Epophus ögey atası Telegonusdan sonra Misirin kralı olur və Nil çayının qızı Memfis ilə evlənir, Liviya adında da bir qızları olur.


Yupiterin vulkanlarıyla məşhur peyki İo. Qalileo Qaliley tərəfindən 1610-cu ildə kəşf edilən Yupiterin 4 böyük peykindən biridir.

Qeyd: Orijinal adları qeyd etmişik.

Mənbə: Arsız Sanat.

Комментариев нет:

Отправить комментарий